Milli Məclisin deputatları Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar
14.02.2017 [09:35]
Fevralın 11-də Milli Məclisin deputatları, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bir qrup üzvü Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın Qusarın Şəhidlər xiyabanındakı qəbri ziyarət olunub, ruhuna dualar oxunub.
Daha sonra şəhid Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd tam orta məktəbin kollektivi ilə görüş olub. Milli Qəhrəmanın müəllimləri onun haqqında xatirələrini bölüşüb, Çingizin çalışqan və tərbiyəli şagird olduğunu diqqətə çatdırıblar. Deyiblər ki, Ç.Qurbanov hərbi dərslərə marağı ilə seçilirdi, “Şahin” hərbi-idman oyunlarında məktəb komandasının əsas üzvlərindən biri idi.
Məktəbdə keçirilən görüşdən sonra Milli Qəhrəmanın ailə üzvləri ziyarət olunub. Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycanın hər yerində Çingizin qəhrəmanlığından, onun Vətən sevgisindən danışılır. “İndi Qusarın Həzrə kəndi haqqında bütün ölkə vətəndaşlarının xəbəri var. Prezident İlham Əliyev Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çingiz kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq”.
Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

