Britaniyanın baş naziri kim olacaq?
20.07.2022 [10:06]
Nicat Dilqəmli
Böyük Britaniyanın baş naziri postu uğrunda mübarizəyə ötən gün start verilib. Mühafizəkarlar Partiyasının yeni rəhbərinin və müvafiq olaraq Böyük Britaniyanın baş nazirinin seçkilərinin nəticələri sentyabrın 5-də məlum olacaq. Ölkənin qanunlarına əsasən, hər seçki zamanı partiyanın rəhbəri vəzifəsinə parlamentdə mühafizəkarlar komitəsi (1922-ci ildən belə adlanır) bu proses üçün yeni qaydalar müəyyən edir. Komitənin bu dəfə gəldiyi qərara əsasən, rəhbər vəzifəsinə namizədlərin irəli sürülməsi iyulun 12-dək mümkün olub. Eyni zamanda, namizədlər səsvermənin birinci turunda iştirak etmək üçün ən azı 20 Mühafizəkar deputatın dəstəyini almalıdırlar. Baş nazir postuna 11 nəfər namizədliyini irəli sürüb. İlkin mərhələdə üç namizəd tələb olunan 20 parlament üzvünün dəstəyini qazanıb və beləliklə, seçkilərin birinci turunda iştirakını təmin edib.
Artıq baş nazir postuna iddia edən namizədlər arasında yetəri qədər dəstək toplayan, liderlik qazanan şəxslərin kimlikləri də məlumdur. Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak ölkənin baş naziri postuna keçirilən seçkilərin hər iki turunda olduğu kimi, üçüncü turunda da öz liderliyini qoruyub-saxlamağı bacarıb. Birinci yerdə qərarlaşan eks-nazir 38 səs toplayıb.
Beynəlxalq ticarət nazirinin müavini Penni Mordont da iddiaçılar arasında ən yüksək səs toplayanlardandır. Nazir müavini 22 səslə ikinci yeri tutub.
İlk üçlükdə qərarlaşan namizədlərdən biri olan, adını sonuncu - üçüncü yerə yazdırmağı bacaran digər uğurlu namizəd isə Böyük Britaniyanın xarici işlər naziri Liz Trassdır. Onun namizədliyi 15 deputat tərəfindən dəstəklənib.
Namizədlər arasında yüksək nəticələr əldə edən iddiaçılardan biri də İcmalar Palatasının Xarici Əlaqələr xüsusi Komitəsinin sədri Tom Tuhendxatdır. Komitə sədri 22 səs toplayıb.
Xarici mətbuatda bildirilir ki, Britaniyanın xarici işlər naziri Liz Trussı indiyədək 15 deputat, keçmiş səhiyyə naziri Sacid Cavidi 11 deputat, Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant - 13, nəqliyyat naziri Qrant Şappsı isə 8 deputat dəstəkləyir.
Ötən gün keçirilən üçüncü turun nəticələri də artıq bəllidir.
Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak ölkənin baş naziri postuna keçirilən seçkilərin üçüncü turunda da liderliyini qoruyub.
Səsvermədə ikinci yeri beynəlxalq ticarət nazirinin müavini Penni Mordont tutub. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss isə üçüncü olub. Dördüncü yerdə deputat Kemi Beydnok qərarlaşıb.
Beşinci olan Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tuhendxatdır isə baş nazir postu uğrunda mübarizədən kənarlaşıb.
Səsvermənin dördüncü turu dünən keçirilib. Nəticələr haqqında məlumat verəcəyik.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

