Xaçmaz “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festivala ev sahibliyi edib
25.06.2016 [13:16]
İyunun 24-də Xaçmaz şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilib.
AZƏRTAC xəbər verir ki, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində “Multikulturalizmin alternativi yoxdur” şüarı altında təşkil olunan festivalın iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqların qatıldığı festivalın məqsədi Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir.
Festival iştirakçıları Azərbaycanın 37 rayonundan 400 nəfərə yaxın qonağın qatıldığı, multikultural dəyərləri tərənnüm edən müxtəlif tədbirlərdə iştirak ediblər.
Qonaqlar əvvəlcə Fəvvarələr Bağında müxtəlif səpkili sərgi və stendləri izləyiblər. Ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətlərinə aid tətbiqi sənət əsərləri, həmçinin kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq və digər sənət əsərlərinin nümunələri maraqla qarşılanıb. Festival çərçivəsində folklor musiqisindən ibarət “Bizim vətənimiz Azərbaycandır” konsert proqramı təqdim olunub. Uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri yerli və xarici ölkələrin bəstəkarlarına məxsus klassik musiqilər ifa ediblər. “Azərbaycan - dünya multikulturalizminin ünvanlarından biridir” adlı rəsm sərgisi də festivalın diqqətçəkən məqamlarından olub.
Açıq səma altında yaradılmış Şəxsiyyətlər muzeyi ərazisində zorxana, eləcə də güləşçilər, pəhləvanlar və kəndirbazların çıxışları maraqla izlənilib.
Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində media nümayəndələri üçün brifinq təşkil olunub, jurnalistlərin sualları cavablandırılıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasətinin hər zaman yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Multikultural dəyərlərin qorunması, yaşadılması və təbliği məqsədilə ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilir. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar Xaçmazda təşkil olunan bu festival da olduqca əhəmiyyətlidir.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycanın hər yerində, o cümlədən Xaçmazda çox sayda milli azlıqların firavan yaşadığını vurğulayıb. Rayonda 20-dən çox etnik qrupun üzvləri yaşasa da, heç vaxt milli zəmində münaqişə və ya hər hansı problem yaşanmayıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etməyi bacarıb.
Brifinqdə bir sıra media nümayəndələri multikultural dəyərlərin təbliği və qorunmasında göstərilən dəstəyə görə diplomla təltif olunub. Təltif olunanlar arasında AZƏRTAC-ın əməkdaşı Zərəngiz Mansurova da var. Festivalın kuboku isə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısına təqdim edilib.
Beynəlxalq festival çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Belarus Respublikası xalq sənətləri və mədəni maarifləndirmə işləri üzrə metodiki mərkəz, eləcə də İstanbul Böyük şəhər Bələdiyyəsinin mədəniyyət dərnəyi ilə Xaçmaz rayon Mədəniyyət Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Festival zamanı “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələrinin birgə iştirakı ilə “Multikulturalizmin alternativi yoxdur” adlı elmi-praktiki konfrans keçirilib.
“Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival gələn il Qubada təşkil olunacaq. Bu münasibətlə beynəlxalq festivalın rəmzi açarı Quba rayonun təmsil edən nümayəndələrə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08

