Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İlbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılıb

İlbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılıb

08.01.2026 [19:14]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb. Agentliyin təqdim etdiyi məlumatlar əsasında müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla da həmin müəssisə ölkəmizdə ilbiz istehsalı sahəsində Avropa İttifaqı bazarına çıxış əldə edən ilk istehsalçı müəssisə olub.

“Məlumat üçün bildiririk ki, daha əvvəl Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb”, - deyə məlumatda xatırladılır.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31