Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Baş katib, yoxsa yenidən baş nazir?

Baş katib, yoxsa yenidən baş nazir?

28.07.2022 [10:34]

Boris Consonun hər iki vəzifə üçün şansı böyükdür

NATO-nun hazırkı başçısı Yens Stoltenberq gələn ilin sentyabrında vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın Baş naziri postundan istefa verən Boris Conson alyansın növbəti baş katibi ola bilər. Bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, Consondan əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, eləcə də Birləşmiş Krallığın keçmiş baş nazirləri Tereza Mey və Devid Kemeron bu vəzifə üçün proqnozlaşdırılırdı. ABŞ Avropa İttifaqının yeni ordusunun yaradılması barədə planlarını bəyan edən avropalı siyasətçilərə etimadsızlıq göstərir. Bu səbəbdən NATO-nun Baş katibi postuna çoxdandır ki, Britaniya nümayəndəsi təklif olunur. “Boris Consonun NATO-nun Baş katibi postuna namizədliyini irəli sürməsini müdafiə üzrə komitənin üzvləri Riçard Draks və Mark Fransua, eləcə də Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə keçmiş nazir Devid Cons dəstəkləyir”, - deyə məlumatda qeyd olunub.

NATO-ya hazırda rəhbərlik edən Yens Stoltenberq isə bu vəzifəyə 2014-cü ildə 5 il müddətinə təyin olunsa da, 2019-cu ildə onun mandatı 2022-ci ilin oktyabr ayına qədər uzadılıb. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü ilin sentyabrın 30-na qədər bu vəzifədə qalmasına dair qərar qəbul ediblər.

Boris Consonun NATO-nun Baş katibi vəzifəsinə seçilmək şansı nə qədərdir? Bu barədə qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva əvvəlcə Consonun baş nazir postundan istefasının səbəblərinə toxunub. Onun fikrincə, bu istefaya son 6 ayda qlobal səviyyədə bir zolaq üzrə yeni enerji layihəsinin reallaşdırılması müstəvisində baxmaq lazımdır. Belə ki, Cənub Qaz Dəhlizi Mərkəzi Asiyanın enerji resurslarının Avropaya diversifikasiyasını da nəzərdə tutur. Bu xətt Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı, Balkanları əhatə edir. Y.Hacıyevanın sözlərinə görə, son 6 ayda bu xətt üzrə yerləşən bəzi ölkələrin rəhbərləri vəzifələrindən kənarlaşdırılıb və Consonun istefası da bu kontekstdə şərh olunmalıdır: “Proses ilk olaraq Pakistandan başladı. Baş nazir İmran Xan vəzifəsindən kənarlaşdırıldı. Sonra Böyük Britaniyanın baş naziri B.Conson istefa verməyə məcbur oldu. Daha sonra, İtaliya prezidenti baş nazir də daxil olmaqla hökuməti istefaya göndərdi. Yəni bu proses dünyada iki qrupun-maliyyə və siyasi qrupunun üzdə görünməyən qüvvələrinin qarşıdurması nəticəsində baş verdi”.

Politoloq xatırladıb ki, Conson Mühafizəkarlar Partiyasından ilk olaraq Sunakın istefasından sonra qurulmuş oyun nəticəsində istefa verməyə məcbur oldu: “Hazırda Sunak baş nazirliyə namizəddir. Amma Sunak bu prosesdə üzdə görünən şəxsdir. Əslində, görünməyən, daha ciddi qüvvələr prosesi idarə edirlər. Həmin qüvvələr tərəfindən B.Conson müstəqil siyasət apardığına, “sözəbaxmaz” olduğuna görə cəzalandırılır, amma onun həm də Avropanın təhlükəsizliyi üçün faydalı insan olduğunu etiraf edirlər. İkinci Dünya müharibəsindən sonra Avropanın bu qədər təhdid altında olduğu bir şəraitdə NATO-nun baş katibi vəzifəsinə təklif də Consonun Avropa üçün necə vacib insan olmasının etirafıdır. Çünki o, doğrudan da, ənənəvi ingilis siyasətçisidir, həm də xarizmatik, güclü enerjisi, nüfuzu olan şəxsdir. Artıq Conson Mühafizəkarlar Partiyası daxilində özünə qarşı olan prosesləri ələ ala bilib”. B.Conson partiyanın toplantısında növbəti dəfə onu dəstəkləyəcəkləri halda baş nazirliyə yenidən namizəd olacağını bəyan edib. Y.Hacıyeva hesab edir ki, Mühafizəkarlar Partiyası bu dəfə də onu dəstəkləyəcək.

Politoloqun fikrincə, Consona qarşı nə qədər də proseslər getsə də, yenidən baş nazir olmaq şansı var: “Eyni zamanda, NATO-nun baş katibi vəzifəsinə də onun namizədliyi irəli sürülür. Yens Stoltenberqdən sonra NATO-ya “dəmir əl” lazımdır. Bu “dəmir əl” Avropada təhlükəsizliyin qarantı olacaq və o, B.Conson ola bilər. Consondan başqa bu posta üç namizəd var ki, onlar qadındır. Bunlar Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte və Estoniyanın keçmiş prezidenti Kersti Kalyulaydır. Mən düşünürəm ki, proses bu mərhələyə çatsa, bu qadın siyasətçilər B.Consonun xeyrinə namizədliklərini geri götürə bilərlər. Amma Consonun yenidən Böyük Britaniyanın Baş naziri seçiləcəyi ehtimalı daha çoxdur”.

NARDAR

Paylaş:
Baxılıb: 172 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31