Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şərq ilə Qərbin yeni dialoq ünvanı...

Şərq ilə Qərbin yeni dialoq ünvanı...

20.01.2023 [10:36]

Qlobal iqtisadi əməkdaşlıq platformaları siyasi qarşıdurmaları həll etmək iqtidarındadır

Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Son 20 ildə Azərbaycan bütün ölkə və təşkilatlara münasibətdə vahid mövqedən çıxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini nümayiş etdirib. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri kimi milli maraqlar çıxış edib. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür. İqtisadi əməkdaşlıq siyasi tərəfdaşlığın əsas təməlidir

İkinci ongülüyünü yaşadığımız 2023-cü il müəyyənləşdirilən yeni iqtisadi-siyasi hədəflərlə xüsusi əhəmiyyətə malik ola bilər. Belə ki, yeni dövrün çağırışlarına əsaslanan əməkdaşlıqlar öz aktuallığı ilə seçilir.  Azərbaycan yenidən sivilizasiyaların əməkdaşlıq platformasına çevrilir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırki real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin katklizmlərlə dolu mürəkkəb mərhələsindəndə Azərbaycan strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirilir. Yaşadığımız günlərdə Əbu-Dabi Dayanıqlılıq həftəsi, ardından isə Davosda keçirilən Dünya İqtisadi Forumunda önə çıxan arqumentlər bu faktı növbəti dəfə təsdiqlədi. Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı yüksək nüfuzun əyani göstəricisi kimi ifadə edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, eyni zamanda, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınmasına hədəflənib. Bunun nəticəsidir ki, Əbu-Dabidən Davosa uzanan qlobal iqtisadi bağlar Azərbaycanın təmsilçiliyi ilə möhkəmlənir, etimad qazanır. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq platforması kimi çıxış edir.  Cənub Qaz dəhlizinin ardından yaşıl enerji dəhlizi layihəsini irəli sürən Azərbaycan mühüm bir coğrafiyanın - Yaxın Şərq ilə Avropanın, eləcə də Çinin eyni maraqlar ətrafında birləşməsini təmin edə bilər. İqtisadi əməkdaşlıq siyasi tərəfdaşlığın əsas təməli sayılır - Azərbaycan bu addımı ilə dünyanın təhlükəsizlik arxitekturasına böyük töhfələr verir. Budur fundamental problemlər...

Bununla yanaşı, regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan strateji əhəmiyyətli layihələr reallaşdırmaqla Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdırır - yeni geostrateji əməkdaşlıq platformaları yaradır. Azərbaycan Prezidentinin sözü isə imzasıdır. Dövlət başçısı Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində bildirib ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”.

Azərbaycanın təşəbbüsü ilə meydana gələn üçtərəfli, dördtərəfli formatda “əməkdaşlıq masaları” diplomatik münasibətlərin inkişafına xidmət edir. Azərbaycan yeni geostrateji şəraitdə beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilir. Bu əməkdaşlıq isə dünyaya yeni sülh və inkişaf modeli təqdim edir -  müşahidə olunan qlobal liderlik uğrunda mübarizənin real əməkdaşlıqlarla əvəz olunması kimi. Prezident İlham Əliyev Davosdakı müsahibəsində qeyd edib ki, liderliyi ölçmək mümkünsüzdür: “O, virtualdır və ixtiyarınızda olan media tərəfindən yaradıla bilər. O, nəzarətinizdə olan QHT-lər tərəfindən yaradıla bilər. Ancaq, necə deyərlər, rəqabət mühitində siz bunu sübut edə bilməzsiniz. Bu səbəbdən onlar gərək silahları yerə qoysunlar və bəşəriyyətin üzləşdiyi problemlərə diqqətlərini yönəltsinlər - yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər”. 

Qarşıya qoyduğumuz hədəflərə uğurla çatacağıq

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanın son illər həyata keçirdiyi xarici siyasət strategiyası çox uğurludur. O vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik strateji baxışları, eləcə də regional və qlobal miqyasda siyasi ab-havanın düzgün məyyənləşdirilməsi yönündə atılan praktiki və əməli addımlar Azərbaycana uğur gətirir: “Vətən müharibəsində əldə olunan tarixi qələbədən sonra Azərbaycan bir sıra güc mərkəzləri üçün önəmli bir platformaya çevrilib. Azərbaycanla hesablaşırlar, Azərbaycanı qəbul edirlər. Yeni geosiyasi reallıqlar onlar üçün də maraq doğurur.  Bu xüsusda Azərbaycan artıq Şərq ilə Qərb arasında önəmli bağlantını həyata keçirir. Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsində önəmli həlqəni təşkil etməyi hədəfləyən Azərbaycan həm də öz nəqliyyat kommunikasiya, tranzit, logistika potensialını inkişaf etdirmək, zəruri infrasturktur bazasını formalaşdırmaqla yanaşı, enerji diplomatiyası sahəsinə böyük diqqət ayırır. Neft-qaz əməliyyatları ilə yanaşı, Azərbaycan son dövrlər alternativ və bərpaolunan enerji sektoru ilə bağlı planlar müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilər cənab Prezident tərəfindən yaşıl enerji zonası elan edilib. Eyni zamanda, Azərbaycana Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanının müvafiq bərpaolunan enerji yönümlu şirkətləri sərmayə yatırıblar. Bu olduqca mühüm amillərdir”.

Prezident İlham Əliyevin BƏƏ-yə səfərinə və səfər çərçivəsində  Əbu-Dabi Dayanıqlı inkişaf həftəsindəki çıxışına diqqət yönəldən politoloq bildirib ki, bu   çıxış əsas etibarı ilə Azərbaycanın alternativ və bərpaolunan enerji sahəsinə həsr olunmuşdu və cənab Prezident bu sahəyə sərmayələrin yatırılmasının önəmini bildirmişdi. “Digər tərəfdən, qlobal məkanda ən önəmli hadisəyə çevrilən Davos Qlobal İqtisadi Formunda cənab Prezident mühüm görüşlər həyata keçirdi və Çinin CGTN televiziya kanalına müsahəsində də bir daha bildirdi ki, hər zaman həyata keçirilməli olan layihələr, planlar, qarşıda olan hədəflər haqqında söz verir və bunları addım-addım yerinə yetirir. Düşünürəm ki, biz qarşıya qoyduğumuz hədəflərə uğurla çataca?ıq. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpası, təhlükəsizlik şəraitinin gücləndirilməsi, eləcə də sülhün, dayanaqlığın artırılması üçün bu gün Azərbaycan əlindən gələni edir. Böyük Qayıdış konsepsiyası çərçivəsində keçmiş məcburi köçkünləri təhlükəsiz şəraitdə və həyat üçün zəruri infrastrukturun qurulması, məşğulluğun təmin olunması fonunda öz doğma yurdlarına qaytarmağı düşünür. Bu xüsusda, artıq yeni qayıdış ilə bağlı  anonslar verilib. Artıq Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış təmin olunacaq. Düşünürəm ki, bu gün təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər ilin sonuna qədər yekunlaşacaq və biz həm də bu qısa və orta müddətli perspektivdə qarşıya qoyduğumuz məqsədlərə çatmağa nail olacağıq”, - deyə  İ.Hüseynov əlavə edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28