Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Moskva sammiti baş tutdu

Moskva sammiti baş tutdu

17.05.2022 [10:19]

Putin: Hərbi infrastrukturun genişlənməsi bizi cavab tədbirləri görməyə çağırır

SADİQ

Xəbər verildiyi kimi, Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin sammiti keçirilib. Sammit KTMT-nin yaradılmasının 20-ci ildönümünə və Kollektiv Təhlükəsizlik haqqında Müqavilənin imzalanmasının 30 illiyinə həsr olunub. Tədbirdə KTMT-yə üzv dövlətlərin liderləri iştirak ediblər. Görüş zamanı çoxtərəfli əməkdaşlıqla bağlı bir sıra sənədlər, eləcə də Kollektiv Təhlükəsizlik Şurasının bəyanatını imzalayıblar. Bununla yanaşı, görüş zamanı KTMT-yə üzv ölkələrin liderləri hərbi əməkdaşlığın dərinləşdirilməsi və müxtəlif təhdidlərə, o cümlədən Əfqanıstan ərazisindən gələnlərə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Tədbirdə bioloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.

Bundan başqa, Rusiya prezidenti Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun verilməsi təşəbbüsü ilə çıxış edib. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB məkanında təbii tərəfdaşlarla əməkdaşlığın qurulmasının vacibliyini də vurğulayıb.

Putin qapalı rejimdə KTMT üzrə həmkarlarını Ukraynadakı xüsusi hərbi əməliyyat barədə ətraflı məlumatlandıracağını deyib. O, bildirib ki, NATO-nun genişlənməsi problemdir. Rusiya prezidentinin fikrincə, bu, süni olaraq yaradılır. KTMT-yə üzv dövlətlərin liderlərinin sammitində çıxışında o, bunun ABŞ-ın xarici siyasət maraqları çərçivəsində edildiyini qeyd edib: “NATO-nun genişlənməsi xarici siyasətdə alət kimi istifadə olunur. Bütün bunlar təhlükəsizlik sahəsində sadə olmayan beynəlxalq vəziyyəti dərinləşdirir. O ki qaldı şimal alyansının yeni üzvlər - Finlandiya və İsveçin hesabına genişlənməsi, məlumat verim ki, Rusiyanın bu dövlətlərlə heç bir problemi yoxdur. Ona görə də bu ölkələrin hesabına NATO-nun genişlənməsi Rusiya üçün təhdid yaratmır. Lakin bu ərazilərdə hərbi infrastrukturun genişlənməsi isə sözsüz ki, bizi cavab tədbirləri görməyə çağırır. Bu cavab tədbirlər necə olacaq, bizim üçün yaradılacaq təhdidlərdən çıxış edərək cavab verəcəyik. Problem boş yerə yaradılır. Biz buna müvafiq şəkildə reaksiya verəcəyik”.

Kremlin sözçüsü Dmitri Peskov KTMT sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinin KTMT sammiti çərçivəsində üç ölkənin - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstanın rəhbəri Sadır Japarov və Belarus lideri Aleksandr Lukaşenko ilə görüşünün planlaşdırıldığını da vurğulayıb.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30