“Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib
14.09.2017 [08:06]
Dünən Azərbaycanda Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99-cu ildönümü münasibətilə “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə, Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ictimai birliyin sədri Emin Həsənli 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıb.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr böyük tarixə malikdir. Səfir deyib: “Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasının səbəbləri çoxdur. Osmanlı dövlətinin 1918-ci ildə ən cəsur əsgərlərini toplayıb Azərbaycana göndərməsində əsas səbəb nədirsə, bu gün də iki ölkə arasında qardaşlıq münasibətlərimizi bu səviyyədə saxlayan səbəb budur. Dünyada belə sıx dostluğa malik olan az ölkə var. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi, dini, dili, soyu bir olan millətik. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü də Türkiyənindir. Bu, 1918-ci ildə də belə idi, həmişə də belə olacaq. Türkiyə Azərbaycanı yanında gördükcə, özünü daha güclü hiss edir. Azərbaycanın müstəqilliyini qazandığı 26 il ərzində iki ölkə arasında çox böyük məsafə qət edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihələrində bir yerdə olmağımız da bir-birimizə olan inamın göstəricisidir. Atatürk Mərkəzində bir araya gəlməyimiz də məhz 1918-ci ildəki şəhidlərimizin hesabınadır. Onlara Allahdan rəhmət diləyirik. Bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyevə, Prezident İlham Əliyevə təşəkkür edirik”.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanla Anadolunun düşməni eynidir: “15 sentyabr hadisələrinə görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməliyik. İki qardaş ölkə arasında dostluq, qardaşlıq münasibətlərini ayrı salmaq üçün edilən bütün cəhdlər baş tutmayacaq”.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu hər bir ölkənin tarixinin ondan ibrət dərsi almaq üçün öyrənilməli olduğunu vurğulayıb. O deyib: “Azərbaycan tarixində 15 sentyabr hadisələrinin mühüm rolu var. Bakının işğaldan azad olunması Azərbaycan xalqının həmişə ehtiyac duyduğu çox mühüm qələbə günlərindən biridir. Bu zəfər bayramını anmaq bizim ümumi və vicdani borcumuzdur. Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları erməni-bolşevik qırğınından xilas etmiş oldu. Bu hadisə bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər, ölkəmizin sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb. Əgər Qafqaz İslam Ordusu olmasaydı, Azərbaycan 1918-ci ildə Demokratik Cümhuriyyətini qura bilməsəydi, SSRİ təşkil olunanda Azərbaycanın SSRİ-nin tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayətlərdən biri kimi daxil olunması nəzərdə tutulmuşdu”.
Daha sonra tədbirdə çıxış edən natiqlər 15 sentyabr tarixinin iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəyə gəlib çatmasında mühüm rolu olduğunu qeyd ediblər.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45

