Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliyada da qeyd edilib
18.10.2016 [09:53]
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Pert şəhərində təntənəli şəkildə qeyd edilib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ənənəyə əsasən, öncə Pert şəhərində yerləşən Dövlət hərbi memorialının qarşısına əklillər qoyulub, müstəqillik uğrunda həlak olanların xatirəsi yad edilib. Veteranlardan ibarət olan hərbi qarovul tədbir iştirakçılarını salamlayıb, Azərbaycanın və Avstraliyanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Milli Məclislə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins bildirib ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa edib və 1991-ci il dekabrın 26-da Avstraliya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov çıxışında müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. O, Azərbaycanın siyasi, iqtisadi uğurlarını qeyd edərək iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan danışıb və bu uğurların qazanılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasətini xüsusi vurğulayıb.
Milli Məclisin deputatı tədbir iştirakçılarına Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək, bütün beynəlxalq təşkilatların ölkəmizin haqlı mövqeyini dəstəklədiklərini bildirib. Son vaxtlar dünyada baş qaldıran ksenofobiya, irqi ayrı-seçkilik, rasizm, antisemitizm və digər təhdidlərdən danışan Səməd Seyidov vurğulayıb ki, xalqlar bu çağırışların öhdəsindən gəlmək üçün birləşərək birgə mübarizə aparmalıdırlar. O, multikulturalizmin bu gün Azərbaycanda dövlət siyasəti olduğunu xüsusi qeyd edib.
Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Azərbaycan haqqında geniş məlumat verib. O bildirib ki, bu ölkə öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Azərbaycanın tolerantlıq ənənələrindən söz açan Con Hammond qeyd edib ki, Odlar diyarında insanlar dinindən, milliyyətindən asılı olmayaraq əsrlər boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar.
Sonra Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar ziyafət təşkil edilib.
Azərbaycandakı tolerant mühit haqqında danışan Milli Məclisin deputatı Asim Mollazadə hazırda bu məsələnin dünyada çox aktual olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan bu məsələdə dünyanın başqa ölkələrinə nümunə ola bilər.
Azərbaycanın Qərbi Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva ölkəmizin regionda və dünyada rolundan danışıb.
Ziyafətdə Qərbi Avstraliya parlamentinin deputatı Elizabet Behjad çıxış edərək ölkəmizlə bağlı ürək sözlərini söyləyib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, türk, yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

