Dünyanın qütbləşməsi prosesi intensivləşib
26.07.2022 [10:27]
MÜBARİZ
Dünyanın qütbləşməsi əvvəllər də müşahidə edilən bir proses idi. Cari ildə Rusiya-Ukrayna müharibəsinin alovlanması ilə bu proses daha da intensivləşib. Müşahidələrə əsasən, tam qətiyyətlə deyə bilərik ki, müharibədə qarşı duran tərəflər yalnız Rusiya və Ukrayna deyil. Aydın şəkildə görünür ki, ABŞ, Avropa və Asiya dövlətləri sonu görünməyən müharibə fonunda özlərinin iqtisadi və siyasi maraqlarının daha çox dərəcədə təmin olunması üçün müxtəif çabalar nümayiş etdirirlər. Rəqiblərin zəiflədilməsinə, özlərinin üstün fürsətlər qazanmalarına hesablanan bu çabalar bəzən gizli şəkildə həyata keçirilir, bəzən də cidanı çuvalda gizlətmək mümkün olmur, tərəflərin bir-birilərinin bostanına daş atmaları açıq müstəviyə keçir.
Okeanın o tayından gələn hədələr
Müharibədə Ukraynanın tərəfini saxlayan ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri indiyədək Rusiyaya qarşı bir neçə mərhələdə geniş əhatə dairəsinə malik sanksiyalar tətbiq ediblər. Bu sanksiyaların tətbiqində əsas məqsəd şimal qonşumuzun iqtisadiyyatını çökdürməkdən və onu əsas gəlir mənbələrindən məhrum etməkdən ibarətdir. Lakin müharibə aylardır ki, uzansa da, bu, baş vermir. Rusiyanın Ukraynada “operativ müharibə” planı iflasa uğradığı kimi, Qərbin də sanksiyalardan gözləntiləri, necə deyərlər, sulara qərq olub. Rusiya müəyyən çətinliklərlə üzləşsə də, sərt qadağalar qoyulan ixrac məhsullarına yeni müştərilər tapmağı bacarıb.
Sanksiyaların gözlənilən effekti verməməsinin bir səbəbi də “gizli əllərin” Rusiyaya dəstəyi hesab olunur. Üçüncü ölkələrin və şirkətlərin Rusiyaya dəstək verdiklərinə dair çoxsaylı faktlar aşkarlanıb. Belə vəziyyət, təbii ki, sanksiyaların müəlliflərində hiddətlə qarşılanır. Bu günlərdə okeanın o tayından sanksiyalardan yan keçməklə Rusiyaya dəstək verənlərin ünvanına sərt xəbərdarlıqlar səsləndirilib. ABŞ-ın maliyyə naziri Canet Yellen bəyan edib ki, Qərb vəziyyətdən sui-istifadə edən və qlobal iqtisadi qayda-qanunu pozan dövlətlərə qarşı sərt tədbirlər görmək niyyətindədir. “Amerika Birləşmiş Ştatları və bizim müttəfiqlərimiz dünya iqtisadiyyatının əsasında dayanan norma və qaydalara əməl olunmasını tələb etmək üçün birlikdə çalışacaqlar”, - deyə nazir vurğulayıb. Onun sözlərinə görə Qərbin Rusiyaya dəstək verən ölkələrə cəzası sərt olacaq.
Bundan əvvəl ABŞ rəsmisi qlobal iqtisadiyyatda yaranan çətinliklərə görə Rusiyanı ittiham etmişdi. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda yaşanan gərginliklərin, o cümlədən də xammalın qiymətinin artmasının bütün günahları Moskvanın üzərindədr.
