Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / OPEK yeni dəyişikliyin astanasında

OPEK yeni dəyişikliyin astanasında

07.07.2022 [10:48]

Baş katibin qəfil ölümü hədəfləri dəyişəcəkmi?

Pərviz SADAYOĞLU

Dünyanın ən strateji əhəmiyyətə malik təşkilatlarından biri sayılan Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEK-in Baş katibi Mohammed Barkindo vəfat edib. Onun haqqında qısa arayış versək, M.Barkido 1981-ci ildə Kaduna ştatının Zaria şəhərindəki Əhmədu Bello Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. 1988-ci ildə Böyük Britaniyanın Oksford Universitetində neft iqtisadiyyatı və menecmenti üzrə diplomunu və Vaşinqton Cənub-Şərq Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb. Mohammed Barkindo 23 il Nigeriya Milli Neft Korporasiyasında (NNPC) müxtəlif vəzifələrdə çalışıb. O, NNPC-nin Londondakı ofisinə rəhbərlik edib və neft və qaz ticarəti üzrə idarəedici direktor və icraçı direktor olub. 1993-2008-ci illərdə NNPC, Royal Dutch Shell, Total və Eni-nin birgə şirkəti olan Nigeriya LNG-də idarəedici direktor müavini vəzifəsində çalışıb. 2009-2010-cu illərdə Barkindo NNPC-nin idarəedici direktoru olub.

Barkindo 1986-cı ildən OPEK-də fəaliyyət göstərib. Əvvəlcə Nigeriya nümayəndə heyətinin üzvü, 1993-2008-ci illərdə isə OPEK-də Nigeriyanın nümayəndəsi olub. Barkindo 15 il ərzində Nigeriyadan OPEC İqtisadi Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2006-cı ildən isə OPEC-in baş katibi vəzifəsinin icraedicisi seçilib. 2016-cı il iyunun 2-də OPEC konfransında Mohammed Barkindo təşkilatın Baş katibi təyin edilib. Bu il iyulun 5-də tromboemboliyadan qəflətən dünyasını dəyişib.

OPEK - Bağdaddan Vyanaya uzanan yol

Bəlli olduğu kimi, OPEK dünyanın siyasi, iqtisadi, hətta hərbi durumunun müəyyənləşməsində mühüm rol oynayan azsaylı təşkilatlardandır. Bu təşkilat neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan qurumdur. Təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEK daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə bəlli olmayan səbəbdən (ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən) təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEK-in 12 üzvü var.

Yeni baş katib - kim, haradan, niyə?

Distabilliyin günü-gündən dərinləşdiyi dünyamızda neft amili olduqca şərtdir. Sirr deyil ki, illərdir Yaxın-Orta Şərqdə baş verənlərin, Amerika qitəsindəki mübarizələrin, Asiyada “yeni axtarış ekspedisiyaları”nın formalaşması üçün davam edən savaşın arxasında məhz neft amili durur. Hazırda baş katibsiz qalan OPEK dünyadakı siyasi-iqtisadi balansın qorunmasında əsas aktor rolunda çıxış edir. Bu mənada, Barkindonun xələfinin kimliyi və ya ən azından hansı qitəni təmsil edəcəyi indidən maraq doğurur.

Qeyd edək ki, OPEK ümumi razılaşmaların mühüm əhəmiyyət daşıdığı bir qurumdur. Belə bir quruma rəhbərlik etmək iqtisadi biliklər, neft sahəsinin mütəxəssisliyi ilə yanaşı, “siyasi portret” də mühüm əhəmiyyət daşıyır. Bu mənada siyasi mütəxəssislər yeni baş katibin də “qaynar regionlardan” seçilməsinin doğru olmadığı qənaətindədir. Belə ki, hazırda siyasi gərginliklərin geniş məzmunda yayıldığı bir sıra ölkələr məhz neft amilinin təsiri ilə ya “mükafatlandırılır”, ya da “cəzalandırılır”. Bu baxımdan, quruma rəhbərlik edən şəxs mütləq şəkildə ümumi maraqlar kontekstindən çıxış etməli, neytral qitəni təmsil etməlidir. XXI əsrin birinci və ikinci onilliyindəki təlatümləri nəzərə alsaq, Afrika qitəsi bu mənada ən uyğun namizəd sayıla bilərdi. İndiki məqamda, ABŞ-ın Avropanı məhz Afrika enerjisi sayəsində “qızındırmağa” çalışması fonunda, Barkidonun xələfinin işləri daha gərgin olacaq. Bundan başqa, baş katiblik postuna OPEK-in siyahısında az ixrac potensiallı Nigeriya ilə müqayisədə daha çox ixrac potensiallı ölkələrdən seçilməsi də real görünür. Hər halda, bir neçə ildir ki, Yaxın Şərqdə və ərəb dünyasında gedən siyasi islahatlar bunu deməyə əsas verir.

Paylaş:
Baxılıb: 133 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31