Texas ayrılmaq istəyir
22.06.2022 [10:27]
ABŞ-ın ikinci ən böyük ştatını federal birlikdən narazı salan nədir?
Respublikaçılar partiyasının Texasdakı tərəfdarları ştatın ABŞ-ın tərkibindən çıxması ilə bağlı referendum keçirmək niyyətindədirlər. Bununla bağlı xarici mətbuatın yaydığı məlumata görə, partiyanın qurultayında 2023-cü ildə referendum keçirilməsi barədə qanun qəbul etməyə çağıran sənəd qəbul olunub və ştatın qanunverici orqanına göndərilib. Sənəddə federal hökumətin Texasın yerli özünüidarəetmə haqlarını pozduğu vurğulanıb. Qurultayda daha 5 mindən çox respublikaçı son prezident seçkilərinin nəticəsini tanımaqdan imtina edərək Co Baydenin prezidentliyini şübhə altına alıb.
ABŞ-ın cənubunda yerləşən Texas digər ştatlar arasında ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur və 696 min 241 kvadrat kilometr ərazini əhatə edir. Əhalisinə görə ştat yalnız Kaliforniyadan geridədir. 26 milyon 956 min 958 nəfər. Bundan başqa, Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə mərkəzlərindən biridir. Ştatın paytaxtı Ostin şəhəridir.
Texas ümumxalq referendumu keçirmək hüququna malik yeganə ştatdır
XIX əsrin 30-cu illərinə qədər Meksikanın ərazisi olan Texas 14 may 1836-cı ildə Velasko şəhərində imzalanan müqaviləyə əsasən ilk müstəqilliyini əldə edib. Lakin Meksika hökuməti bu müqaviləni ratifikasiya etməyib. 1836-cı ilin sonunda isə Texas Respublikası elan olunub. 10 il Meksika ilə müharibə aparan Texas 1845-ci ilin 29 dekabrında rəsmən ABŞ-a birləşib və Birləşmiş Ştatların 28-ci ştatına çevrilib. Qeyd edək ki, ona qədər Amerika hökuməti Texasın birləşmə ilə bağlı iki - 1837 və 1844-cü illərdə qoşulma xahişini rədd etmişdi.
Texas ABŞ-ın tərkibinə birbaşa İttifaqın bərabər hüquqlu üzvü kimi qəbul edilmiş ilk və indiyə qədər yeganə beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət olub. Bundan başqa, Texas müstəqil ştat olaraq ABŞ-a daxil olduğundan, bu ştat müstəqillik məsələsi ilə bağlı ümumxalq referendumu keçirmək hüququna malikdir. Həmçinin, Texas bayrağı-federal ilə eyni səviyyədə bayraq dirəyində olmaq hüququna malik olan yeganə ştat sayılır. 1876-cı ildə qəbul edilmiş müasir Konstitusiyası isə bütün ştatlar arasında böyüklüyünə görə ikinci Konstitusiyadır. İcra hakimiyyəti orqanı Qubernator, vitse-qubernator (leytenant-Qubernator) sayılır. Qubernatorluq səlahiyyəti isə digər dövlətlərin qubernatorları ilə müqayisədə məhduddur. Ştatda hakimiyyət daha çox ştat Senatına rəhbərlik edən, Senat komitələri və qrupları yaradan vitse-qubernatorun əlində cəmlənib.
“The Telegraph”: Ən sürətlə böyüyən əyalətlərdən beşi Texasdadır
Qeyd edək ki, bu məsələ artıq bir neçə aydır ki, beynəlxalq mətbuatın əsas gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Bununla bağlı geniş məqalə dərc edən Böyük Britaniyanın “The Telegraph” nəşri qeyd edir ki, Baydenin hakimiyyətə gəlişi Vaşinqton üçün mütərəqqi gələcəyə doğru irəliləyiş sayılsa da, narazı olanlar da az deyil. “The Telegraph” yazır ki, gənclər daha yaxşı həyat axtarışında “demokratların nəzarətində” olan əraziləri tərk edirlər. Yazı müəllifi təəssüflə bildirir ki, hazırda Amerikada iki - mühafizəkar və mütərəqqi cəmiyyətlərin toqquşması baş verir.
Yazıda o da bildirilir ki, Amerikada demoqrafik dəyişikliklər sürətlə baş verir, millətin iqtisadi, siyasi və mədəni konturlar dəyişir. ABŞ-ın böyük biznes klasterləri Şimal-Şərq, Orta Qərb və Kaliforniyada cəmləşir və Nyu York, Çikaqo, San-Fransisko və Los-Anceles təşəbbüskar gənc amerikalıların dünyada dəyişiklik etmək üçün axın etdikləri yerlər sayılır. Hazırda isə bu şəhərləri tərk edənlərin sayı durmadan artır. 2020-ci ilin iyulundan 2021-ci ilin iyuluna qədər 700.000-dən çox insan bu dörd şəhəri tərk edib. Mühafizəkar ştatlarda, xüsusən də cənubda isə vəziyyət tamam başqadır. 2021-ci ildə əhalinin artımının demək olar ki, 80%-i yalnız 10 əyalətin statistikasında cəmləşib. Ən sürətlə böyüyən əyalətlərdən beşi Texasda, ikisi isə Floridadadır.
Çikaqolular və kaliforniyalıların daha yaxşı həyat axtarışında Texas ştatına üz tutması isə müəyyən narazılıqlarla müşahidə olunur. Bu kimi narazılıqlar isə ortaya fikir ayrılıqları çıxarır ki, nəticə etibarı ilə bu da dövlətin bütövlüyü üçün təhdid yaradır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
01 İyul 21:08

