Radikal müxalifət cəbhəsində yeni qarşıdurma meyilləri...
17.02.2012 [23:47]
Hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə gündəmə gələn radikal müxalifət bu dəfə də eyni aqibətlə üz-üzədir. Daha doğrusu, ənənəvi surətdə mövcud olan silsilə uğursuzluqlar, korporativ maraqların təmin olunması üçün aparılan pərakəndə mübarizə bəhs edilən düşərgədə parçalanma meyilləri, qarşıdurma və qütbləşmə tendensiyalarını daha da kəskinləşdirib. Ziddiyyətlər və qarşıdurmaların hazırki halqası qismində isə Müsavat Partiyası çıxış etməkdədir.
Məlum olduğu kimi, Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca orada sədrlik mübarizəsi çərçivəsində gərginlik və qarşıdurma meyilləri daha da güclənir. Bu proseslərin mərkəzində isə İsa Qəmbərin sədrlik postundan getmək istəməməsi dayanır. Daha dəqiq desək, İsa Qəmbər öz postunu əldən buraxmamaq, inhisara aldığı sədrliyi davam etdirmək üçün ən müxtəlif metod və vasitələrdən yararlanmağa çalışır. Belə ki, o gah partiya Nizamnaməsinin dəyişdirilməsi istiqamətində “aktual müzakirələr”in başlanmasına cəhd göstərir, gah da partiya daxilində müxtəlif ziddiyyətlər yaratmaqla məqsədinə çatmaq istəyir. Əslində İsa Qəmbərin fəaliyyətinə dərindən bələd olanlar bunu heç də təəccüblü qarşılamırlar. Belə ki, İ.Qəmbər Müsavat Partiyasına sədrlik etdiyi bütün dönəmlərdə düçar olduğu silsilə uğursuzluqları ört-basdır etmək üçün məhz bu cür manipulyativ metodlara istinad edib, atdığı addımlarla yalnız gərginlik və qarşıdurmaları gücləndirib. Odur ki, məhz bu gün də İ.Qəmbər təşkilat daxilində korporativ maraqlarının təmin olunması üçün siyasi manipulyasiyalar edir.
Bütün bunların fonunda isə Müsavat daxilində yeni qütbləşmə və qarşıdurma meyilləri meydana çıxır və daha da kəskinləşir. çünki İ.Qəmbərin sədrlik postunu əldən buraxmamaq uğrunda apardığı mübarizənin fonunda partiya daxilindəki qruplaşmalar da adekvat tədbirlər görməyə və addımlar atmağa çalışırlar. Məsələn, Arif Hacılı müxtəlif xarakterli bəyanatlar verməklə İsa Qəmbərin sədrlikdən getməsinin zəruri olduğunu ifadə edir və özünü ona başlıca opponent qismində təqdim edir. A.Hacılı-İ.Qəmbər qarşıdurmasının fonunda isə Müsavat daxilindəki qütbləşmə daha da dərinləşir.
Digər tərəfdən, sabiq Müsavat funksioneri Vurğun Əyyuba yaxın qruplaşma da sədrlik postunu ələ keçirmək istəyir. Nəticədə bu kontekstdə hər üç qruplaşmalar arasında ziddiyyətlərin daha da dərinləşməsi qanunauyğun hala çevrilir.
Yeri gəlmişkən, bütün bunların fonunda İ.Qəmbərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində radikal müxalifətin “birliyi” olan İctimai Palatadan (İP) vahid namizəd kimi irəli sürülməsi variantının ortaya çıxması isə radikal düşərgədə yeni qarşıdurmalara rəvac verib. çünki İP daxilində də hər hansı həmrəylik mövcud deyil və orada təmsil olunan qurumlar şəxsi ambisiyalardan çıxış etməkdədirlər. Daha da dəqiqləşdirsək, kimsəyə sirr deyil ki, özünü İP daxilində lokomotiv qüvvə kimi qələmə verməyə cəhd göstərən Əli Kərimlinin rəhbərlik etdiyi AXCP heç də İ.Qəmbərin buradan prezidentliyə vahid namizəd kimi irəli sürülməsinə imkan verməyəcək. Qarşı tərəfin edəcəyi həmlələr isə ənənəvi surətdə qeyri-sabitliyi ilə səciyyələnən AXCP-Müsavat münasibətlərinin növbəti gərginlik və qarşıdurma mərhələsinə çıxmasına səbəb olacaq.
Beləliklə, göründüyü kimi, Müsavatın timsalında radikal müxalifət yeni parçalanma və qarşıdurma ərəfəsindədir. Hazırki reallıqları və tendensiyaları nəzərə alaraq belə bir proqnoz verə bilərik ki, mövcud qarşıdurma meyilləri daha da kəskinləşəcək və bu İP daxilində yeni ziddiyyətlər, həmçinin, parçalanmaların meydana çıxmasını şərtləndirəcək.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

