Moldovada Azərbaycan mədəniyyətinə həsr olunan tədbir keçirilib
17.03.2015 [10:00]
Moldovanın Kişineu şəhərində UNESCO üzrə Azərbaycan və Moldova respublikalarının Milli komissiyaları tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə həyata keçirilən “Bir-birimizi duyaq və dinləyək” layihəsinin nəticələri ilə bağlı Azərbaycana həsr olunan tədbir keçirilib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Azərbaycan xalq nağıllarına moldovalı uşaqların çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, həmçinin Moldovanın dövlət dilində “Azərbaycan nağılları moldovalı uşaqların gözü ilə” kitabının təqdimat mərasimi keçirilib.
Layihə 2014-cü ildən UNESCO üzrə Azərbaycan və Moldova respublikalarının Milli komissiyaları və Azərbaycanın Moldovadakı səfirliyinin iştirakı ilə baş tutub. Məqsəd Azərbaycan incəsənəti və milli mənəvi dəyərlərinin təbliğ olunması, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, eləcə də iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir.
Moldovanın mədəniyyət və turizm naziri Monika Babuk layihənin əhəmiyyətindən, Moldova-Azərbaycan münasibətlərinə, xalqlarımız arasında olan dostluq əlaqələrinin möhkəmləndirilməsinə təsirindən danışıb.
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və UNESCO üzrə Moldova Milli Komissiyasının baş katibi Konstantik Rusnak tədbirdə çıxış edərək iştirakçılara həyata keçirilən layihə haqqında geniş məlumat veriblər. Onlar layihənin Azərbaycan-Moldova münasibətlərinin inkişafına dəstək verdiyini və gələcək əməkdaşlıqlar üçün stimul yaratdığını vurğulayıblar.
Tədbirdə, həmçinin UNESCO üzrə Moldova Milli Komissiyasının baş katibinin müavini Luminiça Drumya, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Rusiya Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Azərbaycan Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış edib. Tədbir çərçivəsində qonaqlar UNESCO-nun əhatə etdiyi müxtəlif istiqamətlər üzrə bir sıra ikitərəfli görüşlər də keçiriblər.
UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə daxil olan Moldovanın 8 lisey, gimnaziya və məktəblərinin yer aldığı tədbirdə 500-ə yaxın məktəbli iştirak edib. Şagirdlər tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və təbiəti ilə bağlı müxtəlif teatr tamaşaları nümayiş etdirilib. Layihədə fərqlənən məktəblərə və şagirdlərə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası adından müxtəlif hədiyyələr təqdim olunub. Həmçinin, UNESCO üzrə Moldova Milli Komissiyası tərəfindən səfir N.Əliyev “Moldova və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və UNESCO ideyalarının təşviq edilməsində böyük töhfələrinə görə” medalı ilə təltif edilib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi G.Əfəndiyeva və səfir N.Əliyev Moldova dövlət televiziyasının qonağı olub, tədbirin əhəmiyyəti və Azərbaycan-Moldova münasibətlərindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

