Nyu-Yorkda “Divanü lüğat-it türk” əsərinə həsr olunmuş tədbir keçirilib
15.11.2024 [10:52]
Nyu-Yorkda Türk evində Mahmud Kasğarinin “Divanü lüğət-it türk” əsərinin 86 il sonra tapılmış, repressiya qurbanı, özbək əsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk əlyazmasının nəşrinin təqdimatı və sərgisi keçirilib.
Layihənin rəhbəri UNESCO GYC üzvü, UNESCO Elektoral qrupunun eksperti, “Dünya Dilləri Atlası” layihəsinin koordinatoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri dosent Vəfa Abdullayeva-Nəbiyevadır.
AZƏRTAC xəbər verir ki, təqdimat və sərgi Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə hibrid formatda keçirilib.
Qeyd edək ki, bu il əsərin 950 illik yubileyi çərçivəsində silsilə tədbirlər təşkil olunur. Bu tədbirdə əvvəlkilərdən fərqli olaraq Xalid Səid Xocayevin yadigarı - Kanadada yaşayan nəvəsi Əfruz Məmmədovanın ailəsi də iştirak edib.
Əvvəlcə tədbir iştirakçılarına “Divan”ın tarixinə həsr olunmuş videomaterial təqdim edilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin açılış nitqindən sonra çıxışlar dinlənilib. Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, bu böyük tapıntının müəllifi, professor Nadir Məmmədli, Türk Mədəniyyəti və İrsi Fondunun birinci katibi Leyla Həsənova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti professor Bəhram Abdulxalimov, görkəmli türkoloq Xalid Səid Xocayevin nəvəsi Əfruz Məmmədova, AMEA-nın Folklor İnstitutunda bölmə rəhbəri Əli Şamil, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Almaz Ülvi Binnətova, BDU-nun professoru Yeganə İsmayılova çıxış ediblər.
Tədbirdə Xalid Səid Xocayevin həyatı, yaradıcılığı, ailəsi haqqında qısametrajlı film də nümayiş olunub. Filmin ideya müəllifi dosent Vəfa Abdullayeva-Nəbiyevadır.
Sərgidə isə Xalid Səid Xocayevin arxivi - “Keçmiş günlər”, “Müxtəsər üslubiyyat”, elmi-publisistik əsərlərinin siyahısı, özü yazdığı tərcümeyi-halı, ailə fotoları, həyat və yaradıcılığı haqqında kitablar nümayiş edilib.
Tədbirin qonaqları sırasında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, Türk Amerikan Yönləndirmə Komitəsinin təmsilçiləri və digər türk dövlətlərin nümayəndələri də olub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50

