“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi öz işinə başlayıb
27.05.2017 [10:59]
Mayın 26-da “Gülüstan” sarayında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi öz işinə başlayıb. Ənənəvi olaraq ölkəmizdə reallaşdırılan beynəlxalq konqres Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilib. Ötən konqresdə tətbiq edilən yenilik bu dəfə də davam etdirilib. Belə ki, tədbir çərçivəsində xarici ölkələrdən dəvət olunmuş tanınmış professional ürək cərrahları tərəfindən ürək-damar cərrahiyyəsi sahəsində fəaliyyət göstərən bütün gənc mütəxəssislər üçün praktik məşğələlər keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresin ilk günündə təşkil edilən “Damar anastomozu” və “Mitral qapaq təmiri” kursları xüsusilə gənc kardioloqlar üçün çox faydalıdır. Müasir avadanlıqların istifadəsi və xüsusi şəraitdə keçirilən beynəlxalq təcrübədə WET LAB adlanan bu praktik məşğələlərdə heyvan ürəkləri üzərində ürəyin cərrahi anatomiyası mövzusunda təlim və tədrisi aparılıb.
“Damar anastomozu” mövzusunda keçirilən ilk təlimin moderatoru Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin həmsədri, professor Mehmetali Özatik tədbirin əhəmiyyətini vurğulayıb, belə mötəbər konqresdə iştirakdan məmnunluğunu ifadə edib.
Professor deyib: “Burada gənc məsləkdaşlarımızla öz təcrübəmizlə bölüşməyə geniş imkanlar yaradılıb. Təşkil olunan təlimlərin gənc cərrahların gələcək professional fəaliyyətlərində çox böyük müsbət rol oynayacağına əminəm. İlk kurs özündə süni damarlara atılan tikişlər, onların bir-birinə bağlanma yolları haqqında geniş məlumat veriləcək”.
“Mitral qapaq təmiri” mövzusunda keçirilən təlimin moderatoru Türkiyənin Ankaradakı Atatürk Xəstəxanasının ürək-damar cərrahı, professor Şərəf Alp Küçüker ürək qapaqları və ürək xəstəlikləri zamanı tətbiq olunan cərrahi müdaxilələr barədə konqres iştirakçılarına məlumat verib.
Alim bildirib ki, mitral qapaq ürəyin ən vacib və ən çox əməliyyatlar icra olunan qapağıdır. Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq anadangəlmə və əsasən qazanılmış ürək qüsurudur.
Sonra təlimlər mövzuları əhatə edən əməliyyatların maketlər üzərində tətbiqi ilə davam etdirilib.
Qeyd edək ki, üç gün davam edəcək konqresdə kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq, tibbin bu sahəsinin son yenilikləri müzakirə ediləcək. Dünyanın aparıcı kardioloq və kardiocərrahlarının dəvət olunduğu konqresdə təxmini 15 ölkədən 400-ə yaxın yerli və əcnəbi mütəxəssis iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

