“Yeni Azərbaycan” qəzetinin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
17.06.2015 [10:31]
Hikmət Babaoğlu: İlk Avropa Oyunlarının açılış mərasimində həm yüksək ağıl - intellekt, həm də xalqa sevgi var idi
Məlum olduğu kimi, “Yeni Azərbaycan” qəzeti 5 may-6 iyun tarixləri arasında “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunmuş müsabiqə keçirib. Oxucular arasında keçirilən bu müsabiqənin sualları qəzetdə və qəzetin elektron variantında dərc edilib və hər həftə qoyulmuş 2 sualı ən tez cavablandıran iki oxucu qalib elan edilərək ilk Avropa Oyunları ərəfəsində keçiriləcək yarışlardan birinin finalına bilet qazanıb. Toplamda 10 oxucu qalib olub.
Dünən isə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Qeyd edək ki, biletlərin ikisi üzrə final yarışları daha tez olduğu üçün iki qalib öncədən mükafatlandırılıb.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, hər bir insan belə bir möhtəşəm açılış mərasimini gözləyirdi: “Amma belə əfsanəvi, nağılabənzər olacağını heç kəs gözləmirdi. İnsanlar, sözün həqiqi mənasında, təəccüb keçirdilər, heyran oldular. Bu heyranlıq açılış mərasimini canlı izləyən hər bir azərbaycanlının, xarici qonağın gözlərindən oxunurdu. Hər bir Azərbaycan vətəndaşı bu mənzərədən qürur duydu. Hər dəfə səhnədə quraşdırılan dekorasiya dəyişdiriləndə yeni bir möcüzə gözləyirdik. Azərbaycanın nə qədər qədim keçmişə, tarixə malik olduğu açılış mərasimində dünyaya təqdim olundu”.
Baş redaktor deyib ki, açılış mərasimində həm yüksək ağıl - intellekt, həm də xalqa sevgi var idi: “Bu anları yaşatdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkür edirik. Hesab edirəm ki, bu anlar hələ uzun müddət insanların canlı yaddaşında yaşayacaq və Azərbaycanın şanlı tarix səhifələrindən biri kimi yadda qalacaq”.
Baş redaktor deyib ki, ilk Avropa Oyunları ərəfəsində medianın və ictimai institutların fəaliyyəti və roluna xüsusi toxunmaq lazımdır. Bu istiqamətdə həm müxtəlif ictimai institutlar, həm də vətəndaş kimi ayrı-ayrı fərdlər öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, bu prosesə öz töhfələrini verməyə çalışırlar: “Beləliklə, bu mötəbər beynəlxalq idman hadisəsinin əhəmiyyətini nəzərə alaraq biz də “Yeni Azərbaycan” qəzeti olaraq oxucular arasında müsabiqə təşkil etdik. Azərbaycanın idman tarixi və Avropa Oyunları ilə bağlı dərc edilən suallara doğru və operativ cavab verən oxucularımız ilk Avropa Oyunlarının final oyunlarından birinə bilet qazandılar. Bütün iştirakçıları və qalibləri təbrik edirik”, - deyə baş redaktor əlavə edib.
Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov qaliblərə biletləri təqdim ediblər.
Öz növbəsində, qaliblər “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunmuş belə bir tədbirin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndiriblər.
Məsələn, SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena-Epidemiologiya Mərkəzinin Sanitar Gigiyena şöbəsinin ümumi gigiyena üzrə sanitariya həkimi Sahib Ramazanov qeyd edib ki, bu möhtəşəm idman bayramı hər bir Azərbaycan vətəndaşında haqlı iftixar hissi yaradır: “Mən 1974-cü ildə Tibb institutları arasında sərbəst güləş üzrə SSRİ birinciliyinin gümüş medal mükafatçısı, Bakı çempionu və mükafatçısı, eyni zamanda, tələbələr arasında keçirilən respublika birinciliyinin mükafatçısı olmuşam. Məhz buna görə, də idmana xüsusi maraq və həvəsim olduğundan “Yeni Azərbaycan” qəzetinin bu müsabiqəsində məmnuniyyətlə iştirak edərək qalib oldum”.
“Yeni Azərbaycan” qəzetinə belə bir aktual və əhəmiyyətli tədbir təşkil etdiyinə görə xüsusi təşəkkür edən “Gənclər Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadənin qənaətinə görə, belə tədbirlər həm ilk Avropa Oyunlarının təbliği, həm də cəmiyyəti maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb edir.
Digər qalib Fatimə Hüseynzadə isə deyib ki, Azərbaycanın və Avropanın idman ictimaiyyəti ilk Avropa Oyunlarına böyük maraq göstərir: “Bu istiqamətdə medianın da səmərəli fəaliyyəti əhəmiyyətlidir. “Yeni Azərbaycan” qəzetinin təşkil etdiyi müsabiqə də bu qəbildən müsbət nümunələr sırasında yer alır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47

