“Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar”
15.04.2021 [08:38]
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əhalinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi prosesi aparılır. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib. Qeyd edək ki, COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib.
“Əhalini qaydalara riayət etməyə, tibbi maska taxmağa, sosial məsafəni qorumağa, insanlarla az təmasda olmağa, kütləvi toplaşma yerlərindən uzaq olmağa, ictimai-iaşə obyektlərinə mümkün qədər üz tutmamağa çağırıram. Əgər qaydalara əməl olunmazsa, yoluxma sayları daha böyük rəqəmlərə gəlib çıxacaq. Bununla yanaşı, vətəndaşları mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar. Çünki əhalinin 80 faizi vaksinasiya olunduqda virus həyatımızda qalsa belə, pandemiya dönəmi bitəcək”.
Bu fikirləri qəzetimizə açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.
Mütəxəssis bildirib ki, bundan başqa, vaksinasiya cəmiyyətdə virusa qarşı ümumi immunitetin yaranmasının yeganə yoludur: “Bu gün dünyada onlarla dövlət hələ də vaksin ala bilməsə də, Azərbaycanda artıq peyvənd problemi həll olunub və vaksinasiya işləri həyata keçirilməkdədir. Son statistikaya əsasən, vurulan vaksin dozalarının sayı 1,2 milyona yaxınlaşır. Vətəndaşlar koronavirusla mübarizədə də həmrəylik göstərməli, karantin tədbirlərinə əməl etməklə yanaşı, vaksinasiya prosesində çox aktiv olmalıdırlar”.
“Ötən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Ölkəmizdə tətbiq olunan karantin qaydalarına əsasən, kütləvi toplaşma tədbirləri qadağandır. Qaydalara əməl etməklə, vaksinasiya prosesinə fəal qoşulmaqla gələn il Ramazan ayını öz sevdiklərimizlə, doğmalarımızla, qohum-tanışlarımızla birlikdə keçirməyə nail ola bilərik”, - deyə L.Qalimova bildirib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50