Xəbər lenti
01 İyul 18:46

Xəbər lenti
01 İyul 18:43

Xəbər lenti
01 İyul 17:44

Xəbər lenti
01 İyul 17:27

Xəbər lenti
01 İyul 16:33

İdman
01 İyul 16:19

MEDİA
01 İyul 16:02

Xəbər lenti
01 İyul 15:59

Xəbər lenti
01 İyul 15:25

Xəbər lenti
01 İyul 15:17

Xəbər lenti
01 İyul 14:54

Xəbər lenti
01 İyul 14:25

Xəbər lenti
01 İyul 14:19

Xəbər lenti
01 İyul 14:12

Xəbər lenti
01 İyul 14:08

Xəbər lenti
01 İyul 13:49

Xəbər lenti
01 İyul 13:32

Xəbər lenti
01 İyul 12:53

Xəbər lenti
01 İyul 12:25

Xəbər lenti
01 İyul 12:23

Xəbər lenti
01 İyul 11:55

Xəbər lenti
01 İyul 11:40

Xəbər lenti
01 İyul 11:30

Xəbər lenti
01 İyul 11:15

Xəbər lenti
01 İyul 11:13

Xəbər lenti
01 İyul 10:48

Ədəbiyyat
01 İyul 10:44

Xəbər lenti
01 İyul 10:39

Müsahibə
01 İyul 10:37

Xarici siyasət
01 İyul 10:32

İqtisadiyyat
01 İyul 10:30

Xarici siyasət
01 İyul 10:28

İqtisadiyyat
01 İyul 10:22

Siyasət
01 İyul 10:20

İqtisadiyyat
01 İyul 10:17

MEDİA
01 İyul 10:13

İqtisadiyyat
01 İyul 10:04

Siyasət
01 İyul 09:58

Prezident bu gün
01 İyul 09:55

Gündəm
01 İyul 09:53

Siyasət
01 İyul 09:46

Xəbər lenti
30 İyun 23:13

Xəbər lenti
30 İyun 19:59

Xəbər lenti
30 İyun 18:38

Xəbər lenti
30 İyun 18:37

Xəbər lenti
30 İyun 17:47

Xəbər lenti
30 İyun 17:38

Gündəm
30 İyun 16:57

Xəbər lenti
30 İyun 16:46

Xəbər lenti
30 İyun 16:15

Xəbər lenti
30 İyun 16:12

Xəbər lenti
30 İyun 15:50

Dünya
30 İyun 15:26

Xəbər lenti
30 İyun 14:53

Xəbər lenti
30 İyun 14:28

Xəbər lenti
30 İyun 13:51

Xəbər lenti
30 İyun 13:15

Xəbər lenti
30 İyun 12:58

Xəbər lenti
30 İyun 12:57

Xəbər lenti
30 İyun 12:50

Xəbər lenti
30 İyun 12:43

Siyasət
30 İyun 12:41

Xəbər lenti
30 İyun 12:19

Dünya
30 İyun 12:03

Xəbər lenti
30 İyun 11:57

Xəbər lenti
30 İyun 11:49

Xəbər lenti
30 İyun 10:47

Xəbər lenti
30 İyun 10:33

Xəbər lenti
30 İyun 10:25
