“B” planı...
20.05.2022 [10:37]
Ermənistanın çıxış yoludurmu?
Taleh AĞAVERDİYEV
Radikal erməni müxalifəti bütün mümkün qüvvələri toplayaraq yenidən köhnə arzusunu - Nikol Paşinyanın devrilməsinə cəhd edir. “Ermənistan” fraksiyasından olan parlament üzvlərinin müşayiəti ilə gənc daşnaklardan ibarət kiçik qruplar İrəvan küçələrini blokadaya almağa başladılar və bu, gözlənildiyi kimi, polislə toqquşma və həbslərlə nəticələndi. Saxlanılanların sayı 400-ə yaxınlaşır, yerli polis idarələri sözün əsl mənasında etirazçılarla doludur, hər iki tərəfdən zorakılıq tətbiq olunur: Ermənistan Baş Qərargahının keçmiş rəhbərinin oğlu İrəvanda polisi döyüb, polis həbs zamanı az qala “Daşnaksütyun” partiyasının sədrinin qolunu sındırıb (bəzi etirazçıların isə “az qala” deyil, doğrudan da sındırıb).
Bir sözlə, Ermənistanda daxili siyasi xaos davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan hətta təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirməyə məcbur olub. Qonşu ölkədə baş verən bütün bu çaşqınlıq fonunda xəbərlər yayılmağa başladı ki, Ermənistan hakimiyyəti uzun sürən müqavimət hərəkatından narahatdır və daxili siyasi böhranın həlli vasitəsi kimi yenə növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə etməyə başlayıb. “Nikol Paşinyanın komandası hesab edir ki, vəziyyət idarəolunmaz olarsa və hakimiyyətin etirazçıları saxlamaq üçün resursları olmasa, yenidən növbədənkənar parlament seçkiləri elan etməyə dəyər. Bu, mövcud rejimin səlahiyyətlərinin uzadılması demək olacaq. Bu, etiraz dalğasını yatıra bilməyəcəyi təqdirdə hakimiyyətin “B” planıdır”, - deyə Ermənistanın “Hraparak” qəzeti yazır.
Bu nəşr, əslində müxalif yönümlüdür və məlumatın etibarlılığı sual altındadır. “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri, politoloq İlqar Vəlizadə belə bir ssenarinin nə dərəcədə real olması və mövcud hakimiyyət seçkilərdə uduzarsa və ya zorakılıqla devrilərsə, Ermənistanda hakimiyyət dəyişikliyinin hansı fəsadlara səbəb ola biləcəyi ilə bağlı suallarımızı cavablandırıb.
“Əlbəttə, bu, Ermənistan rəhbərliyinin səlahiyyətində olan məsələdir, lakin kənardan belə qısa müddətdə təkrar növbədənkənar parlament seçkilərinin keçirilməsi çox absurd görünür. Hakimiyyət öz legitimliyini tez-tez keçirilən parlament seçkiləri və ya referendumlarla deyil, apardıqları siyasətin effektivliyi ilə təsdiq etməlidir. Siyasət effektiv olmalıdır ki, belə addımlara ehtiyac olmasın”, - deyə həmsöhbətimiz bildirib.
Müxalifətin hərəkətlərinə gəlincə, politoloq qeyd edib ki, bunlar, ilk növbədə, bu gün Ermənistan cəmiyyətində asayişi pozan, zorakılığa açıq çağırışlar edən dağıdıcı qüvvələrdir: “Belə insanlara münasibətdə müvafiq qanunvericilik təsir alətləri var və hesab edirəm ki, onlar tətbiq edilməlidir. Digər tərəfdən, təbii ki, bütün bunlar Ermənistan tərəfinin insan hüquqlarına riayət olunması ilə bağlı üzərinə götürdüyü humanitar öhdəliklər çərçivəsində baş verməlidir. Amma burada hiss olunur ki, erməni tərəfi bəzi hallarda, yumşaq desək, həddini aşmaqdadır. Müvafiq beynəlxalq təşkilatlar isə buna heç bir reaksiya vermir, Ermənistana heç bir təzyiq göstərmir. Bu da, bir tərəfdən bu beynəlxalq təşkilatlara, onların effektivliyinə dair çoxsaylı suallar doğurur, digər tərəfdən isə etirazçılara qarşı daha sərt davranmaq üçün Ermənistan hakimiyyətinin əl-qolunu açır”.
İlqar Vəlizadə revanşistlərin hakimiyyətə gəlməsinin fəlakətli nəticələrə səbəb olacağını vurğulayıb.
“Mən inanmıram ki, onlar uğur qazana biləcəklər, lakin nəzəri cəhətdən bu baş verərsə, təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Ona görə də bu məsələdə təkcə daxili qüvvələr deyil, həm də xarici qüvvələr (xüsusən də regionda sülh və əmin-amanlığı qorumağa çalışan ölkələrin simasında) belə bir ssenarinin reallaşmasının qarşısını almaqda maraqlı olmalıdırlar. Çünki bu adamlar müharibəni, zorakılığı təbliğ edirlər və onların hakimiyyətə qayıdışı yaxşı heç nəyə gətirib çıxarmayacaq”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

