Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aclıqla, dəhşətli işgəncələrlə məhv edilmiş 6 milyondan çox insanın anım günü

Aclıqla, dəhşətli işgəncələrlə məhv edilmiş 6 milyondan çox insanın anım günü

28.01.2022 [10:27]

İlhamə RƏSULOVA

Bir insan nə dərəcədə dəhşətli düşünə və düşündüklərini hansı həddə həyata keçirə bilər? Mərhəmət duyğusunu tamamilə itirə bilərmi? Tarixin yaddaşına insanın insan üzərində utancı kimi düşmüş 6 milyondan çox insanın məhv edilməsi - Holokost hadisəsi sübut edir ki, əlinə fürsət verilərsə, insan ən qəddar yırtıcıya çevrilə bilərmiş, vəhşiliyinin sonu olmazmış. Əslində eyni  faciəni xalqımız da Xocalı soyqırımının timsalında yaşamadımı?

Yəhudi xalqı uzun illər soyqırıma məruz qaldığını sübut edə bilməyib. 2006-cı ildə BMT Baş Məclisi yəhudi xalqının soyqırımının inkar olunmasını pisləyən qətnamə qəbul etdi. Faşizmin ən böyük düşərgəsi sayılan Osventsimin Covet ordusu tərəfindən azad edildiyi gün - 27 yanvar Holokost qurbanlarının xatirə günü elan edildi. İsraildə isə “Yəhudi soyqırımı” qurbanları üçün hər il 27 apreldə anım mərasimləri keçirilir.

Təkcə Osventsim ölüm düşərgəsində bir milyondan çox yəhudi işgəncələrə məruz qalmışdı. 1945-ci il yanvarın 27-də Sovet qoşunları tərəfindən düşərgədə sağ qalmağı bacarmış 7,5 minədək əsir azad olundu.

Holokost (yunanca “holos” bütün, “kaustos” yanmış, köz olmuş deməkdir) zamanı faşistlər tərəfindən 6 milyondan çox yəhudi sistemli şəkildə öldürülüb. Holokost zamanı törədilən cinayətlər Avropanın şərq hissəsindəki yəhudi icmalarını tamamilə məhv etmişdi.

 “Böyük son”un dəhşətli başlanğıcı

Hitler yəhudilərin kökünü kəsmək haqda qərarını 14 il əvvəl - 1925-ci ildə yazdığı “Mein Kampf” (Mənim mübarizəm) adlı kitabında açıqlamışdı. Bəzi versiyalara görə, Hitler yəhudiləri Avropadan köçürüb, Sibirdə yerləşdirməyi planlamışdı, lakin müharibə uzandıqca o məhvetmə planına start verib. Yəhudi soyqırımını Hitlerin əmri ilə Himmer idarə etməli idi. Sonralar Himmerin şəxsi həkimi Felix Karsten Himmerin ona dediklərini məhkəmə qarşısında belə ifadə etmişdi: “Müharibənin sonuna qədər bir tək yəhudi belə həyatda qalmayacaq, Hitlerin bunu belə istəyib”

1933-cü ildə sayı 9 milyonu ötmüş Avropa yəhudilərinin qara günləri başladı. Faşistlər Avropa yəhudilərini tamamilə məhv etmək planı olan “Yəhudi məsələsinin” birdəfəlik həlli üçün hərəkətə keçdilər.

1933-cü il 1 aprel tarixində Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota  çağırdı. Faşist Almaniyasında qəbul edilən 1935-ci il 15 sentyabr tarixli “Nurnberg qanunları”na görə, ari irqdən olmayanlar “aşağı sinif” insanlar elan edildi, onlarla ailə qurmaq almanlara yasaqlandı, yəhudilərin həkimlik, əczaçılıq kimi işlərdə, yüksək vəzifələrdə  çalışması, hərbi xidmətə getməsi qadağan edildi. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi ad və soyadlarından istifadə etməsi haqqında qayda qoyuldu. Berlində 1600 yəhudinin məcburi şəkildə qapalı düşərgələrə aparılması xəbəri yayıldıqdan sonra, onlar ölkədən qaçmağa çalışsalar da, bir qədər sonra bu köçlərə də icazə verilmədi. 1939-cu il sentyabrın 1-dən  açıq  formada yəhudi soyqırımına start verildi.

1939-cu ildə Almaniyadakı bütün yəhudilərin toplanıb Polşada gettolara yerləşdirilmələrinə qərar verilmişdi. 1940-cı ildə Polşada sayı sürətlə artan gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan minlərlə insan ölürdü. Gettolarda ölüm o qədər adiləşmişdi ki, can verən və küçələrə səpilən cəsədlərə kimsə dönüb baxmırdı.

1941-ci ildə faşistlərin əmrinə əsasən, yəhudilər fərqlənmək üçün mütləq yaxalarına Davud ulduzu simvolunu taxmalıydılar. Almaniyada yaşayan yəhudilərin qapılarına da bu simvol yapışdırılırdı. Almaniyadakı son yəhudilərə keyfiyyətli qidalar, həmçinin dərman vermək qadağan idi.

