Təxribatlar intensivləşib...
10.03.2022 [10:06]
Paşinyanın Paris səfərinin görünməyən tərəfləri
Nardar BAYRAMLI
Moskva nə düşünür?
Ermənistanın baş naziri Nikol Paşinyan Parisə işgüzar səfər edib. Paşinyanın nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər şəxslər daxildir. Ermənistan mətbuatı bu səfər zamanı iki ölkənin hökumət üzvlərinin müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəyini bildirir. Paşinyan Fransa prezidenti Makronla da görüşüb. Bu səfərdə məqsəd həm də “Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak etməkdir.
Paris səfərilə Paşinyan özü üçün nə kimi dividendlər qazanmağa çalışır? Eləcə də, Makron erməni baş nazirin səfəri vasitəsilə seçkidə ermənilərin səsini əldə edə biləcəkmi? Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, bu ilin aprel ayında Fransada növbəti prezident seçkiləri keçiriləcək. Onun sözlərinə görə, prezidentliyə növbəti dəfə namizədliyini irəli sürmüş E.Makron seçkilərdə Fransanın erməni mənşəli vətəndaşlarının səsini qazanmağa çalışır: “Düşünürəm ki, iki ölkənin rəhbərinin görüşündə əsas müzakirə mövzularından biri məhz prezident seçkilərində erməni elektoratın Makrona səs verməsini təmin etməkdən ibarətdir. Fikrimcə, Makron bu baxımdan digər namizədlərlə müqayisədə üstünlük əldə edə bilər. Çünki o, istər 44 günlük İkinci Qarabağ müharibəsində, istərsə də müharibədən sonra ermənilərin fəal dəstəkçisi kimi çıxış edib. Bu səbəbdən də, Ermənistan hökumətinin Fransadakı erməni diasporuna seçkilərdə Makrona səs verməklə bağlı çağırışı ola bilər. Makronun Paşinyandan istəyi budur. Digər tərəfdən, Fransa hazırda Avropa İttifaqına sədrlik edən dövlətdir. Paşinyan bu amildən istifadə edərək ölkəsinə Avropa İttifaqının daha çox dəstək verməsinə çalışır. Məlumdur ki, Ermənistanda dərin sosial-iqtisadi böhran hökm sürür. Avropa İttifaqının maliyyə dəstəyi Ermənistan üçün çox önəmlidir. Paşinyan da Makronun dəstəyi ilə bu yardımı əldə etməyə çalışır. Belə bir dəstək olarsa, bu, Paşinyanın ölkə daxilində reytinqini də artıra bilər. Çünki müxalifət mövcud böhrandan istifadə edərək hakimiyyətdən kənarlaşdırmağa çalışır. Paşinyan isə qərbyönümlü siyasətçi kimi tanındığı üçün Fransanın vasitəsilə Avropa İttifaqından lazımi dəstəyi almağa ümid edir. Ermənistan-Fransa əlaqələrinin inkişafı isə Rusiya üçün xoş deyil. Çünki bununla Rusiya öz forpostunun əldən çıxacağından narahatdır”.
Hazırda Ermənistanda ictimai-siyasi sabitliyin olmadığını deyən millət vəkili qeyd edib ki, V.Xaçatryanın prezident seçilməsi klanlar arasında mübarizəni gücləndirir: “Bütün bunların fonunda həm dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlar son günlər intensivləşib. Prezident Xaçatryan vaxtilə Levon Ter-Petrosyanın müşaviri olub, indi isə Paşinyanın adamı kimi tanınır. Bu da “Qarabağ klanı”nın xoşuna gəlmir. Yəni, bu fakt “Qarabağ klanı”na qarşı atılan addımdır, onu siyasi səhnədən silmək deməkdir. Ona görə də, həm orduda, həm də Qarabağ separatçıları daxilində bir gərginlik var. Onlar atəşkəsi pozmaqla yenidən qarşıdurmalar yaratmağa, regionda sülh və əməkdaşlığa doğru atılan addımalara zərbə vurmağa çalışırlar”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37

