/ / Yaponiyanın “Kioto Shimbun” qəzetində “Azərbaycan ilə dostluğu gücləndirək” sərlövhəli məqalə dərc olunub
Yaponiyanın “Kioto Shimbun” qəzetində “Azərbaycan ilə dostluğu gücləndirək” sərlövhəli məqalə dərc olunub
12.06.2014 [09:32]
Yaponiyanın “Kioto Shimbun” qəzetində Azərbaycanın bir sıra rayon və şəhər icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyətinin Kioto şəhərinə səfəri ilə bağlı “Azərbaycan ilə dostluğu gücləndirək” sərlövhəli məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, Yaponiyada işgüzar səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 5-də Kansay regionuna səfər çərçivəsində Kioto şəhər meriyasında olub. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə şöbəsi müdirinin müavini Hüseyn Mövsümov rəhbərlik edib.
Yazıda ölkəmizin coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rolu barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, Azərbaycanın yüksək vəzifəli şəxslərinin daxil olduğu nümayəndə heyəti iyunun 1-dən Yaponiyada işgüzar səfərdədir. Səfərin məqsədi mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.
Məqalədə Azərbaycanın son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildiyi xüsusi vurğulanır. Qeyd edilir ki, Yaponiyaya ilk dəfə səfər edən nümayəndə heyəti regionun digər ölkələrində də olub. Bildirilir ki, Kiotonun meri Daisaku Kadokava ilə keçirilən görüşdə iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi müzakirə olunub.
Müəllif nümayəndə heyətinin rəhbəri Hüseyn Mövsümova istinadən Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dinamik inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırır, iki ölkənin regionları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edir.
Yazıda Kiotonun meri Daisaku Kadokavanın da fikirlərinə yer verilir. Merin görüşdə Azərbaycanın sürətli inkişafı barədə məlumatlı olduqlarını bildirdiyi, bundan sonra iki ölkə arasında regional əməkdaşlığın genişlənməsinə xüsusi önəm verəcəklərini qeyd etdiyi diqqətə çatdırılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

