/ / Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdəndir
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdəndir
20.10.2017 [10:19]
Bu barədə Dövlətqaçqınkomda cari ilin doqquz ayının yekunlarına həsr olunmuş kollegiya iclasında ətraflı söhbət açılıb
Oktyabrın 19-da Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasını giriş sözü ilə açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov gündəliyə daxil edilmiş məsələlərin müzakirəsi zamanı əsas diqqəti Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş və proqram xarakterli çıxışında səsləndirdiyi müddəalara və qarşıya qoyduğu vəzifələrə yönəldib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da güclənib, davamlı inkişaf dinamikası təmin olunub.
Baş nazirin müavini Əli Həsənov dövlətimizin başçısının həmin iclasdakı çıxışına və statistik rəqəmlərə istinad etməklə bu ilin ötən dövründə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını diqqətə çatdırıb, həmçinin dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətlərdən, diplomatik uğurlardan, respublikamızın dünya birliyində reytinqinin yüksəlməsinə səbəb olan amillərdən ətraflı söhbət açıb. Prezident İlham Əliyevin siyasətinin, bu siyasət nəticəsində əldə olunan uğurların mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyən Əli Həsənov bildirib ki, müəyyən çətinliklərə baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı inkişaf etdiyindən bütün əsas vəzifələr icra olunub.
Bir nömrəli problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov onu da bildirib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir.
Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Əli Həsənov diqqətə çatdırıb ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyanın sessiyadakı çıxışında həmişə olduğu kimi heç bir əsasa söykənməyən fikirləri böyük gülünc doğurdu və Ermənistanın özündə böyük narahatçılığa səbəb oldu. Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, faktlara söykənən təmkinli və yüksək səviyyəli çıxışı ilə son 25 ildə Ermənistanın cinayətkar rejiminin törətdiyi hadisələri bütün dünyanın diqqətinə çatdırdı. Həmçinin çıxış üçün ayrılmış çox qısa bir vaxt ərzində ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı böyük uğurlar barədə dolğun təsəvvür yaratdı.
Cocuq Mərcanlının bərpasını Böyük Qayıdışın başlanğıcı adlandıran Baş nazirin müavini Əli Həsənov Nazirlər Kabinetinin son iclasındakı çıxışında Prezident İlham Əliyevin də bu tarixi hadisəyə bir daha xüsusi önəm verdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda kənddə ikinci mərhələdə aparılan bərpa işləri də dövlətimizin başçısının tapşırığı və nəzarəti altında həyata keçirilir. Ən başlıcası isə Prezident İlham ƏIiyevin uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, may ayında Birinci vitse-prezident tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təməlinin qoyulması, bu yaxınlarda isə “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazır və Mehdiabad qəsəbələrindəki “Gənclər Şəhərciyi”ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə birincin xanımın həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsi və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq başlanan işlərin uğurla davam etdirilməsi də məhz bu diqqət və qayğının nəticəsidir. Bütün bunlar bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin prioritetidir.
Prezident İlham Əliyevin də bütün mötəbər tədbirlərdə, yığıncaqlarda olduğu kimi, Nazirlər Kabinetinin son iclasında da ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini, onların həlli yollarını önə çəkməsini bu təbəqədən olan soydaşlarımıza hərtərəfli dövlət qayğısının təzahürü kimi dəyərləndirən Əli Həsənov deyib ki, dövlətimizin başçısı bu iclasda da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə nəzərdə tutulan tədbirlərdən danışaraq problemin həlli yollarını da müəyyənləşdirib. Bildirib ki, bu təbəqədən olan soydaşlarımızın problemləri daim diqqət mərkəzindədir, köçkünlərlə bağlı məsələlər öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət alıb: “Bu il minlərlə məcburi köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin olunacaq. Bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib”, - deyə Əli Həsənov qeyd edib.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onların müxtəlif problemlərinin həllinə hərtərəfli dövlət qayğısının müntəzəm diqqət mərkəzində saxlanılmasını önə çəkən Baş nazirin müavini bildirib ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər tam şəkildə dövlətin təminatındadır, onların problemlərinin, xüsusən də mənzil-məişət problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin gündəlik diqqət mərkəzindədir. Bu baxımdan bu il də məcburi köçkünlər üçün yeni qəsəbələr salındığını diqqətə çatdıran Əli Həsənov deyib ki, onlardan biri Tərtər rayonunda bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilən 1176 ailəlik böyük qəsəbədir, yaxın günlərdə bu yaşayış kompleksi istifadəyə veriləcək. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin, digər infrastrukturların da inşası başa çatmaq üzrədir.
Həmçinin, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Əli Həsənov bir daha diqqətə çatdırıb ki, dövlətimizin başçısının da, birinci xanımın da vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir.
Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyevin ölkəmizin bir saylı problemi elan etdiyi və gündəlik diqqət mərkəzində saxladığı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı mühüm tapşırıq və göstərişlərinin, bu sahə ilə bağlı ölkə başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət Proqramı və ona edilmiş əlavələrdə, digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin ardıcıl və tam şəkildə təmin edilməsi üçün Dövlətqaçqınkomun kollektivi bundan sonra da əzmlə çalışacaq, bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həlli ilə bağlı qarşıya qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirəcək.
Sonra gündəlikdə duran məsələlər ətrafında geniş müzakirə aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

