/ / KİVDF-nin Suraxanı RİH-lə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
KİVDF-nin Suraxanı RİH-lə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
25.02.2016 [10:03]
Fevralın 23-də Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Suraxanı rayon İcra Hakimiyyətinin (RİH) birgə elan etdikləri “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Hesabat iclasında Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Ağacan Abıyev, Sevinc Fətəliyeva, rayonun idarə, müəssisə və təşkilatlarının, habelə 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar. Ümummilli liderin adını daşıyan parkda təşkil olunmuş ağacəkmə kampaniyasında iştirak edən tədbir iştirakçıları daha sonra rayon İcra Hakimiyyətinin rəsm qalereyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olublar.
Hesabat iclasında geniş məruzə ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti 2015-ci ildə respublikamızın bütün bölgələrinin, o cümlədən Suraxanı rayonunun iqtisadi, sosial və mədəni sahələrdə dinamik inkişafını təmin edib. Ötən il ölkə başçısının rayona 5 dəfə səfər etdiyini bildirən İcra Hakimiyyətinin başçısı bu yüksək diqqət və qayğının nəticəsi kimi rayonda abadlıq-quruculuq və yenidənqurma işlərinin geniş vüsət aldığını, vətəndaşları qayğılandıran problemlərin həlli istiqamətində əsaslı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
İlqar Abbasov məruzəsində “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ilə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafının dəstəklənməsi nəticəsində yeni açılan müəssisələr, habelə sosial, iqtisadi, mədəni sahələrdə əldə olunan uğurlar barədə də ətraflı məlumat verib.
Hesabat iclasında ölkə başçısının 2015-ci ildə Suraxanı rayonuna səfərlərindən, yeni açılmış müəssisə və obyektlərin fəaliyyətindən, habelə həyata keçirilmiş infrastruktur layihələrindən bəhs edən film nümayiş olunub.
Sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb. Çıxış edən Milli Məclisin deputatları - Ağacan Abıyev, Sevinc Fətəliyeva, habelə ayrı-ayrı idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 2015-ci ildə əldə olunmuş nailiyyətlərdən və bu il qarşıda duran vəzifələrdən söz açıblar. Suraxanı RİH-in Operativ İdarəetmə Mərkəzinin imkanlarından istifadə edilərək internet vasitəsilə rayonun icra nümayəndəlikləri ilə real vaxt rejimində videobağlantı yaradılıb və sakinləri maraqlandıran suallar cavablandırılıb. Suraxanı RİH-in başçısı rayon sakinlərini qayğılandıran problemlərin həlli ilə bağlı xidmət təşkilatlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Hesabat iclasında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən il bütün dünyada qlobal böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları konkret statistik göstəricilər əsasında diqqətə çatdırıb.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər rayon İcra Hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. Fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini xüsusilə qeyd edən rayon İcra Hakimiyyətinin başçısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq 2015-ci ilin ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olduğunu bildirib və bu baxımdan tarixdə ilk dəfə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının əhəmiyyətini xüsusilə qeyd edib. Vüqar Səfərli ilk Avropa Oyunlarının məşəlinin Suraxanı rayonunda yerləşən Atəşgah məbədində alovlandırılmasını hər bir rayon sakini üçün qürur doğuran hadisə kimi qiymətləndirib. Ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində rayonun hərtərəfli inkişaf və müasirləşmə yolunda olduğunu deyən icraçı direktor hesabat iclasında səslənən fikirlərdə, habelə nümayiş olunan filmdə bunun bir daha real təsdiqini tapdığını bildirib. İcraçı direktor qazanılmış mühüm nailiyyətlərə görə rayon rəhbərliyini və ictimaiyyətini təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.
2015-ci ilin Azərbaycan jurnalistikası üçün də əlamətdar il olduğunu vurğulayan Vüqar Səfərli ölkə başçısının sərəncamları ilə milli mətbuatın yaranmasının 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu, 180 nəfər jurnalistin fəxri ad, orden və medallarla təltif edildiyini diqqətə çatdırıb. İcraçı direktor ölkə rəhbərliyinin diqqət və qayğısı ilə ötən il Fondun kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətlərində həyata keçirdiyi layihələr barədə də məlumat verib.
Vüqar Səfərli müasir dövrdə informasiyanın hər bir insanın həyatında və ümumən cəmiyyətdə oynadığı mühüm rola xüsusi diqqət çəkərək ölkə jurnalistlərini peşə fəaliyyətlərində məsuliyyətli və diqqətli olmağa, yoxlanılmamış, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdan çəkinməyə çağırıb. İcraçı direktor bildirib ki, dünya iqtisadiyyatına mənfi təsir göstərən və Azərbaycandan da yan keçməyən qlobal böhran şəraitində KİV-in qarşısında ictimaiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu antiböhran tədbirlərinin mahiyyətini insanlara dolğun şəkildə izah etmək kimi vacib vəzifələr dayanır.
Vüqar Səfərli Fondun ötən il kütləvi informasiya vasitələri ilə yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, habelə fərdi jurnalist yazıları müsabiqələri barədə də ətraflı məlumat verib. İcraçı direktor ötən il Fondun təkbaşına və digər qurumlarla birgə keçirdiyi 11 müsabiqədə 700-dən çox jurnalistin iştirak etdiyini, 450 nəfərə yaxın jurnalistin qalib olduğunu diqqətə çatdırıb.
Vüqar Səfərli Fondun Suraxanı rayon İcra Hakimiyyəti ilə 2015-ci il noyabrın 24-dən 2016-cı il yanvarın 15-dək keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 31 kütləvi informasiya vasitəsindən 54 yazının daxil olduğunu, yazıların 6 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli müsabiqənin şərtlərinə görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.
Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Suraxanı rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək bu ənənənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
İclasa yekun vuran Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, öz növbəsində, jurnalistlərlə səmərəli əməkdaşlığa və birgə müsabiqələrin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib.
Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxElm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08

