/ / Astarada torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş Şümrüd kənd sakinləri ilə görüş keçirilib
Astarada torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş Şümrüd kənd sakinləri ilə görüş keçirilib
08.05.2021 [17:25]
Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazidə yerləşən Şümrüd kəndində böyük ərazidə baş vermiş və hazırda da davam edən torpaq sürüşməsi nəticəsində kəndin əhalisi ziyan çəkib, 19 ailənin fərdi yaşayış evləri tamamilə yararsız hala düşüb.
Evləri qəzalı vəziyyətdə olan ailələrdən biri Astara şəhərində inşa edilmiş 36 mənzilli binada evlə təmin edilib, digər 18 ailə üçün yeni evlərin tikintisi planlaşdırılıb.
Bu məqsədlə əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib və yaxın vaxtda yeni evlərin tikintisi işlərinə başlanılacaq.
Baş verən torpaq sürüşməsi nəticəsində elektrik xətləri sıradan çıxdığı üçün kəndə elektrik enerjisinin verilişində fasilələr və çətinliklər yaranıb. Əhalini dayanaqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə 1300 metrlik məsafədə 10 kilovoltluq yüksəkgərginlikli yeni elektrik xətlərinin çəkilişində işlər tamamlanmaq üzrədir.
Görüşdə çıxış edən kənd sakinləri insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən dövlət tədbirlərinin əhəmiyyətini yüksək dəyərləndiriblər.
Sakinlər torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün qısa müddətdə yeni evlərin tikintisinə sərəncam imzaladığına, ucqar bir kənddə yol və məktəb tikintisinə göstəriş verdiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşdə çıxış edən rayon rəhbərliyi verilən təkliflərin, qaldırılan məsələlərin həllinə nail olunacağını bildirərək qeyd edib ki, dünyada və ölkəmizdə davam edən COVID-19 pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, Prezident İlham Əliyev böyük inamla müstəqil dövlətimizin daha da möhkəmlənməsi, vətəndaşların rifahının yaxşılaşdırılması üçün mühüm tədbirlərin həyata keçirilməsinə nail olur.
Bildirilib ki, kəndin əsas problemlərindən biri torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş vətəndaşlar üçün yaşayış evlərinin tikilməsidir. Artıq bu istiqamətdə işin icrasına başlanılıb.
Torpaq sürüşməsi nəticəsində sıradan çıxmış elektrik xətlərinin yenidən çəkilməsi və elektrik xətt təsərrüfatındakı çatışmazlıqların aradan qaldırılması istiqamətdə aparılan işlər isə qısa müddətdə başa çatdırılacaq.
Görüşdə, həmçinin sakinlərə Dürriyə-Şümrüd avtomobil yolunun çəkilməsi ilə əlaqədar layihə işlərinin başa çatması barədə də məlumat verilib.
Şümrüd kənd tam orta məktəb binasının köhnə olması və darısqallığı nəzərə alınaraq ötən il Dürriyə kəndində modul tipli məktəb tikilərək istifadəyə verilib. Daha əsaslı bir məktəb binasının tikintisinə isə Dövlət Proqramına əsasən yaxın zamanlarda inşasına başlanılacaq.
Xəbər lenti
Hamısına baxSosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56

