51941 nəfər tələbə oldu!
01.09.2023 [11:42]
600 ballıq ixtisaslarda keçid balı 200-ə düşüb
Gələcək üçün problemlər yaranacaq...
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Belə ki, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 70301 nəfərdən 51941 nəfəri, o cümlədən 6592 subbakalavr tələbə adını qazanıb. 24594 nəfər, o cümlədən 1389 subbakalavr dövlət sifarişi əsasında, 27347 nəfər, o cümlədən 5203 subbakalavr isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Boş qalan yerlərin sayı
I ixtisas qrupu üzrə: 1753 yer.
II ixtisas qrupu üzrə: 357 yer.
III ixtisas qrupu üzrə: 1174 yer.
IV ixtisas qrupu üzrə: 234 yer.
V ixtisas qrupu üzrə: 383 yer boş qalıb.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. DİM-dən bildirilib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq.
Keçid balı 200-ə düşdü...
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanı ötən illərdən kifayət qədər fərqlənir. I ixtisas qrupunda alt qrupların yaradılması, həmçinin informatika fənninin daxil edilməsi öz təsirini göstərməli idi. Məsələn, əvvəlki illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) proseslərin avtomatlaşdırılması ixtisasının keçid balı 600 balın üzərində idisə, bu dəyişikliklərdən sonra keçid balı 200-ə düşdü.
Təhsilin keyfiyyətini yanlış meyarlarla ölçürük
Təhsilin keyfiyyətinin bir-iki ilin nəticələri ilə ölçülməsi, neçə məzunun ali məktəbə daxil olması, neçə abituriyentin yüksək bal toplaması ilə dəyərləndirilməsi bizim mentalitetdən irəli gələn haldır. Halbuki, cəmiyyətin əsas tələbi keyfiyyətli təhsil olmalıdır. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 arasında bal toplaması ilə ölçürük.
Xatırlayanlar təsdiq edərlər ki, Sovet təhsil sistemi elə şəkildə qurulmuşdu ki, 10-cu sinfi orta qiymətlərlə bitirən hər bir vətəndaşın ümumi dünyagörüşü, bütün sahələr üzrə orta səviyyədə məlumatı olurdu. Ali məktəb bu bazanın üzərində qurulur, təkmilləşmə verirdi.
Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayan tələbələr 2007-ci ildə qeydə alınıb. 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, növbəti il ən yuxarı nəticə göstərən olmayıb. İmtahanlarda qeydə alınan nəticələr tələbələrin hazırlıq səviyyəsindən asılı olduğu qədər də, ayrı-ayrı illərdə qəbul qaydalarının dəyişdirilməsi, imtahana asan və ya çətin sualların salınması və s. amillərlə əlaqədardır.
Aşağı balla qəbul problemlər yaradacaq...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, bu ilin keçid ballarında ötən illərə nisbətən azalma var. Onun sözlərinə görə, bir çox universitetlərdə dövlət sifarişli ixtisaslara qəbul balları 650 və yuxarı baldan 200-dək enib: “Təbii ki bunlar aşağı nəticələrdir. Lakin bununla da ali təhsil müəssisələrinə qəbul plan yeri tam dolmayıb. Ən aşağı ballarla hətta IV ixtisas qrupuna belə 150 balla qəbul olmaq mümkün oldu. Bu ali təhsilin əlçatanlığına xidmət etsə belə, biz ən aşağı ballarla tələbə qəbulunu həyata keçirmiş olduq. Bu gələcək üçün müəyyən problemlər yaradacaq. Çünki hazırda aşağı ballarla strateji ixtisaslara mütəxəssis qəbulu həyata keçirildi. 150 balla ali təhsil almağın mümkünlüyü gələcəkdə həmin kadrların əmək bazarına daxil olmasında müəyyən qədər problem yaradacaq. Ümumilikdə bu il ali məktəblərə fantastik göstərici ilə 50 mindən çox abituriyent qəbul oldu. Amma bundan sonra ali məktəblərin üzərinə böyük yük düşür. Hesab edirəm ki, aşağı balla universitetlərə qəbul təhsilin keyfiyyətinə müəyyən qədər mənfi təsir göstərəcək”.
K.Əsədov qeyd edib ki, xüsusilə Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU ) kimi universitetlərdə ən aşağı ballarla ödənişsiz ixtisaslara qəbul baş verib: “Hərçənd bu, aşağı göstəricidir, lakin təhsilin əlçatımlığına xidmət edir. III ixtisas qrupunda yüksək bal toplayan abituriyentlər məhz Bakı Dövlət Universitetinə, I ixtisas qrupunda Bakı Ali Neft Məktəbinə, II ixtisas qrupunda Azərbaycan Dövlət İqtisad Universitetinə üstünlük veriblər”.
Plan yerlərini doldurmaq missiyası...
Ekspertin fikrincə, ixtisas seçimi zamanı rəqabət mühitinin olması subbakalavrların ali məktəbə qəbulunda da özünü göstərir: “İstənilən halda 6000 mindən çox subbakalavrın ali məktəblərə qəbul olması yaxşı bir haldır. Amma bu, təbii ki, ali məktəblərin plan yerlərini doldurmaqdan başqa bir missiyanı yerinə yetirmir. Bəzən subbakalavrlar ali təhsil müəssisələrində tədrisin normal gedişinə müəyyən qədər mənfi təsir göstərir. Çünki onlar əvvəl oxuyub qiyabiyə meyillənirlər deyə, dərs prosesində daha az iştirak etməyə çalışırlar”.
Məktəblərdə tədrisin keyfiyyəti aşağıdır
K.Əsədov bu il universitetlərə qəbul nəticələrinin səviyyəsini orta təhsil məktəblərində tədrisin keyfiyyətinin aşağı olması ilə əlaqələndirib: “Ali təhsil müəssisələrinə qəbul üçün nəzərdə tutulan yerlər tam şəkildə dolmayıb və yaxın günlərdə ikinci tur olacaq. Müsabiqə şərtini ödəyənlər isə sentyabrın 4-dən 9-na qədər ixtisaslaşma edəcəklər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30

