6 ədəd KB-1
05.05.2022 [10:18]
Minalar Xəzərə necə və niyə düşüb?
Ehtimallar çoxdur, son sözü isə ekspertiza deyəcək
P. İSMAYILOV
Xəbər verildiyi kimi, Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi minası (KB-1) olması müəyyən edilib. “Aşkarlanan minaların cari il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılır. Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir”, - nazirlikdən bildirilib.
Sovetin effektiv dəniz minası və ya “Krab” Dünya Müharibəsində...
KB “Krab” (KB - “korabelnaya bolşaya”) adlanan sursat Sovet İttifaqı dövründə istehsal edilən lövbər - dəniz minasıdır. Minanın iki modifikasiyası mövcuddur - KB-1 və onun əhəmiyyətli modernləşdirilməsi nəticəsində ortaya çıxan KB-3. Məhz birinci modifikasiyanın üzərində aparılan yenilənmə, xüsusiyyətlərin modernləşdirilməsi dəniz minasının effektiv şəkildə təzələnməsinə yol açdı. Bu minalar sovet hərbi gəmilərinin iştirak etdiyi müxtəlif layihələrdə istifadə edilib.
1931-ci ildə SSRİ Hərbi Dəniz Qüvvələri tərəfindən KB adı ilə qəbul edilmiş modernləşdirilmiş mina (KB-3) 1940-cı ildə istifadəyə verilib. Mina Böyük Vətən Müharibəsində kütləvi mədən istehsalı zamanı uğurla istifadə edilib. Müharibənin əvvəlində Hərbi Dəniz Donanmasının arsenalında KB-1 və KB-3 tipli 7945 mina var idi, onlardan 1388-i anbarda saxlanılırdı. Müharibə dövründə isə bu tipli minalardan 1184 ədədi istifadə olundu. 1065 kiloqram çəkisi olan dəniz minasının uzunluğu 2162, eni 927, hündürlüyü 1190 millimetrdir. 230 kiloqram ümumi çəkisi olan KB-nin dənizdə ən dərin 263, ən dayaz isə 12 metrdə yerləşdirmək mümkündür. Minaların basdırılmasında isə bir şərtə əməl olunmalıdır: minalararası məsafə 35 metr müəyyən edilməlidir. Minanın istifadəsi üçün döyüş vəziyyətinə gətirilməsi 10-20 dəqiqə çəkir. 5 qalvanik qurğuşun qapaqların “köməyi” ilə partlayan minanın “xidmət müddəti isə” 18 aydan 24 aya qədərdir.
Utilizasiya zamanından qalıb, yoxsa qəsdən atılıb?
Bəs bu minalar Xəzər akvatoriyasına necə “düşüb”? Bununla bağlı fikirlərini bölüşən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, təcrübədə belə hallara rast gəlinir. Yəni “döyüş meydanı olmayan” su hövzələrində də hərbi sursatlar aşkarlanır. Onun sözlərinə görə, İttifaq dövründə Xəzər dənizində hərbi təlimlər keçirilib: “Bu cür hallara təsadüf edilir. Təlimlərin keçirildiyi, poliqon şəraitində olan, müharibələrin baş verdiyi ərazilərdə üzərindən uzun illər keçdikdən sonra partlamamış sursatların və minaların aşkar olunması faktları üzə çıxır. Xəzər dənizində tapılmış bu sursatlar da SSRİ dövründən qalma sursatlardır. Yəqin ki, ekspertiza bu minaların hansı dövrdən orada olmasını müəyyənləşdirəcək. Bu minaların hansı dövrü əhatə etdiyi müəyyənləşdikdən sonra onların hansı şəraitdə oraya düşməsinin səbəblərini tapmaq mümkündür”.
Hərbi ekspertin fikrincə, indiki halda bu sursatların Xəzərin Azərbaycana məxsus sularına gəlib çıxması ilə bağlı bir sıra mülahizələr irəli sürmək olar. “Bu minaların Xəzər akvatoriyasında tapılmasının fərqli səbəbləri ola bilər. Çox güman ki, bu minalar təlimlər zamanı oraya atılıb. Amma nəzərə alınmalıdır ki, təlimlərdə döyüş sursatları, mərmiləri və minaları istifadə olunmur. Fikrimcə, bu minalar sovet dövründə həmin ərazidə sursatların utilizasiyası zamanından da qala bilər. Hətta müstəqillik əldə edildikdən sonra Azərbaycanı tərk edən hərbi gəmilərdən də atıla bilər. Bunların hər biri hələlik ehtimaldır. Ən dəqiq informasiya yəqin ki, ekspertiza rəyindən sonra bəlli olacaq”, - deyə hərbi ekspert əlavə edib.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