İran yenidən hədəfdə
İranla Qərb arasında nüvə qalmaqalı artıq illərdir ki, davam edir. Buna görə cənub qonşumuza qarşı da sanksiyalar tətbiq olunur. Xüsusilə neft ixracına qoyulan embarqo İranın manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və ölkədə sosial-iqtisadi vəziyyətə öz mənfi təsirini göstərib. Belə görünür ki, İran yenidən Qərbin qəzəbinə tuş gəlib. Bu dəfə cənub qonşumuz Rusiyaya pilotsuz uçuş aparatlarını satmaqda ittiham olunur. İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsi bu ölkəni ABŞ-ın və Avropa dövlətlərinin bir sıra sanksiyaları ilə üz-üzə qoyacaq. Bu barədə ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Praysın məlumatına görə ABŞ İranın Rusiyaya pilotsuz uçuş aparatları texnologiyasını göndərdiyinə görə narahatlığını bildirib və vəziyyəti izləməkdə davam edir. “Bizim bütün sanksiyalarımız qüvvədə qalır. Bu qəbildən olan bütün əməliyyatlar ehtiyatımızda olan sanksiyalara tuş gələcək. Belə sanksiyalar dünyanın digər ölkələrindən də gözlənilə bilər”, - deyə ABŞ rəsmisi bildirib.
Xatırladaq ki, pilotsuz uçuş aparatlarının Rusiyaya satılması mövzusunda İrana yönəlik ittihamlar Co Bayden administrasiyası tərəfindən bundan əvvəl də səsləndirilmişdi. Həmin ittihamlarda iddia olunurdu ki, İran Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı satmaq niyyətindədir.
İttihamlara ittiham dili ilə cavab
ABŞ-ın iddialarına İrandan cavab özünü çox gözlətməyib. Bu ölkə rəsmiləri İranın Rusiyaya pilotsuz uçuş aparatları satması ilə bağlı ittihamların uydurma olduğunu bildiriblər. İranın ali dini liderinin məsləhətçisi Əli Əkbər Vilayəti bir az da qabağa gedərək Rusiya, Çin və İranı ABŞ-ın ekspansionist siyasətinə qarşı dayanan qüdrətli dövlətlər olduqlarını bildirib. Bu barədə o, “Kayhan” nəşrinə müsahibəsində bildirib. Vilayəti bəyan edib ki, Moskva və Pekin özlərini Tehranın müttəfiqləri kimi aparırlar və dəfələrlə İrana dəstək göstəriblər. O əlavə edib ki, İran ABŞ-a qarşı çıxan azsaylı ölkələr sırasında yer alır və digər dövlətlərlə münasibətlər qurmaqda davam edir. Vilayəti sual edir: İranın Rusiya, Çin və Hindistan kimi ölkələrlə münasibətlərini inkişaf etdirməkdə pis nə var? Bu ölkələr müasir texnologiyalara malikdirlər və Tehranın müraciətlərinə cavab olaraq dəfələrlə öz imkanlarını təqdim ediblər.
Venesueladan etirazlar
ABŞ-ın ünvanına oxşar ittihamlar Venesueladan da gəlib. Parlament fraksiyasının lideri və hakim vahid sosialist partiyasının vitse-prezidenti Diosdado Kabelo ABŞ hökumətini bu yaxınlarda Cənubi Amerika ölkələrinin neft sənayesi obyektlərinə hücuma görə ittiham edib. Kabelonun bildirdiyinə görə, bu hücumlar Amerika Birləşmiş Ştatlarının imperializm siyasətinin tərkib hissəsidir. O əlavə edib ki, bütün bu işlərə muzdlular cəlb olunub. Venesuelada həm də dövlət çevrilişinə cəhdlər göstərən bu muzdluların bir çoxu həbsə alınıb. “Bunlar ABŞ hökumətinin elçiləridirlər”, - deyə Kabelo bildirib.
Bioloji terrorda kim günahkardır?
ABŞ-ın ünvanına daha bir ittiham Koreya Xalq-Demokratik Respublikasından gəlib. Ölkənin teleqraf agentliyinin yaydığı məlumata görə, ABŞ bioloji terrorda günahlandırılır. Vurğulanır ki, Birləşmiş Ştatlar Ukrayna və digər ölkələrdə patogen nəticələrə səbəb olan eksperimentlərə rəvac verib. ABŞ, həmçinin yoluxucu xəstəliklərin yayılmasında ittiham olunub. İddia edilir ki, ABŞ-ın bioloji tədqiqatlarının xəritələri xəstəliklərin baş qaldırdığı coğrafiyalarla üst-üstə düşür.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44

