Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İqtidar koalisiyası qalib gəlsə də, mandatların sayı kəskin şəkildə azalıb

İqtidar koalisiyası qalib gəlsə də, mandatların sayı kəskin şəkildə azalıb

21.06.2022 [10:31]

Fransada parlament seçkilərinin ikinci turu başa çatdı

SADİQ

Fransada parlament seçkilərinin ikinci mərhələsinin rəsmi nəticələri məlum olub. Fransa DİN bütün bülletenlərin sayıldığını bildirib. Belə ki, rəsmi nəticəyə görə hakim “Ensemble!” koalisiyası Milli Assambleyada  225 yer qazanıb. Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) 131 səslə əsas müxalifətçi qrupa çevrilib. İfrat sağçı Milli Cəbhə partiyası 89 yerə sahib olub. Bu, partiyanın tarixində ən yüksək göstəricidir. Bundan başqa, Respublikaçılar 61 yer qazanıb. Digər solçu qruplar isə 22 yerə sahib olub. Eləcə də, regionçular və digər sağçı qruplar hər biri 10, mərkəzçilər isə 4 deputat mandatı əldə edib. İfrat sağçı “Reconquete!” partiyasının heç bir namizədi parlamentə keçə bilməyib.

Qeyd edək ki, Milli Assambleya Fransa parlamentinin aşağı palatası sayılır. Bu quruma seçkilər beş ildən bir iki turun nəticələri əsasında keçirilir. Assambleya 577 deputatdan ibarətdir. Senatorlar kimi Milli Assambleya deputatlarının da ikili vəzifəsi var: hökumətin fəaliyyətinə nəzarət etmək, Assambleyaya yazılı və ya şifahi məlumat vermək, yeni qanunlar qəbul etmək.

Qurumun sədri isə adətən aparıcı partiyanın nümayəndəsi olur. Ona başqa partiyadan olan vitse-prezident kömək edir. Milli Assambleyanın mandatının müddəti 5 ildir, lakin Fransa prezidenti əvvəlki ildə onu ləğv etməmişsə, onu ləğv edə və növbədənkənar seçkilər təyin edə bilər.

Vurğulayaq ki, son seçkilərin nəticələri özündən əvvəlki seçki ilə kəskin şəkildə fərqlənir. Əgər 2017-ci ildə keçirilən seçkilərdə koalisiyaya daxil olan partiyalar ayrılıqda daha böyük səs çoxluğu əldə edərək 347 deputat mandatı qazanmışdısa, bu dəfə həmin nəticələr aşağıdır. Respublikaçıların ötən seçkilərdəki 104 mandatlıq göstəricisi bu dəfə 61 olub. Əvəzində isə Milli Cəbhə partiyası ötən dəfəki 20 deputat sayını 89-a çatdırıb. Bunun səbəbi isə bir sıra amillərlə əsaslandırılır. Belə ki, beynəlxalq siyasi təhlilçilər Avropada son dövrlərdə cərəyan edən hadisələrin, Rusiya - Ukrayna müharibəsi nəticəsində ortaya çıxan iqtisadi çətinliklərin, hətta ərzaq çatışmazlığı ilə bağlı proqnozların fonunda belə bir nəticənin ortaya çıxdığının qənaətindədirlər. Sağ mərkəzçilərin seçkilərdə əvvəlkinə nisbətən daha az səs toplaması, bunun qarşılığında rəqib düşərgənin qalib olmasa belə, daha yüksək nəticə göstərməsi mövcud situasiyanın ortaya çıxardığı siyasi mənzərədir. Bundan başqa, son illərdə siyasi mühacir probleminin aktuallaşması, Mərkəzi Avropa kontingentindən ən çox üz tutulan ölkənin də məhz Fransa olması radikal qrupların toplaşdığı siyasi təşkilatların da “nüfuzunu” qaldırıb.

Paylaş:
Baxılıb: 127 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30