G20 ölkələrinin xarici işlər nazirləri görüşür
07.07.2022 [10:45]
Toplantıdan hansı gözləntilər var?
Nardar BAYRAMLI
7-8 iyul tarixlərində İndoneziyanın Bali adasında Böyük İyirmilik (G20) ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Görüş öncəsi Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Aİ-nin rəsmi Kiyevə dəstək planlarını müzakirə edib. C.Borrell bildirib ki, nazirlərin görüşü zamanı Aİ Ukraynaya güclü dəstəyini bir daha təsdiqləyəcək, qlobal ərzaq böhranının nəticələrini müzakirə edəcək və Rusiya tərəfini Qara dəniz limanlarını açmağa çağıracaq.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə qeyd edib ki, tərəflər Ukraynanın Aİ-yə namizəd ölkə olduqdan sonra gələcək addımları və G20 ölkələrinin xarici işlər nazirləri toplantısı öncəsi əlaqələndirilmiş mövqeləri müzakirə ediblər. “Aİ-nin Rusiyaya qarşı yeddinci sanksiya paketinin zəruriliyi barədə razıyıq və bunun üzərində işləyirik” - deyə Kuleba vurğulayıb.
G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısından gözləntilər barədə qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, toplantı çərçivəsində bir sıra vacib qərarlar qəbul ediləcək. Onun sözlərinə görə, nazirlərin görüşündə, ilk növbədə, Ukraynaya maliyyə və hərbi dəstək ifadə olunacaq. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün sülhyaratma təşəbbüsləri də irəli sürülə bilər. Politoloq deyib ki, müharibənin dayandırılması üçün daha çox Türkiyə təşəbbüslər göstərir: “Türkiyə-Ukrayna-Rusiya formatında görüşlərin keçirilməsi yenə gündəmə gələ bilər. Proseslər onu göstərir ki, Rusiya və Ukraynaın xarici işlər nazirləri arasında növbəti görüş baş tuta bilər. Bu görüşün də Türkiyənin vasitəçiliyi ilə reallaşması daha inandırıcıdır. “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da toplantıda iştirakını nəzərə alsaq, belə bir görüşün keçirilməsi ehtimalı böyükdür. Ümumilikdə, Rusiya üçün beynəlxalq platformalarda təmsil olunmaq çox vacibdir. Əks halda, özünü beynəlxalq aləmdən izolyasiya edə bilər”-deyən həmsöhbətimizin fikrincə, beynəlxalq tədbirlərdən kənarda qalmaq Rusiyanın daxili və xarici siyasətində ciddi problemlər yarada bilər. Bu səbəbdən də, Lavrovun G20-nin toplantısında iştirakı təbiidir. Y.Hacıyeva söyləyib ki, Rusiya bundan sonrakı mərhələlərdə Ukrayna ilə bağlı mövqeyi haqda dünyaya aydın mesajlar verməlidir. Eləcə də, Lavrov G20 toplantısında Rusiyanın Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz siyasətinin vektorlarını elan etməlidir.
Y.Hacıyeva onu da deyib ki, G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında Ukrayna məsələsi, siyasi və hərbi problemlərlə yanaşı, qlobal iqlim dəyişiklikləri və ərzaq təhlükəsizliyi diqqət mərkəzindədir. Bundan əlavə, politoloq hesab edir ki, qlobal təhlükəsizlik müstəvisində Türkiyənin İşveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsindəki şərtləri, eləcə də Yaxın Şərq böhranı fonunda qaçqın problemi də aktualdır: “Çünki Suriyadan başlayan miqrant dalğası növbəti mərhələyə keçir. Türkiyə öz qanunları çərçivəsində qaçqın qəbul etmək limitini doldurub. Qeyri-rəsmi statistikaya əsasən bu ölkədə 5 milyona yaxın qaçqın var. Amma həmin insanların bir hissəsi obyektiv səbəblərdən öz vətənlərinə qayıda bilmədiyi üçün Avropaya üz tutacaqlar. Ona görə də, bu problem Türkiyə və Avropa dövlətləri arasında müzakirə olunmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

