Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların daha çox və daimi diqqətini tələb edir
11.02.2011 [10:29]
“Beynəlxalq Böhran Qrupunun kifayət qədər həcmli və qismən balanslaşdırılmış “Ermənistan-Azərbaycan: müharibənin qarşısının alınması” məruzəsi uzun illər etnosiyasi “təbii fəlakət” zonası olan regionda vəziyyətin təhlilinə həsr olunub”. Bu barədə Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və infomasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. Onun sözlərinə görə, Ermənistanda milli mənsubiyyətə görə təqiblərlə başlanan, daha sonra azərbaycanlıların Ermənistan və Qarabağda qətlləri ilə davam etdirilən hadisələrdən 23 il sonra və ermənilər tərəfindən törədilən Xocalı və Sumqayıt faciələrinin növbəti ildönümündə Beynəlxalq Böhran Qrupu (BBQ) regionda münaqişənin gərginləşməsi ehtimalı haqqında xəbərdarlıqla çıxış edib: “Təbii ki, tərəflər arasında bu qədər uzun sürən fəal qarşıdurma bu cür mümkün ssenarilərin müzakirəsinə gətirib çıxarır, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmirik”.
Elnur Aslanov hesab edir ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi keçmiş SSRİ məkanında köhnə və qanlı etnosiyasi münaqişələrdən biri kimi beynəlxalq təşkilatların daha çox və daimi diqqətini tələb edir: “BBQ-nin münaqişəyə daimi diqqəti bir daha həm hərbi əməliyyatların başlamasının yüksək dərəcədə riskini, həm də onun tezliklə həlli və regionda sülh və sabitliyin bərqərar olması üçün yollar tapılmasını vurğulayır. Qrup öz məruzəsində tərəflər arasında gərginliyin artmasını qeyd edib və münaqişənin başlanması ehtimalı barədə həyəcan təbili çalır. Lakin beynəlxalq təşkilatı ilk növbədə məhz danışıqlar prosesinə Ermənistan tərəfdən konstruktivizmin olmaması daha çox narahat etməlidir. İllərdir münaqişənin həllində əsas mahiyyət dəyişilməz qalır və bir məna ilə ifadə olunur - Ermənistan tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalını dayandırmaq”.
Onun sözlərinə görə, Azərbaycan torpaqları təcavüzdən azad edilməyənədək regionda sülh və sabitlik əldə olunmayacaq: “Buna görə də mənim fikrimcə, BBQ-nin məruzəsində beynəlxalq hüquq prinsipləri, xüsusilə də, ərazi bötüvlüyü və dövlət sərhədlərinin pozulmaması prinsipləri kimi prioritet məsələləri növlərə ayırması vacib idi. Hər iki tərəfə kifayət qədər aydın olan məsələri qeyd etməkdənsə, məruzənin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin bu hissəsinə toxunması daha səmərəli olardı. Regionda sülh uğrunda çıxış edən və etibarın qazanılması və yaxud “münaqişələrin aradan qaldırılması məqsədilə anlamaq və fəaliyyət göstərməy”ə imkan yaratmağa çalışan beynəlxalq təşkilat yalnız faktların şərhi və müəyyən edilməsi ilə məhdudlaşmamalıdır. Bu, kifayət etmir”.
Elnur Aslanovun fikrincə, hər şeyin öz adı ilə çağırılması, həmçinin, təcavüzkarın öz pozuculuq siyasətindən kənara çəkilməyə və Azərbaycan topraqlarını azad etməyə məcbur edilməsi son dərəcə vacibdir: “Ermənistanın danışıqlar prosesinə konstruktiv yanaşması və ümumilikdə perspektivdə vəziyyətin rasional dərk edilməsi olmadan regionda sülhdən danışmaq çox çətindir. Biz dəfələrlə həm bundan əvvəlki, həm də indiki Ermənistan rəhbərliyinin son anda erməni və Azrəbaycan xalqlarını sülhə və sabitliyə gətirib çıxara biləcək əlverişli yoldan imtina etmələrinin şahidi olmuşuq. Azərbaycan beynəlxalq zəmanət altında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməyə, iqtisadi rifah və mədəni inkişaf üçün şərait yaratmağa hazırdır. Lakin Ermənistan rəhbərliyi münaqişədə özünün hakimiyyətə gəlişinin səbəbini görür, nizamlanma isə özündə onu itirmək təhlükəsini gizlədir”.
Prezident Administrasiyasının şöbə müdirinin fikrincə, BBQ-nin məruzəsi mahiyyət etibarilə Dağqlıq Qarabağda və ona bitişik yeddi rayonda vəziyyətin dəyişilməz qaldığını və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olduqlarını təsdiq edir: “Məruzə münaqişə tərəflərinin - Ermənistan və Azərbaycanın hərəkətlərini qeyd edir, həmçinin, Ermənistanın öz əsgərlərini Dağlıq Qarabağda xidmət keçmək üçün nizami orduya göndərilməsini dayandırılmalı olduğunu da göstərir. Belə olan halda Azərbaycanın hərbi büdcəsinin 3 milyard ABŞ dollarından çox məbləğə çatdırılması zərurəti tamamilə əsaslı və ədalətli görünür. Azərbaycan davam edən status-kvo şəraitində münaqişənin sülh yolu ilə həllinin alternativi barədə düşünməkdə davam edəcək. Bu, Azərbaycanın müstəsna hüququdur və heç kim bundan imtina etməyə hazırlaşmır”.
O, deyib ki, BBQ-nin məruzəsi onu da təsdiq edir ki, status-kvo Azərbaycanı qane etmir və uzun müddət belə davam edə bilməz. “ümumilikdə, məruzə yalnız atəşkəs xəttində, eləcə də, ayrı-ayrılıqda Ermənistanda və Azərbaycanda baş verən faktları əks etdirir. Mahiyyət etibarilə, məruzə yeni heç nə demir, o, yalnız tərəflərin daim dediklərini təkrar edir. Bu gün Azərbaycandakı intensiv iqtisadi artım həm hərbi, maddi və hərbi-texniki xərclərin, həm də Azərbaycan əsgərinin döyüş ruhunun artmasına yardım edir. Beləliklə, indi zaman Azərbaycanın xeyrinə işləyir. Nə qədər ki, Azərbaycan inkişaf edir, iqtisadi cəhətdən güclənir, Ermənistan gündən-günə iqtisadi planda itirir və siyasi cəhətdən parçalanır”, - deyə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri bildirib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafının nəticəsi ölkənin hərbi xərclərini borc içində boğulan Ermənistanın bütün büdcəsini üstələyən səviyyəyədək artırmağa imkan verib: “Tamamilə aydındır ki, iki ölkə arasında müharibə olmasaydı, regionun iqtisadi gələcəyi tamam başqa, daha müsbət perspektivli ola bilərdi. Bu gün özünün irrasional və pozucu mövqeyinə ilişib qalan Ermənistan özünü və vətəndaşlarını normal yaşamaq imkanından məhrum edir. Beləliklə, erməni cəmiyyətinin iqtisadi və siyasi tənəzzülü münaqişənin dinc yolla həllindən imtina edən hakim dairənin siyasətinin təcəssümü olub”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50

