255 səfir 13-cü konfransda...
09.08.2022 [10:06]
M.Çavuşoğlu: Can Azərbaycan heç zaman yalnız deyil!
Rəsmi Ankaranın xarici siyasət kursunun istiqamətləri bəlli oldu
S.İSMAYILZADƏ
Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı öz işinə başlayıb. Avqustun 8-dən 12-dək davam edəcək konfrans Ankara, Nevşəhir və Kayseri şəhərlərində olacaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak etdiyi konfransdan əvvəl Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Əsri Məzarlığında şəhid Türkiyə diplomatlarının uyuduqları müqəddəs məkan ziyarət ediləcək. Xatırladaq ki, erməni terror təşkilatları tərəfindən 1973-1984-cü illərdə xarici ölkələrdə fəaliyyət göstərən Türkiyə diplomatları və ailələri genişmiqyaslı terror hücumlarına məruz qalıblar. Məqsədli və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda ən çox sayda və ağır nəticələr verər terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türkiyəli diplomatlara qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad olunublar. Daha bir təəssüfləndirici vəziyyət isə Ermənistanın həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam etməsidir.
Dünən Ankarada baş tutan konfransın açılış mərasimi maraqlı açıqlamaları ilə yadda qalıb. Belə ki, “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda keçirilən XIII səfirlər konfransının rəsmi açılışındakı çıxışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Can Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edirik. Xüsusi nümayəndələrimiz Ermənistanla danışıqları davam etdirirlər: “Son günlər bölgədə baş verən gərginlik mövcud sakitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!”
Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində başlayıb 44 gün davam edən Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyi, ölkəsinin haqq və ədalətin yanında olduğunu, qəhrəman Azərbaycan Ordusunun rəşadətli Qələbə qazandığını xatırladan nazir bölgədə baş verən son hadisələrə də münasibət bildirərək deyib: “Biz Ermənistana xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın”.
Sakitlik yaranana qədər mübarizəmizi davam etdirəcəyik
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda iştirak edən səfirləri təbrik edib. O bildirib ki, Türkiyə ötən dövr ərzində mühüm siyasi-iqtisadi nailiyyətlər əldə edib. Rusiya-Ukrayna müharibəsinə diqqət yönəldən Türkiyə lideri bildirib ki, acı təcrübələrimiz bizə göstərdi ki, müharibədə qalib olmayacaq. Aydındır ki, uşaqların öldüyü mühitdə heç kim özünü təhlükəsiz hiss edə bilməz: “Həm Zelenski, həm də Putinlə görüşlərimizdə problemlərin dialoq yolu ilə həll edilməli olduğunu vurğuladıq. Təbii ki, bizim kimi sülhü müdafiə edənlər qədər müharibənin uzanmasını istəyənlər də var. Bütün bu neqativlərə baxmayaraq, biz taxıl dəhlizi sazişinin icrasını təmin etdik. Beləliklə, biz dünyanın ərzaq təchizatı təhlükəsizliyinə töhfə verdik. Bölgəmizdə sakitlik yaranana qədər mübarizəmizi davam etdirəcəyik”.
Qafqazda davamlı sülh yolunda mühüm nailiyyətlər əldə etmişik
Rəcəb Tayyib Ərdoğan öz çıxışında Qarabağdakı duruma da toxunub. Prezident bildirib ki, sülh nitqləri ilə dünyada sülh bərqərar oluna bilməz. Meydanda güclü olmadan, masa arxasında qələbə əldə etməyin çətin olduğu da göz qabağındadır: “Təəssüf ki, Ermənistanın 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti qarşısında beynəlxalq ictimaiyyət ciddi addım atmadı. Azərbaycanlı qardaşlarımız illərdir itkilərinin acısı ilə yaşamağa məcbur olublar. 44 günlük mübarizə nəticəsində Qarabağ öz azadlığına qovuşdu və 30 illik işğala son qoyuldu. Biz bu tarixi fürsətin boşa getməməsi üçün çox çalışırıq. Qafqazda davamlı sülh yolunda mühüm nailiyyətlər əldə etmişik. Paşinyanla çox konstruktiv görüşümüz oldu. İnanıram ki, Ermənistan çağırışlara cavab verdikdə regionumuz qısa müddətdə sabitləşəcək”.
