/ / İranın “Dəniz” qəzeti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə bağlı məqalə dərc edib
İranın “Dəniz” qəzeti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə bağlı məqalə dərc edib
11.12.2014 [10:18]
İran İslam Respublikasında nəşr edilən “Dəniz” qəzetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar məqalə dərc olunub.
Məqalədə Ulu öndərin həyat və fəaliyyətinin ən mühüm məqamlarından bəhs olunur. Bildirilir ki, Heydər Əliyev hələ gənc yaşlarından mühüm dövlət orqanlarında çalışaraq böyük dövlətçilik təcrübəsi qazanmışdı. Onun iti zəkası və uzaqgörənliyi yüksək dövlət vəzifələrinə irəli çəkilməsinə səbəb olmuşdu. Azərbaycana uğurla rəhbərlik edən Heydər Əliyevin iqtisadiyyatı, eləcə də sənayeni və kənd təsərrüfatını idarə etmək qabiliyyəti Sovet hökumətinin diqqətindən yayınmamış və o, daha böyük vəzifəyə irəli çəkilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Bu mühüm vəzifənin öhdəsindən bacarıqla gələn Heydər Əliyev dünyanın ən böyük dövləti olan SSRİ-də əhəmiyyətli işlərin müəllifi olub.
Materialda qeyd edilir ki, Heydər Əliyevin bacarığı və qabiliyyəti bir çoxları kimi, Mixail Qorbaçovun da paxıllığına səbəb olurdu. M.Qorbaçov hakimiyyətə gəldikdən sonra Azərbaycan xalqına qarşı olduqca mənfi münasibət göstərirdi. Əlbəttə, belə münasibət Heydər Əliyevi qane edə bilməzdi. SSRİ hakimiyyətinin Azərbaycan xalqına qarşı qərəzli mövqeyi 1990-cı ilin 20 yanvarında özünü bariz şəkildə göstərdi. Azərbaycan xalqı torpaqlarının ermənilər tərəfindən işğal olunmasına və Moskvanın buna biganə yanaşmasına etiraz etməyə başlamışdı. Xalq meydanlara toplaşaraq ədalət tələb edirdi. Lakin başda M.Qorbaçov olmaqla SSRİ rəhbərliyi Bakıya qoşun yeritdi və Azərbaycan xalqının qanı axıdıldı. Məhz bu hadisədən sonra Kommunist Partiyasının sıralarını tərk edən Heydər Əliyev vətəni Azərbaycana döndü. Xalqın tələbi ilə hakimiyyət qayıtdı və Azərbaycanı tənəzzülə uğramış bir respublikadan dünyanın dinamik inkişaf edən dövlətinə çevirdi.
Məqalədə Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə qonşu ölkələrlə, xüsusilə İranla münasibətlərin inkişafına böyük önəm verdiyi xatırlanır və Heydər Əliyevin vaxtilə dediyi bu sözlər yer alır: “İran ilə Azərbaycan arasında olan əlaqələrin tarixi böyükdür. Xalqlarımız əsrlər boyu yan-yana, bir yerdə yaşamış, eyni ənənələrə malik olaraq bir-birinə həmişə dayaq durmuşlar. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra İran ilə Azərbaycan arasındakı əlaqələr dövlət səviyyəsinə qalxıb və qarşılıqlı surətdə faydalı dövlətlərarası əlaqələrə çevrilibdir”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02

