/ / İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı ilə Çikaqodakı İllinoys Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı ilə Çikaqodakı İllinoys Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
03.12.2016 [12:49]
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında İllinoys Universitetinin (Çikaqo) nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə MDTU-nun Bakı filialının rektoru, professor Əziz Əliyev, İllinoys Universitetinin səhiyyə məsələləri üzrə vitse-kansleri, doktor Robert Bariş, Oftalmologiya şöbəsinin rəhbəri, professor Mark Rozenblatt, Stereotaksik və funksional neyrocərrahiyyə şöbəsinin rəhbəri, professor Konstantin Slavin iştirak ediblər.
MDTU-nun Bakı filialının rektoru, professor Əziz Əliyev bu ali məktəbin yaradılmasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında, habelə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, Rusiya ali məktəbinin bu filialı Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi, habelə bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələri genişləndirmək məqsədilə yaradılıb. Bakı filialında 31.05.01 “Müalicə işi” ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu il birinci kursa 125 tələbə daxil olub. Filialın iki kursunda təhsil alan tələbələrin ümumi sayı 225 nəfərdir.
Rektor Ə.Əliyev vurğulayıb ki, Rusiya Tibb Universitetinin Bakı filialı Rusiya, ABŞ və Almaniyanın aparıcı klinikaları ilə, habelə Azərbaycanın aparıcı tibb müəssisələri ilə kontraktlar bağlayıb. Məsələn, bu il sentyabr ayında M.D.Anderson adına Amerika Onkoloji Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin sənədə əsasən, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialının tələbələri M.D.Anderson adına Onkoloji Mərkəzdə kilinik ixtisaslar üzrə praktiki rotasiyalar keçə biləcəklər.
Çikaqodakı İllinoys Universitetinin (UİC) səhiyyə məsələləri üzrə vitse-kansleri qeyd edib ki, UİC Çikaqonun ən böyük universitetidir. İllinoys ştatı tərəfindən maliyyələşdirilən bu ali məktəb “University of Illinois system” şəbəkəsinə daxil olan üç universitetdən biridir. Hər il bu ali məktəbə 28 minə qədər tələbə daxil olur. Universitet xüsusən təbabət sahəsində məşhur elmi mərkəzdir.
Görüşdə iki universitet arasında sıx əməkdaşlıq qurulması məsələləri müzakirə edilib, vurğulanıb ki, bu əməkdaşlıq gələcəkdə tələbələrin birgə klinik tədqiqatlar aparmasına, İllinoys Universitetinin klinikalarında praktiki rotasiyalar keçməsinə imkan verəcək.
Xəbər lenti
Hamısına baxElm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08

