Enerji verən, yoxsa tükədən içkilər
20.08.2022 [11:51]
Bu içkilər ani ölümə səbəb olur...
Nicat DİLQƏMLİ
Dövrümüzün ən aktual problemlərindən biri də energetik içkilərdən istifadədir. Yay ayları olduğundan insanlar, xüsusilə də gənc nəslin nümayəndələri bu içkilərdən daha çox istifadə edirlər. Bu isə baş verə biləcək xəstəlik risklərini daha da artırır. İstər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada demək olar ki, hər gün energetik içkilərin reklamları ilə rastlaşırıq. Belə olduğu halda digər bir təhlükə ortaya çıxmış olur ki, bu da həmin məhsulların keyfiyyət məsələsidir. Bu gün bizə - alıcılara təklif olunan xeyli sayda energetik içki var. Lakin araşdırmalar zamanı əldə olunan nəticələrə əsaslanaraq deyə bilərik ki, onların heç də hər biri energetik içki deyil. Məsələnin həlli istiqamətində müvafiq araşdırmalar, monitorinqlər vaxtaşırı davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində bir sıra məqamlara aydınlıq gətirib.
Agentlikdən “Yeni Azərbaycan” qəzetinə bildirilib ki, nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər həyata keçirilib. Bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.
Energetik içki bilib aldıqlarımız əslində...
Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb: 1. “A+ Co” ASC tərəfindən istehsal edilən “Pit bull” - enerji içkisi deyil; 2. AO MPBK “Oçakovo” tərəfindən istehsal edilən “Mohito Fresh” - enerji içkisi deyil; 3. “OOO Megapak” tərəfindən istehsal edilən “Fresco” (mojito çiyələk) - enerji içkisi deyil; 4. “Boom Group” Ltd tərəfindən istehsal edilən “Boom” (cherry) - enerji içkisi deyil; 5. “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaguar” - enerji içkisi deyil; 6. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” (moxito) - enerji içkisi deyil; 7. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Berg glukose” - enerji içkisi deyil; 8. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” - enerji içkisi deyil; 9. “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon” - enerji içkisi deyil; 10. “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell” - “Hell classic night” istisna olmaqla, enerji içkisi deyil; 11. “A+ Co” ASC tərəfindən istehsal edilən “Full orijinal yeni nəsil” - “Full energy” istisna olmaqla, enerji içkisi deyil; 12. “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” - enerji içkisi deyil.
Qeyd edək ki, yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir. Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.
Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara “enerji içkisi” kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanıb ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur.
Bildirilib ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.
AQTA istehlakçılara bildirib ki, qeyd olunan məhsulları alarkən enerji içkisi olmadığını nəzərə alsınlar və üzərində enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.
İnsan sağlamlığına zərərli olan çoxsaylı mallar var
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkənin əmtəə bazarında təkcə energetik içkilər yox, bu cür müxtəlif çoxsaylı mallar var: “AİB sədri, eyni zamanda AQTA İctimai Şuranın üzvü olaraq bu sahədə yeni materiallar əldə etmişəm. Dəfələrlə kolbasaların üzərindəki etiketlə daxilinin düz gəlmədiyini qeyd etmişəm. Konfetlər, şokoladlar, konservlər və digər mallar var. Siyahıya içkilər də daxildir. AQTA-nın çox yaxşı laboratoriyaları var, analiz etmək lazımdır”.
Hökumət xeyli iş görüb
E.Hüseynov qeyd edib ki, hökumət energetik içkilərin tərkibinin yaxşılaşdırılması, əlçatanlığının azaldılması üçün xeyli iş aparıb: “Bunun üçün aksiz vergilər tətbiq olunub, qiymət qalxıb. AQTA tərkibini yaxşılaşdırmaq, öyrəşdirici maddələri azaltmaq üçün tapşırıqlar verib. Azərbaycana idxal olunan və ölkəmizdə istehsal olunan energetik içkilər o resept əsasında hazırlanır. Lakin AQTA tez-tez energetik içkilərin üzərinə dönür. Azərbaycanda energetik içki istehsalı başlamazdan öncə “Coca-Cola”nın içki bazarında payı 90 faizə qədər idi. Arzu etmədiyim bu içkilər istehsal olunduqdan sonra onların (“Coca-Cola”) payı təxminən 60 faizə düşüb”.
İnsan həyatı üçün təhlükəlidir
Energetik içkilər insan həyatı üçün olduqca təhlükəlidir. Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəbi isə içkilərin tərkibindəki maddələrdir. Ümumdünya Səhiyyə Təşkilatı apardığı araşdırmalar nəticəsində elan etdi ki, yüksək miqdarda enerji içkisinin istehlak edilməsi insan sağlamlığı üçün təhlükə yarada bilər. Həkimlər kafein intoksikasiyası, baş ağrısı da daxil olmaqla, kofeinin çəkilmə simptomları, ürək-damar problemləri, qan təzyiqinin yüksəlməsi, piylənmə, yuxu pozğunluqları, kalsium çatışmazlığı kimi ciddi problemlərə yol açan içkilərdən uzaq durmağa səsləyirlər.
Kardioloq Vüqar Zamanov energetik içkilərin yol açdığı fəsadlar barədə qəzetimizə danışıb. Həkim bildirib ki, bu içkilərdən istifadə ani ölümlərə də səbəb olur: “Uzun illər bundan öncə yaradılmış süni bir şeydir. Təcrübədə bu içkilərin ani ölümlərə səbəb olması faktları var. Ümumiyyətlə, qəti şəkildə tövsiyə etmirik”.
“Əfsuslar olsun ki, belə bir fakt var, istifadə edirlər. Norma nə qədər sayılır” sualımıza cavab olaraq V.Zamanov belə cavab verdi: “Yenə də deyirəm, ümumiyyətlə olmaz. Gənclərimiz gün ərzində 3-4-nü içirlər. Olmaz. Bir halda ki, istifadə olunur, həftəlik 2 qutunu keçməmək lazımdır”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

