Bölgələrdə iftar süfrələri açılır
14.07.2015 [09:53]
Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.
DQİDK-dən AZƏRTAC-a verilən məlumata görə, növbəti iftar süfrəsi iyulun 10-da Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması tərəfindən açılıb. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, dini icma üzvləri, ağsaqqallar, gənclər, həmçinin dindarlar iştirak ediblər.
Tədbiri açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov bildirib ki, ölkə rəhbərliyi hər zaman dindarlara diqqət və qayğı göstərir. Dindarların ibadəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdıran şöbə müdiri dövlətin dinə diqqət və qayğısının təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Daha sonra çıxış edən dindarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
İyulun 10-da Dövlət Komitəsinin Bakı şöbəsinin əməkdaşlarının iştirakı ilə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbə məscidi dini icması və eləcə də, Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması, həmçinin iyulun 11-də Yasamal rayonu “Xanım Zəhra” məscidi tərəfindən də iftar süfrələri təşkil olunub. Təşkil olunmuş iftar mərasimlərində çıxış edənlər bu cür tədbirləri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər.
İyulun 10-da Şamaxı rayonunda da iftar süfrəsi təşkil edilib. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, RİH başçısının müavinləri, Şamaxı rayonu “İmamzadə” məscidi dini icmasının sədri və eyni zamanda, QMİ-nin səlahiyyətli nümayəndəsi Elşən Rüstəmov, Şamaxı bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, Şamaxı “Cümə” məscidi dini icmasının üzvləri, dini icma sədrləri, imam və axundlar, rayon ağsaqqalları, rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Tədbiri açan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev dövlətin dindarlara qayğısından danışaraq, iftar süfrəsinin təşkil olunmasına görə Dövlət Komitəsinə minnətdarlığını bildirib.
Sonra Dövlət Komitəsi sədrinin birinci müavini S.Aran Ramazan orucunun mənəvi mahiyyətindən, dini maarifləndirmə sahəsində görülən işlərdən danışıb.
Daha sonra çıxış edən “İmamzadə” məscidi dini icmasının sədri və QMİ-nin səlahiyyətli nümayəndəsi Elşən Rüstəmov dini maarifləndirmə işinin aparılması məqsədilə dövlətimizin başçısının imzaladığı Sərəncamın dinə, dindarlara göstərilən diqqət və qayğının bir nümunəsi olduğunu qeyd edib, həmçinin bu sahədə Dövlət Komitəsinin əldə etdiyi uğurları vurğulayıb.
İyulun 11-də Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasında da iftar süfrəsi açılıb. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümmətov, Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, rayon İcra Hakimiyyətinin nümayəndələri, dindarlar, ağsaqqallar iştirak ediblər.
İftar süfrəsi ətrafında QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Hacı Barat Bağırov, DQİDK-nın baş məsləhətçisi V.Hümmətov, Ağdam rayonunun Xındırıstan kənd bələdiyyəsinin sədri Nizami Quliyev və digərləri çıxış edərək Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, “Qurani-Kərim”in məhz bu ayda nazil olmasından, əhya gecələri və İslam dininin başqa dəyərlərindən geniş bəhs ediblər.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tahir Abbasov bildirib ki, son dövrlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağdam rayon İcra Hakimiyyəti ilə birgə bir neçə layihə həyata keçirib.
Bundan başqa, Ağcabədi rayonu Muğanlı kənd məscidi dini icması, Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icması tərəfindən də iftar süfrələri açılıb. Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon İcra Hakimiyyətinin nümayəndələri, dindarlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56

