Erməni terroru davam edir...
05.02.2022 [09:44]
İşğalçı ölkənin müharibə cinayətləri hələ də can alır
N.QƏLƏNDƏRLİ
Fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq həyatını itirib. Hadisə ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib, hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.
Təcavüzkar dövlətin terrorçu siması
Bu fakt erməni terrorunun davam etdiyini göstərir. Başqa sözlə, işğalçı ölkənin müharibə cinayətləri can almaqda davam edir. Beynəlxalq ictimaiyyətə məlumdur ki, İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlub olaraq aciz - çıxılmaz vəziyyətə düşən işğalçı Ermənistan mülki əhalini hədəf seçməklə müharibə cinayətləri törədib. Bu, təcavüzkar dövlətin terrorçu simasını əks etdirir. Belə hal və hərəkətlər dünyanın gözü qarşısında yeni hərbi cinayətin törədildiyini, beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu göstərir. İşğalçı Ermənistanın silahlı qüvvələri mülki əhaliyə qarşı kasetli bombalardan istifadə etməklə beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il Cenevrə Konvensiyalarına və onların Əlavə protokollarına zidd davranışlara yol verib.
Ədalət mühakiməsinə cəlb edilməlidir
Ümumiyyətlə, işğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasına vurulmuş ziyan, xalqımıza qarşı həyata keçirilmiş terror siyasəti, müharibə cinayətləri beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları sırasındadır. Ona görə də Ermənistan beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. İşğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması - beynəlxalq hüquq qarşısında cavab verməsi isə zərurətdir. Azərbaycan bu istiqamətdə müvafiq təşəbbüslər irəli sürür və adekvat qərarların qəbul edilməsinə nail olur. Bu, Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarında da öz əksini tapır. Nəzərə almaq lazımdır ki, BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi dünyada 6 əsas qurumdan biridir və onun üçün qərarının icra olunması prinsipial məsələdir. Ona görə də bəhs olunan qərarların çıxarılması Azərbaycanın beynəlxalq hüquq müstəvisində mühüm nailiyyəti kimi dəyərləndirilə bilər.
Söz sırası o təşkilatlarda...
Əlbəttə, proses davam edir və Azərbaycan konkret olaraq müharibə cinayətlərinə görə beynəlxalq hüquq müstəvisində Ermənistanın məsuliyyətə cəlb olunması və müvafiq cavab verməsi üçün növbəti addımlar atacaq. Amma bununla yanaşı, “Human Rights Watch”, “Amnesty İnternational” kimi insan hüquqlarının müdafiəsi vəziyyətini araşdıran təşkilatlar da aşkar faktları əsas götürməklə, müvafiq araşdırma aparmaqla obyektiv, ifşaedici və qınayıcı bəyanatlar verməlidirlər. Çünki belə hadisələr Ermənistanın insan hüquqlarına bir terror təşkilatı kimi mürtəce münasibət bəslədiyini göstərir. Bir sözlə, indi söz sırası - müvafiq addım atmaq növbəsi həm də “Human Rights Watch”, “Amnesty İnternational” kimi təşkilatlardadır.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08

