Türkiyə-Azərbaycan birgə hərbi təlimləri: sülhün və təhlükəsizliyin qarantı
05.10.2021 [17:24]
Bu hərbi təlimlər heç bir ölkəyə qarşı yönəlməyib
Məlum olduğu kimi, vaxtaşırı Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Buna nümunə kimi Azərbaycan və Türkiyənin “Mustafa Kamal Atatürk-2021”, “Anadolu Qartalı-2021”, “Sarsılmaz Qardaşlıq-2021”, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş-2021” hərbi təlimləri buna sübutdur. Dünən isə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Bu məqsədlə müdafiə naziri Zakir Həsənov Tbilisiyə səfər edib.
Ümumiyyətlə, mütəmadi olaraq hərbi təlimlərin keçirilməsi dövlətlərarası razılaşmalara əsasən reallaşdırılır. Azərbaycanın ən çox birgə hərbi təlim keçirdiyi ölkə isə dost və qardaş Türkiyədir. Xatırladaq ki, Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimlər hələ də davam edir.
Hərbi təlimlərin əhəmiyyəti ilə bağlı Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin bu istiqamətdə sərgilədiyi mövqe beynəlxalq hüquqa və dövlətlərarası imzalanmış sənədlərə əsaslanır: “Azərbaycan ilə Türkiyə bu gün əsl müttəfiqlik nümunəsi ortaya qoymaqdadır. Bu strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq məsələsi iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də yeni perspektivlər vəd edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il iyunun 15-də imzaladığı “Şuşa Bəyannaməsi”ndə hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vurğulanır. Bütün bunlar isə yeni dönəmdə Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas komponentləri sırasındadır”.
Millət vəkilinin sözlərinə görə, Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində, ordumuzun peşəkarlığının artırılmasında əsl qardaş dəstəyi göstərir: “Ümumiyyətlə, birgə hərbi təlimlər, o cümlədən “Sarsılmaz Qardaşlıq-2021” təlimləri əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə xidmət edir”.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli isə qeyd edib ki, Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elementlərindən biridir: “Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də hər iki dövlətin əməkdaşlığı yüksələn xətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz arasında hərbi əməkdaşlığın da yüksəlməsində müstəsna xidmətləri var. Yəni bu istiqamətdə siyasi iradə ortadadır. Bunun nəticəsində Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimləri ilbəil artırılır. Hazırda Naxçıvanda davam edən “Sarsılmaz Qardaşlıq-2021” birgə təlimləri də bu baxımdan önəmlidir. Bu hərbi təlim heç bir ölkəyə qarşı yönəlməyib, sadəcə iki qardaş ölkənin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Əslində, düşünürəm ki, bu hərbi təlimlər sülh və təhlükəsizlik naminədir, onun bütün region üçün faydası var. Çünki Azərbaycanla Türkiyə hər zaman bölgədə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Məşhur bir deyim var ki, “təlimdə nə qədər tər töksən, döyüşdə bir o qədər az qan axıdarsan”. Bu baxımdan Türkiyə ilə Azərbaycanın hərbi qüvvələrinin birgə təlimlərinin son həddinin də olmadığını düşünmək lazımdır”.
Hərbi ekspert söyləyib ki, hərbi təlimlərin əhəmiyyəti 2020-ci ildə Vətən müharibəsində daha aydın şəkildə göründü: “Azərbaycan Ordusu çox böyük bir imtahandan uğurla çıxa bildi. Burada qardaş ölkənin hərbi qüvvələri ilə uzun illərdən bəri keçirilən birgə hərbi təlimlərin rolu, təsiri çox ciddi rol oynadı. Azərbaycan Ordusu XXI əsrin müharibəsini apardı və düşmən ordusunu diz çökdürdü. Bizim təcrübəmizdən artıq bir çox ölkələr bəhrələnir. Türkiyə Ordusu NATO-nun ikinci güclü ordusudur. Azərbaycan Ordusunun belə bir güclü, müasir tələblərə cavab verən ordu ilə əməkdaşlığı, birgə təlimləri davam edəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

