Fillər kimin dostudur?
13.05.2022 [10:26]
Pərviz SADAYOĞLU
Cənubi Afrika ölkəsi Zimbabvedə ilin əvvəlindən bu günə kimi 60 nəfər fillərin hücumu nəticəsində həyatını itirib. Daha 50 nəfər isə yaralanıb. Ötən il isə 72 zimbabveli fillərin qurbanına çevrilib. Həmin regionda fillər izdihamlı sürülər halında hərəkət edir və yerli əhalinin tarlalarını dağıdır. Bu vəziyyətdə isə sakinlər təbiətin ən böyük heyvanına qarşı mübarizə aparmaq məcburiyyətində qalır...
Bu xəbər vaxtilə populyar olan “Fillər mənim dostumdur” adlı hind filmini xatırlatdı. Filmlərdə insana dost olan “fillər” reallıqda zimbabveli rəncbərin, əkinçinin, maldarın düşməninə çevrilib, onun tarlasını dağıdır, evinə - eşiyinə ziyan verir, hətta həyatına belə qəsd edir. Mənzərə olduqca tanışdır...
Bu gün qlobal adlandırdığımız dünyada özünü “fil” hesab edən güclər də elə ana təbiətin yaratdığı fillərdən seçilmir. Yaxın Orta Şərqdə, Afrikada, Amerikada və dünyanın sadalamaqla bitməyən məkanlarında “dost” və ya “sülhpərvər”, hətta “xilaskar” qiyafəsində talançılıqla və dağıdıcılıqla məşğuldur. Bu güclər çox zaman özlərində hər kəsin işinə qarışmaq kimi bir imtiyazın olduğunu düşünürlər. “Demokratiya” pərdəsi altında xalqlara verdikləri isə Zimbabve fillərinin “bəxşişindən” fərqlənmir. Dünyada tək qütb olmaq üçün yeraltı sərvətlərin daha çox toplandığı ərazilərə sahiblənmək uğrunda döyüşürlər. Mənzərəyə ümumi nəzər salaq - qlobal “fillərin” hücum etdikləri hansı torpaqlarda xoşbəxtlik hökm sürür? Hansı ölkənin sərvətləri özünə xərclənir? Ən əsası, hansı ölkənin sakinləri dinc, sərbəst və güllə-mərmi səsi eşitmədən yaşayır?
Ən son məlumata görə, Ukraynada ölən uşaqların sayı 225-dir. 1635 təhsil müəssisəsinə ziyan dəyib, 126-sı tam məhv edilib. Faciəvi bir mənzərədir. Ukrayna xalqı şərqdən gələn silah səsinə üşənir. Qərbdən isə ancaq morze əlifbası ilə yazılmış və qırıq-qırıq gələn “arxandayam” kimi səslər eşidilir. Silahın partlama səbəbləri, Qərbin isə bu dövlətin harasında durması kimi mövzular müzakirə obyektidir. Ortada olan fakt isə budur - 225 uşaq “fillərin döyüşü”nün qurbanına çevrilib. Taxta tribunalardan verilən bəyanatlar dəmir güllələrin körpə fidanların həyatına son qoymasının qarşısını ala bilmir. Sosial çarxlar, yığılan ianələr, göndərilən silah-sursat döyüşün dayandırılmasını hədəfləməyib. Soyuq mürəkkəblə ağ vərəqə atılan imzalar milyonlarla dollarlıq sursatları “ölüm mələyi”nə çevirir. Nəticə nə olacaq? Əvvəl-axır silahlar susacaq. Amma nə vaxt susacaq? “Fillər” istəyinə nail olanda. Amma “fillərin” istək və arzuları artıq 225 arzunu yarımçıq qoyub. Bundan sonrasında neçə həyata qəsd edəcək onu Tanrı bilir...
Yaxın Orta Şərqdə gedən müharibə ilə bağlı saysız şəkillər çəkilib paylaşılıb. Amma ən təsirlisi pal-paltarsız, ac, üzü-gözü his-pas içində uşaq şəkilləridir. Hətta müsabiqələrdə belə bu şəkillər ən böyük mükafatları qazanır, ilin fotosu nominasiyasının qalibi olur. Məğlub və ya bəlkə də artıq ölmüş qızcığaz “fillər”in müsabiqəsində belə alətə çevrilir. Kimsə düşünmürmü ki, bu şəkil cinayətin şəklidir. Absurd qlobal dünyada cinayətin şəkli qalib elan edilir.
Bəlkə də, “fillər” olmasaydı, pis-yaxşı hər kəs öz rəqibi ilə düşmən olmamış dil tapacaqdı. Bəlkə də uşaqlar ölməyəcəkdi. Bəlkə də səhər-səhər məktəbə tələsəcəkdilər. Bəlkə də böyüyəcəkdilər. Amma qlobal reallıq bu “bəlkələri” elə beşiyindəcə boğdu. Və... təəssüf ki, boğmaqda da davam edir.
P.S. Sahmat taxtasında da şahlar və vəzirlər fillərin yanında dayanmağı “sevir”...
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

