Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İstanbulda tarixi saziş imzalandı

İstanbulda tarixi saziş imzalandı

23.07.2022 [12:02]

M.FEYİZLİ

Ona necə əməl olunacaq?

Artıq xeyli müddət idi ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən getdikcə dərinləşən ərzaq böhranı ilə üzləşən dünyanın diqqəti Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə daşınması ilə bağlı danışıqların aparıldığı Türkiyəyə dikilmişdi. Dünya ictimaiyyəti İstanbuldan danışıqların müsbət sonuclanacağına və taxılın təhlükəsiz daşınmasına hüquqi əsaslar yaradan müvafiq sənədin imzalanacağı xəbərini səbirsizliklə gözləyirdi. Narahatlıq üçün əsaslar isə kifayət qədər çoxdur.

Taxıla tələbat ödənilmir

Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq bazarında yaratdığı həyəcanlı vəziyyət əvəzolunmaz qida sayılan taxıl pozisiyasında daha qabarıq şəkildə hiss olunur. Verilən məlumatlara görə, dünya üzrə illik taxıl istehsalı 740 milyon ton civarındadır. Lakin müharibənin yaratdığı çətinliklərə görə anbarlardakı taxılı ehtiyac duyulan ünvanlara çatdırmaq mümkün olmur. Bu səbəbdən də təkliflə tələb arasında disbalans ötən hər gün daha kəskin şəkildə artır. Belə ki, əgər 2019/2020 marketinq ilində dünya üzrə buğda istehlakı 745 milyon ton olmuşdusa, bu 2020/2021 marketinq ilində 3,5 faiz artaraq 771 milyon ton olub. Gələcəklə bağlı proqnozlar da məyusluq doğurur - buğda istehlakının dünya üzrə kəskin artacağı proqnozlaşdırılır.  Belə ki, 2021/2022 marketinq ilində qlobal buğda istehlakının 782 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 1,5 faizlik artım deməkdir. Qlobal buğda ticarətində də artım müşahidə edilir. Əgər 2019/2020 marketinq ilində buğda ticarətinin həcmi 185 milyon ton idisə, 2020/2021 marketinq ilində bu rəqəm 3,2 faiz artaraq 191 milyon ton təşkil edib və artım tendensiyası 2022-ci ilin əvvəlindən də davam edib.

BMT-nin həyəcan təbili: Rusiya və Ukrayna ərzağı qlobal bazara

qaytarılsın

Müşahidə edilən kədərli mənzərə fonunda BMT dünyada gözlənilən ərzaq qıtlığı ilə bağlı növbəti dəfə həyəcan təbili çalıb. Qurumun baş katibi Antonio Quterreş dünyanın bir sıra regionl?rını aclıq təhlükəsindən xilas etməkdən ötrü Rusiya və Ukrayna ərzağının təcili qaydada qlobal bazarlara qaytarılması ilə bağlı çağırış edib. Bu barədə o, Baş Assambleyanın qlobal ərzaq təchizatındakı problemlərlə bağlı keçililən yüksəksəviyyəli konfransda yayılan videomüraciətində bildirib. Baş katibin sözlərinə görə, 2022-ci ildə dünyanın bir çox regionlarının aclıq təhlükəsi ilə üz-üzə qalması təhlükəsi var, 2023-cü ildə isə vəziyyət daha da pisləşəcək. Bununla belə, o, indi hərəkətə keçilsə, fəlakətin qarşısının alınmasının mümkün olduğunu da diqqətə çatdırıb. BMT-nin Baş katibinin qənaətinə görə, bunun üçün cəsarətli və koordinasiya edilmiş siyasi qərarlar lazımdır.

Hərənin öz şərti...

İyulun əvvəlindən etibarən Ukraynada yığılıb qalan 25 milyon ton taxılın Qara dəniz limanları vasitəsilə qlobal bazarlara təhlükəsiz şəkildə daşınması ilə bağlı danışıqlara start verilib. Ukrayna taxılının daşınması üçün Qara dəniz limanlarında koridorun açılması təşəbbüsü BMT səviyyəsində dəstəklənir. Bu məsələdə Türkiyənin səyləri xüsusilə diqqət çəkir. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Prezident Rəcəb Tayyib Ərdoğanın ərzaq böhranının həllinə dair diplomatik səyləri əsasında keçirilən görüşlərin müsbət istiqamətdə irəlilədiyini qeyd edib. Görülən işlər çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukrayna müdafiə naziri Oleksey Reznikov ilə danışıqlar apardığını xatırladan nazir Akar bu müzakirələrin Türkiyə ilə Rusiya və Ukrayna arasında birbaşa davam etdirildiyini diqqətə çatdırıb.

Aparılan çoxmərhələli danışıqlardan sonra taxılın təhlükəsiz şəkildə daşınmasına hüquqi əsaslar yaradan sənədin imzalanması qərara alınıb. Amma... tərəflərin hər biri yenə də öz şərtlərini di?tə edir.  Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ölkəsinin Ukrayna taxılını daşıyan yük gəmilərini limanlardan buraxmağa hazır olduğunu bildirsə də, şərtləri də açıqlayıb.  “Ukraynalılara gəlincə, qoy əvvəlcə limanlarını təmizləsinlər. Biz təhlükəsiz keçidi təmin etməyə hazırıq, lakin ilk növbədə, onlar minaları təmizləməlidirlər. O minalar bizim deyil, onlarındır”, - deyə Nebenzya bildirib.

Rusiya prezidenti Vladimir Putin isə Ukrayna taxılının daşınması mövzusunda daha sərt ritorika ilə danışıb. O,  Moskvanın Ukraynadan ərzaq ixracına imkan yaratması üçün Rusiyadan taxıl tədarükünə qoyulan məhdudiyyətlərin də aradan qaldırılmasını tələb edib. Bu barədə Rusiya prezidenti İranda səfərdə olarkən danışıb. “Biz Ukrayna taxılının ixracını asanlaşdıra bilərik, lakin Rusiya taxılının tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılmalıdır”, - deyə Rusiya prezidenti Tehranda İran və Türkiyə prezidentləri ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

Ukrayna birgə sənədə “yox” desə də...

Bu arada Ukrayna da öz şərtlərini ifadə edib. Ukrayna prezidenti ofisinin rəhbərinin köməkçisi Mixail Podolyak bəyan edib ki, ölkəsi heç bir halda Rusiya ilə birgə sənəd imzalamayacaq. “Biz müvafiq sənədi Türkiyə və BMT ilə imzalayırıq. Onlar qarşısında da öhdəlik götürürük. Rusiya da Türkiyə və BMT ilə oxşar saziş imzalamalıdır”, - deyə Ukrayna rəsmisi əlavə edib.

Artıq müharibə tərəfi olan Ukrayna ilə Türkiyə və BMT arasında bu ölkədən taxıl ixracına dair saziş imzalanıb. Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və BMT-nin Baş katibi Antonio Quterreş imzalayıblar.

Dünən axşam saatlarında, nəhayət ki, Türkiyədən gözlənilən xəbər alındı. İ?tanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT arasında Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə daşınması məqsədilə taxıl  koridorunun yaradılması barədə razılıq sənədi imzalanıb. Rusiya və Ukrayna tərəfindən razılaşmanı müvafiq qaydada müdafiə naziri Sergey Şoyqu və infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar.

Beləliklə, Ukrayna taxılının daşınmasına dair sənəd imzalandı. Qalır onun icrası...

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30