Sağlamlıq imkanları məhdud 25 uşaq Türkiyəyə müalicəyə yola salınıb
14.07.2015 [09:52]
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 25 nəfər uşaq valideynlərindən birinin müşayiəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə verilən məlumata görə, uşaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinin əlilliyi olan şəxslərin tibbi reabilitasiyası, bir sıra çətin sağalan xəstəliklərin müalicəsi sahəsində ixtisaslaşmış müəssisə olduğunu vurğulayıb: “Cari ilin aprel ayının əvvəlindən bəri ƏƏSMN tərəfindən 115 nəfərdən çox əlilliyi olan şəxsin və hazırda göndərilən qrup da daxil olmaqla 50 nəfər sağlamlıq imkanları məhdud uşağın Türkiyəyə, Nobel Tibb Mərkəzinə göndərilməsi təmin olunub. Göndərilən şəxslər həmin mərkəzdə 5 ulduzlu oteldə yerləşdirilir və Dənizli bölgəsinin müalicəvi təbii potensialından geniş istifadə olunmaqla onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər. Nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunur ki, göndərilən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara orada göstərilən xidmətin təşkilinə nəzarət etsin, eyni zamanda, mərkəzin reabilitasiya təcrübəsini öyrənsin. Nobel Tibb Mərkəzində bərpa-müalicə kursunu başa vuraraq geri dönən insanlar orada aparılan müalicə işlərinin səhhətlərində müsbət dəyişikliklər yaratdığını bildirirlər”.
Cari ildə ümumilikdə 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricə bərpa müalicəsinə göndərilməsinin nəzərdə tutulduğunu qeyd edən S.Abdullayev bunun ötən ilin müvafiq göstəricisindən 20 faiz çox olduğunu diqqətə çatdırıb.
Öz növbəsində sağlamlıq imkanları məhdud uşaqların valideynləri övladlarının tibbi-sosial reabilitasiyası, o cümlədən, xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkil olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

