Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Güneyli soydaşlarımızdan dəstək!

Güneyli soydaşlarımızdan dəstək!

16.12.2022 [10:38]

Aksiyanın dördüncü günü nələr oldu?

Etirazçılar Vardanyanın Qarabağdan çıxarılmasını tələb ediblər

NARDAR

Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının dördüncü günü arxada qaldı. Ötən gün ölkənin müxtəlif regionlarından olan gənc fəallar da etirazçılara qoşulub.

Rusiya sülhməramlı kontingenti isə öz postunda küçə dinamikləri quraşdırıb. Həmin dinamiklər vasitəsilə rus musiqiləri ucadan səsləndirilib. Buna cavab olaraq etirazçılar Azərbaycanın Dövlət Himnini oxuyublar.

Qeyd edək ki, Qarabağda faydalı yataqların qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının 4-cü günündə iştirakçılar bir neçə yeni tələb irəli sürüblər. Onlar Azərbaycanın suveren torpaqlarında, o cümlədən Laçın istiqamətində  bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb ediblər. Aksiya iştirakçıları, həmçinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının tam icra olunmadığını diqqətə çatdırıblar.

Bundan əlavə, yolda Rusiya sülhməramlılarının postunun qarşısında keçirilən  aksiyanın iştirakçıları Qarabağdakı erməni separatçı tör-töküntülərinin, o cümlədən   Arayik Arutyunyan və Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etməsi ilə bağlı şüarlar səsləndiriblər. Onlar “Arutyunyan, rədd ol!”, “Vardanyan, rədd ol!” deyə bildiriblər. Aksiya iştirakçıları şüarlarında Laçın yolunun sülh yolu olduğunu da qeyd ediblər. Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.

Bu aksiyanın iştirakçılarına güney azərbaycanlılardan da dəstək gəlib. Cənubi Azərbaycanın milli fəalı Əhməd Obalı ötən gün mətbuata açıqlamasında deyib ki, güneydə yaşayan soydaşlarımız Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşıdır: “Bütün dünyanın qəbul etdiyi kimi Qarabağ Azərbaycan torpağıdır. Qarabağda qanunsuz işlərin qarşısını almaq və təbii sərvətlərin olduğu yataqlarda monitorinq aparmaq Azərbaycanın haqqıdır. Təəssüf ki, Rusiya sülhməramlıları Azərbaycanın  bu təbii hüququnun qarşısını almaq istəyir. Belə olan halda fəalların və Azərbaycan dövlətinin məsələyə etiraz etməsi qaçılmaz olub. Bu baxımdan, güneyli azərbaycanlılar olaraq, azərbaycanlı fəalların Rusiya sülhməramlılarına etirazını dəstəkləyirik. Azərbaycanın yeraltı sərvətlərinin qanunsuz olaraq talanmasına etiraz edirik. Hesab edirik ki, Azərbaycan yeraltı qaynaqlarının talan edilməsinin qarşısını almaqla yanaşı, talan zamanı ətraf mühitin çirkləndirilməsinin də qarşısını almalıdır”.

Aksiyanın dördüncü günündə də etirazçılar bildiriblər ki, Qarabağın dinc əhalisinə məxsus olan mülki avtomobillərin yoldan istifadə etməsi üçün heç bir problem yoxdur, onların bu yoldan istifadəsi üçün şərait var.

Paylaş:
Baxılıb: 245 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29