Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Toy mövsümünə az qalır...

Toy mövsümünə az qalır...

03.09.2022 [11:20]

Menyular və qiymətlər dəyişib?

Yeganə BAYRAMOVA

Avqustun 28-i Məhərrəm ayı başa çatıb, 29-dan Səfər ayı başlayıb və sentyabrın 26-da başa çatacaq. Məlum olduğu kimi, hicri təqvimin ilk iki ayında (Məhərrəm və Səfər ayları) toy mərasimləri təxirə salınır. Bu, o deməkdir ki, oktyabr ayından həm də toy mövsümü başlayır.

 Azərbaycanda “yaxşı toy” düşüncəsi bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir. İnsanlar hər getdiyi toya isə minimum 50 manat ödəyirdi.

İndi əksər insanlar toy dəvətnaməsi alanda sevinə bilmir. Həmçinin toylarda süfrədə olan israfçılıq da insanların iştahını qapadır, yüksək səs akustikası onların toydan zövq almasına imkan vermir.

Qeyd edək ki, bu ilin iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq, şadlıq saraylarında menyuların qiyməti, orta hesabla 5 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Mövzu ilə bağlı şadlıq sarayları arasında sorğu keçirdik. Belə məlum oldu ki, şadlıq evlərində, artıq 25-30 manata menyu yoxdur və menyuların qiyməti hələ bir neçə ay öncə bahalaşıb. Yeni toy mövsümündə isə təkrar qiymət artımı istisna deyil. Eyni zamanda, bəzi şadlıq sarayları ərzaq məhsullarının qiymətinin sürətlə bahalaşması səbəbindən endirimləri də ləğv ediblər.

“Su Sonası” şadlıq sarayından bildirilib ki, bu sarayda Məhərrəm ayından sonra ilk toy mərasimi sen?yabrın 29-na təyin olunub: “Hələlik menyuda ciddi dəyişiklik olmayacaq. Əvvəl necə idi, Məhərrəmlikdən sonra da elə davam edəcək. Bizdə qiymətlər qonağın istəyinə uyğun olaraq dəyişir. Qonağın istəyindən asılı olaraq 70 manata, 80 manata, 90 manata razılaşa bilərik”.

“Durna Teli” şadlıq sarayından isə qeyd etdilər ki, başlanğıc menyu 35 manatdır və qiymətlər müştərinin istəyinə görə artırıla bilər: “Təbii ki, qiymət artdıqca menyuda da dəyişiklik olur”.

“Meridian Park” şadlıq sarayında toy mövsümü sentyabrın 30-dan başlayacaq. Şadlıq sarayının administratoru qiymətlərdə ciddi dəyişiklik olmayacağını bildirib: “Menyumuzda ciddi dəyişiklik olmayacaq. Qiymətlər də hələ ki stabil saxlanılıb. Bizdə 3 formada menyu var. Qiymətləri isə 180, 250 və 320 manatadəkdir”.

Mövzu ilə fikirlərini “Yeni Azərbaycan”la bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov söyləyib ki, Azərbaycanda şadlıq saraylarında menyu qiymətləri həddən artıq şişirdilmiş formada qeyd olunur: “Bizdə bu sektorda qiymətlər onsuz da şişirdilib. Əgər maya dəyərinə diqqət yetirsək, adambaşına qiymət, hətta 2 dəfədən də artıq baha ifadə olunur. Bəzi hallarda 3 dəfə də baha qiymət göstərilir. Düzdür, ərzaq məhsulları bahalaşırsa, bu, bütün sahələrə təsir edir. Əlbəttə, bu məsələ xidmət sektorunda ikili reaksiya göstərə bilər. Qeyd etdiyim kimi, qiymətlər süni şəkildə şişirdilmiş formadadır. Əgər şadlıq sarayları qruplaşaraq inhisarçılıqlarını həyata keçirərlərsə, adekvat qiymət artımı davam edəcək. Digər tərəfdən, sağlam rəqabət olacaqsa, qiymət artımının baş verməməsi, bəzi hallarda, hətta ucuz xidmətin göstərilməsi də nəzərdə tutula bilər. Nəzərə almaq lazımdır ki, belə hallarda keyfiyyət baxımından keyfiyyətsizlik nümayiş oluna bilər. Ümumiyyətlə,  institusional olaraq belədir ki, hər hansı bahalaşma baş verərsə, bu, mütləq xidmət sektoruna da təsir edir”.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31