Parisdə Ermənistan səfirliyi qarşısında izdihamlı etiraz mitinqi keçirilib
20.09.2012 [16:16]
Mitinqi açan Fransadakı Azərbaycan icmasının fəal üzvü Mirvari Fətəliyeva-Pur aksiyada Almaniyadan, İsveçrədən, İsveçdən, Hollandiyadan, Belçikadan, İngiltərədən, Lüksemburqdan Azərbaycan və türk icmalarının yüzlərlə üzvünün gəldiyini, Fransadakı azərbaycanlıların və türklərin də onlara qoşulduğunu diqqətə çatdırıb, ermənilər tərəfindən işğal edilmiş torpaqların tezliklə azad olunacağına inandığını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Avropa ölkələrindəki Azərbaycan və türk icmalarının fəallığının getdikcə artdığını, Xocalı soyqırımının unudulmayacağını bəyan edib.
Ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından silah gücünə zorla çıxarıldığını xatırladan Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı beynəlxalq qurumların siyasətini terror üzərində quran, ərazisini başqa bir ölkənin torpaqları hesabına genişləndirməyə can atan Ermənistanı dəstəklədiklərini, Azərbaycanın haqq səsini qulaqardına vurduqlarını bildirib, bütün dünya ölkələrinin beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın ASALA terror təşkilatını dəstəkləməsinin yolverilməz olduğunu diqqətə çatdırıb, insan hüquqlarından ağızdolusu danışan bəzi avropalı deputatların minlərlə azərbaycanlını qətlə yetirən erməniləri günahlandırmaq əvəzinə, ölkəsinin bayrağının təhqir edilməsinə dözməyərək erməni zabitini öldürdüyünə görə 8 il həbsdə yatdıqdan sonra Azərbaycana verilən Ramil Səfərovun Prezident tərəfindən əfv olunaraq azadlığa buraxılmasından narahat olmalarından təəssüf hissi keçirdiyini vurğulayıb. T.Rüstəmxanlı Ermənistan prezidenti Serj Sarkisyanın və həmin ölkənin digər rəhbər işçilərinin əllərinin yüzlərlə azərbaycanlının qanına batdığını, onların indiyədək cəzasız qaldığını bəyan edib, belə təhlükəli və işğalçı dövlətə qarşı mübarizə aparmaq üçün Azərbaycan və türk icmalarını daha sıx birləşməyə çağırıb.
Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Avropanın bir çox ölkəsindən gələn Azərbaycan icmaları üzvlərinin Parisdə izdihamlı mitinq keçirmələrinin güclü erməni lobbisinə qarşı çıxacaq bir qüvvənin yetişməsindən xəbər verdiyini, konqresin vitse-prezidenti Musa Pünhan, rəyasət heyətinin üzvü Elsevər Məmmədov, Almaniyadakı Azərbaycan icmasının üzvü Ramiz Baxşəliyev, Hollandiya-Azərbaycan-Türkiyə Kültür Dərnəyinin rəhbəri İlhan Aqşin, Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxti çıxışlarında vəhşiləşmiş erməni əsgərlərinin işğal etdikləri ərazilərdə dinc yerli əhaliyə tutduqları divandan, hətta uşaqlara və qadınlara belə aman vermədiklərindən söhbət açıb, alman faşistləri ilə müqayisədə erməni əsgərlərinin daha amansız olduqlarını, vətəndən uzaqda yaşamalarına baxmayaraq, lazım gəldikdə Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanların hərəkətlərini təkrar etməyə hazır olduqlarını, dövlətimizin yürütdüyü daxili və xarici siyasəti tam dəstəklədiklərini, üçrəngli bayrağımızın tezliklə Şuşada dalğalanacağına ümidvar olduqlarını bildiriblər.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı demokratik bir ölkə kimi tanınan Fransanın dünyaya nəhəng simalar - filosof-maarifçilər, şairlər və yazıçılar, rəssamlar və heykəltəraşlar verdiyini xatırladıb, Avropa dövlətlərinin Azərbaycana qarşı ikili siyasət yeritdiyini xüsusi vurğulayıb, Fransanın 20 ildən artıq ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq, daim Ermənistanı dəstəklədiyini, bu işğalçı dövlətə hərtərəfli yardım göstərdiyini diqqətə çatdırıb.
S.Rüstəmxanlı 500-dən çox deputatı olan Avropa Parlamentinin 57 deputatının ermənini qətlə yetirən Ramil Səfərovun əfv olunaraq azadlığa buraxıldığına görə Azərbaycana qarşı qərəzli qərar qəbul etməsini tamamilə ədalətsiz bir hərəkət, bağışlanmaz bir hal olduğunu bildirib: “Bir erməni zabitinə görə səsini qaldıran avropalı deputatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 30 min azərbaycanlının şəhid olmasına, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına, Xocalı soyqırımına göz yummaları yalnız təəssüf hissi doğurur. Erməni yalanları üzərində köklənən qondarma “erməni soyqırımı”nın inkarına görə insanlara cəza verilməsini dəstəkləyən Avropanın Xocalı soyqırımına siyasi qiymət verməkdən boyun qaçırması məgər ədalətsizlikdən xəbər vermirmi?! Bəli, Avropa ölkələrinin əksəriyyəti ermənipərəst siyasət yürüdür. Artıq bu, açıq şəkildə özünü büruzə verir. Belə haqsızlığa, ədalətsizliyə qarşı Azərbaycan və türk icmaları birləşməli və birgə fəaliyyət göstərməlidirlər”.
Min nəfərdən artıq azərbaycanlı və türkün iştirak etdiyi etiraz aksiyasının sonunda Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyannamə oxunub.
Xəbər lenti
Hamısına baxDünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12

