/ / Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun ən yüksək keyfiyyətlərə malik olduğunu göstərdi
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun ən yüksək keyfiyyətlərə malik olduğunu göstərdi
05.04.2019 [09:28]
Dünya miqyasında güclü ordular sırasında olan Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir
Azərbaycanda ordu quruculuğu istiqamətində sistemli və məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Ümumiyyətlə, Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrin maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi önəm verir. Bunun qanunauyğun nəticəsidir ki, yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və qarşıya qoyulan istənilən vəzifəni icra etməyə qadirdir. Bunu 2016-cı ilin Aprel döyüşləri də sübuta yetirdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Aprel döyüşlərinin ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, son illər ərzində öz hərbi qüdrətini böyük dərəcədə artıran Azərbaycanda ordu quruculuğu sahəsində sistemli və kompleks xarakterli tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır: “Sonuncu reytinqə əsasən, ordumuz dünya miqyasında öz potensialına görə 52-ci yerdə qərarlaşıb. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi parad, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad Azərbaycan Ordusunun gücünü və potensialını göstərdi. Ən əsası isə, Aprel döyüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək qüdrətindədir”.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşü zamanı çıxış etdi, mühüm mesajlar verdi. Prezident İlham Əliyev vurğuladı ki, Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Dövlət başçısı həmçinin Aprel döyüşlərinin bütün dünyaya Azərbaycan Ordusunun bu gün ən yüksək keyfiyyətlərə malik olduğunu və istənilən anda istənilən vəzifəni icra edə biləcəyini göstərdiyini, Ermənistanın yaratdığı mifin tamamilə darmadağın edildiyini bildirdi. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən bəhs edərək bildirdi ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - deyən R.Əliyev əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial mövqeyini, qətiyyətli siyasətini davam etdirir.
“Azərbaycan ötən illər ərzində digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də böyük nailiyyətlər qazanıb. Bu gün Azərbaycanın müasir silahlar və texnika ilə təchiz olunmuş ordusu var. Məhz aprel döyüşləri də Azərbaycan Ordusunun döyüş qabiliyyətinin çox yüksək səviyyədə olduğunu nümayiş etdirdi”. Bu fikirləri isə Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.
Millət vəkili bildirib ki, 2016-cı ilin Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Onun sözlərinə görə, Aprel döyüşlərində Azərbaycan Ordusu göstərdi ki, Ali Baş Komandanın əmri ilə tez bir zamanda işğal olunmuş torpaqları azad etməyə qadirdir. Bunu işğalçı dövlətin rəhbərləri də çox yaxşı dərk edirlər: “Azərbaycanın iqtisadi, hərbi gücü və potensialı, gündən-günə inkişaf etməsi, Prezident İlham Əliyevin və ölkəmizin dünya liderləri arasında böyük nüfuza sahib olması Ermənistan rəhbərliyini yenidən substantiv danışıqların aparılması üçün danışıqlar masasına oturmağa məcbur etdi. Martın 29-da Vyana görüşündə də Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu. Dövlətimizin başçısı bildirdi ki, danışıqlar prosesinin formatı dəyişməzdir və danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında aparıla bilər. Bir sözlə, Ermənistanın danışıqlar prosesini pozmaq və məsuliyyətdən yayınmaq cəhdləri baş tutmadı”.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və uğurlu siyasəti Azərbaycanın qələbəsi ilə nəticələnəcək, torpaqlarımız işğaldan azad olunacaq: “BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamalərində də Azərbaycan ərazilərinin işğalı pislənilib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təsdiq edilib və işğalçı qüvvələrin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələb olunub. Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50

