Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nərimanov rayonunda “Avropa Yerli Demokratiya Həftəsi-2016” mövzusunda tədbir keçirilib

Nərimanov rayonunda “Avropa Yerli Demokratiya Həftəsi-2016” mövzusunda tədbir keçirilib

04.11.2016 [10:02]

Nərimanov rayonunda “Avropa Yerli Demokratiya Həftəsi-2016” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndəsi Rəna Kərimova, Nərimanov rayonunda fəaliyyət göstərən məhəllə komitələrinin sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, hər il olduğu kimi, bu il də 31 oktyabr-5 noyabr 2016-cı il tarixlərini əhatə edəcək Həftə çərçivəsində yerli və regional hakimiyyət orqanları, eləcə də yerli hakimiyyətlərin milli assosiasiyaları tərəfindən bir və ya bir neçə gün ərzində yerli həyatın müxtəlif məsələləri ilə bağlı cəmiyyətin müxtəlif təbəqələri üçün müxtəlif növ tədbirlər keçiriləcək. Bu tədbirlərə təqdimatlar, “dəyirmi masa”lar, ictimai dinləmələr, mətbuatda, televiziya və radioda “sual-cavab” formatlı görüşlər, bələdiyyə və icra hakimiyyətlərində “açıq qapı” günləri, sərgilərin təşkili, bələdiyyələrdə qaçqın və köçkün insanlarla görüş, “qaynar xətt” və internet-konfranslar daxildir. T.Tağıyev Azərbaycanın müstəqil və sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu diqqətə çatdıraraq qeyd edib ki, Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan son illərdə bütün sahələrdə sürətli inkişafa nail olub. Eyni zamanda, ölkədə yerli və regional idarəetmə institutunun son illərdə ən yüksək səviyyədə formalaşması bunun əyani sübutudur.
Sonra Nərimanov rayon sakinləri Əli Məmmədov, professor Vilayət Əliyev, assosiasiyanın nümayəndəsi Rəna Kərimova, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək artıq uzun illərdir ki ölkəmizdə keçirilən “Yerli Demokratiya həftəsi”nin yeni, müasir vətəndaş cəmiyyətinin formalaşmasında, fəallığının artmasında rolunu diqqətə çatdırıblar. Bildirilib ki, Nərimanov rayonunda sakinlərlə görüşlərin təşkilinə, onları narahat edən problemlərin diqqətlə araşdırılmasına nail olunmalı, bələdiyyə-vətəndaş münasibətlərində qarşılıqlı anlaşma təmin edilməli, hər bir sakinin, hər bir ailənin müraciət və təkliflərinin reallaşmasına maksimum səy göstərilməlidir. Keçiriləcək görüşlərdə gənclərin də fəal iştirakının təmin edilməsinin, onların arzu və təkliflərini, cəmiyyətimizin inkişafı ilə bağlı ideyalarını işgüzarlıq və qayğıkeşliklə qəbul edərək, qaldırılmış məsələlərin reallaşması işinə məhz gənclərin özünün cəlb edilməsinə nail olunmasının mühüm əhəmiyyət kəsb edəcəyi və bunun vacib bir amili kimi ictimai-demokratik fəallığın daha da artmasına müsbət təsir göstərəcəyi qeyd olunub.
Tədbirin sonunda “demokratiya həftəsi”nin Nərimanov rayonunda yüksək səviyyədə keçirilməsi, real nəticələrə nail olunması ilə bağlı məhəllə komitələri fəallarının təklifləri dinlənilib, bir sıra yaşayış sahələrinin həlli vacib məsələləri müzakirə edilib. Nəzərə çatdırılıb ki, bələdiyyə və onun məhəllə komitələri hazırda təqaüddə olanların, şəhid ailələrinin, kimsəsizlərin müraciətlərinə daha çox diqqətlə yanaşmalı, bütün imkan və resurslardan istifadə edərək, onların ehtiyaclarının ödənilməsinə səy göstərməli, istəklərini maksimum yerinə yetirməyə çalışmalıdırlar.

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31