Separatçı terror təşkilatının belini qırdıq
Türkiyə prezidenti onu da vurğulayıb ki, Qara dənizdə təbii qazın kəşfi ölkəsinin bu yöndə davamlı səylərinin ilk nəticəsi idi. Sabah (bu gün) Abdülhamid Han adlı 4-cü qazma gəmi Mersin Taşucu limanından yola salınacaq: “Bu günə qədər yurisdiksiyalarımızda heç bir hərəkətə icazə verməmişik və gələcəkdə də verməyəcəyik. Bütün dünya bilir ki, biz terror təhlükələrini aradan qaldırmaq əzmindəyik. Əməliyyatlarla separatçı terror təşkilatının belini qırdıq. Biz bütün dünyaya göstərdik ki, regionumuzun gələcəyində terrora yer yoxdur. Qatil sürülərini bölgəmizdən tamamilə qovmayana qədər dayanmayacağıq və terrorla mübarizəmizi davam etdirəcəyik. Terror təşkilatının Suriyada yuva qurduğu son əraziləri də təmizləyərək təhlükəsiz zonanın dairələrini birləşdirəcəyik. Mövcud qlobal sistemin strukturundan irəli gələn problemlərin ən aktual məsələlərin həllində yetərli olmadığını görürük. 5 ölkə minlərlə dinc insanın ölümünə, milyonlarla insanın evlərini tərk etməsinə mane ola bilmədi. Biz haqlı arqumentlərlə dünyanın 5-dən böyük olduğuna dair vədimizi təkrar edirik”.
Prezident Ərdoğan onu da bildirib ki, Türkiyə coğrafi mövqeyinə görə nə şərqdən, nə də qərbdən üz döndərə bilmir. Biz, eyni zamanda şərq və qərblə güclü əlaqələr saxlamalıyıq. Terror təşkilatlarına silah verilməsinin, başsağlığı mesajlarının dərc edilməsinin müttəfiqlik münasibətləri ilə bir araya sığmadığı da göz qabağındadır: “Ölkəmiz də FETÖ ilə mübarizədə tək qalıb. FETÖ liderinin hələ də sərbəst gəzməsini qəbul etmirik. Parlamenti bombalayanların yeri küçələr deyil, həbsxanalardır”.
Vədlər yerinə yetirilmədən bu iki ölkənin üzvlüyünü təsdiq etməyəcək
Konfransdakı çıxışında Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsinə də toxunan R.T.Ərdoğan vurğulayıb ki, verilən vədlər yerinə yetirilməsə Türkiyə bu iki dövlətin NATO üzvlüyünə razılıq verməyəcək. O qeyd edib ki, bu mövqe NATO-nun Madriddə keçirilən sonuncu sammitində bir daha nümayiş etdirilib: “Küçələrində PKK-çıların dolaşdığı dövlətlərin üzvlüyü NATO-nun müdafiə etdiyi dəyərlərə xələl gətirəcək. Finlandiya və İsveçlə bağlı aydın və qətiyyətli mövqeyimizi qoruyuruq. Türkiyə vədlər yerinə yetirilmədən bu iki ölkənin üzvlüyünü təsdiq etməyəcək. Son zamanlar Qərb ölkələrində müsəlmanlara və türklərə qarşı düşmənçiliklə yanaşı, irqçiliyin də artdığını görürük. Məscidlərimizə kəsilmiş donuz başları atmaq, dərnəkləri, məscidləri bağlamaq, məzarlara belə dözə bilməmək... Bunlar İslamofobiyanın çatdığı qorxulu ölçüləri göstərdi. Türkiyə bu təhdidləri görməməzliyə vura bilməz”.
Ölkə başçısı onu da vurğulayıb ki, qarşıdan gələn 2023-cü il seçkilərini Türkiyəyə və demokratiyaya yaraşan şəkildə təşkil etmək səfirlərin üzərində böyük məsuliyyətdir. FETÖ və PKK-nın prosesi zəhərləməsinə icazə verilməməlidir: “Sizin dəstəyinizlə 2023-cü ili xaricdə demokratiya festivalına çevirəcəyimizə inanır və səyləriniz üçün əvvəlcədən təşəkkür edirəm. Cümhuriyyətimizin 100 illik yubileyində Türk diplomatiyasının gələcəyinə inamla baxırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27