Faşist həkimlər yəhudilər və əlil qurbanlar üzərində çoxlu sayda işgəncə, yeni öldürmə üsullarını sınaqdan keçirirdilər. Əsirləri bir-bir qətl etmək zaman alır və almanlara “əziyyət” verirdi deyə, onları  xüsusi otaqlara yığıb, “Zyklon B” adlı zəhərli qazla boğurdular. Daha sonra ölənlərin cəsədləri böyük sobalarda yandırılırdı.

1942-ci ildə keçirilmiş “Wannsee” konfransında qeydə alınmış protokola görə, ümumilikdə 11 milyon Avropa yəhudisi edam edilməliydi. Faşizmin vüsət aldığı illərdə Ausçvitz-Birkenau, Kulmhof, Varşava, Lublin, Belzec Lublin kimi əsir düşərgələri qorxunc ölüm düşərgələri adını qazanmışdı.

Holokost zamanı faşistlər yalnız yəhudiləri deyil, “yarımçıq”, şikəst hesab etdikləri digər insan qruplarını da məhv edirdilər. Bu qrupa qaraçılar, əqli və fiziki  qüsuru olanlar, kommunistlər, sosialistlər, polyaklar, ruslar, “Yehovanın şahidləri” dini icmasının üzvləri, homoseksuallar daxil idi və onlar sorğu-sualsız güllələnirdilər.

 Ölümə məhkum olanlar arasında 200 minə yaxın qaraçı, əqli və fiziki qüsurlu, xəstəxanalarda yaşayan almanlar da var idi. Onlar guya özləri evtanaziya proqramına qoşulmuş könüllülər idilər. Belə qurbanlarının sayı 200 min nəfər təşkil etmişdi.

Holokostdan, daha doğrusu II Dünya Müharibəsi başa çatdıqdan sonra sağ qalan yəhudilər müttəfiq dövlətlərin köçkünlər üçün saldığı düşərgələrə sığındı. 1948-1951-ci illər arasında İsrailə təxminən 700.000 yəhudi köçdü. Onlardan 136.000 nəfəri Avropadan gəlmişdi. Digər yəhudilər ABŞ-a və ya başqa ölkələrə mühacirət etdi. Son köçkün düşərgəsi 1957-ci ildə bağlandı.

Holokostun bir soyqırım layihəsi olduğunu sübut edən yazılı sənədlərin sayı azdır. Hitler və tərəfdarları gələcəyə sübut saxlamamaq üçün sənədləri yox edirdilər, bu, dövlət sirri olaraq dəyərləndirilirdi və Holokostu hazırlayan rəhbərlik bu işdə əli olan insanlara susmaq əmri vermişdilər.

İnsanlığın ən acı dramı olan Holokostdan bu gün siyasi alət kimi istifadə etmək cəhdləri var.

Məsələn, ABŞ-da yəhudi soyqırımından danışmaq cəmiyyətdəki nifrəti artırdığına görə, bu mövzunu müzakirə etmək qadağan olunub. Halbuki, ABŞ dəfələrlə nifaq toxumu səpən açıqlamalardan çəkinməyib, münaqişələri istədiyi axara çevirib.

 Almaniya soyqırımı etiraf edib, yəhudilərdən üzr istəməyi, təzminat verməyi bacardı və özünü müasir, sivil dövlət kimi sübut etdi. Bu gün bu soyqırımdan əziyyət çəkmiş yəhudi ailələri öz təzminatlarını rahatlıqla ala bilirlər.

Yeri gəlmişkən, bu günlərdə vaxtilə Azərbaycanda yaşamış, sonradan İsrailə köçmüş İkinci Dünya müharibəsi veteranı Giorgi Ginzbur? bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən İkinci Dünya Müharibəsi qəhrəmanı kimi tanınıb və bir sıra imtiyazlar əldə edib.

103 yaşlı Giorgi Ginzburg ötən əsrin 90-cı illərinin sonlarına qədər Azərbaycanda yaşayıb. Ginzburg İsraildə 30 ildən çox yaşasa da, bu yaxınlarda II Dünya Müharibəsi veteranlarına verilən “Nasistlərə qarşı döyüşçü” medalı üçün müraciət edib.

Bəlkə də düşünmək olar ki, ömrün son illərində bu nəyə lazım idi? Məşhur bir əfsanə var. Yəqin hər kəs bilir. Nəmrud İbrahim peyğəmbəri tonqalda yandırmağı əmr edərkən  sərçə alovlara saman, qaranquş dimdiyindəki bir damla suyu atır. “Bir damla su ilə sən onu xilas edə bilməzsən” deyənlərə, qaranquş “ən azından kimin tərəfində olduğumu göstərərim” cavabını verir.

Yəqin ki, qoca Ginzburg bu gərginləşən dünyanın gedişatını görüb, bəzi güclərin müharibə üçün təşnə olduğunu hiss edib və gücü heç nəyə çatmasa da, ən azından insanlıq qarşısında öz mövqeyini sübut etmək üçün addım atıb.

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31