Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Müttəhimi saxlayanda avtomat sifətinə dəydi - Şahid ifadəsi

Müttəhimi saxlayanda avtomat sifətinə dəydi - Şahid ifadəsi

26.08.2016 [09:28]

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev şahid qismində sualları cavablandırıb. Təqsirləndirilən şəxs Abbas Hüseynov şahiddən saxlanılan zaman üzündə olan xəsarətlərin nədən yarandığını soruşub. Şahid bildirib ki, onu saxlayanda avtomat üzünə dəyib xəsarət alıb.
İclasda hakim Əlövsət Abbasov bildirib ki, vəkillərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onların çoxu iclasa gəlmir və buna görə Vəkillər Kollegiyasına məktubla müraciət edib.
Proses günün ikinci yarısında davam edib.
Fasilədən sonra hakim Əlövsət Abbasov bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vəkillərin çoxu iclasda iştirak etmir. Təqsirləndirilən şəxslər və iclasda iştirak edən vəkillər isə digər vəkillər olmadan prosesin davam etməsini istəyiblər.
Hakim isə buna etiraz edib: “Əgər qanundan, hüquqdan danışırıqsa, bu məsələ də həllini tapmalıdır. Burada yetkinlik yaşına çatmayan şəxs var. Lakin vəkili iclasa gəlmir. Bu məsələ həll olunmalıdır. Mən yenidən Vəkillər Kollegiyasına məktubla müraciət edəcəyəm”.
Bundan sonra hakim məhkəmə iclasının avqustun 26-da davam edəcəyini elan edib.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Paylaş:
Baxılıb: 1935 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31