Medalyonun digər üzü
10.08.2022 [10:39]
Livan Ukrayna taxılından niyə imtina edir?
Ötən ayın sonlarında Ukrayna, Türkiyə, Rusiya və BMT rəsmilərinin iştirakı ilə Qara dənizin Ukrayna sahilindəki limanlarından taxılın maneəsiz daşınması ilə bağlı dördtərəfli saziş imzalanıb. Həmin sazişə əsasən müharibə səbəbindən Ukraynada yığılıb qalan taxılın və digər ərzaq məhsullarının yaradılacaq təhlükəsizlik koridoru ilə dünya bazarına çıxarılması nəzərdə tutulur. BMT-nin təşəbbüsü ilə əldə olunan razılaşmada əvvəlcə Rusiyadan ərzaq və gübrənin daşınması, sonra isə Ukraynadan ərzaq daşınması üçün ümumi nəticə əldə olunub. Xatırlatmaq yerinə düşər ki, artıq saziş imzalandıqdan sonra bir neçə gəmi Ukrayna limanlarından qlobal ərzaq bazarına yola salınıb. Bu sırada Livan da yer alır.
Nicat PAŞA
Buna baxmayaraq, Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hamiyanın verdiyi məlumatda Livanda Ukraynadan gələn taxıl gəmisindən imtina edildiyi diqqətə çatdırılır. O bildirib ki, Ukrayna taxılını daşıyan Sierra Leone bayraqlı yükdaşıyıcı “Razoni” marşrutunu dəyişib və yəqin ki, yeni təyinat üzrə təlimat gözləyir.
Ukraynanın Livandakı səfirliyi livanlı müştərinin İstanbulda əldə olunan ərzaq razılaşmasından sonra Ukrayna limanını tərk edən ilk gəmi olan “Razoni” quru yük gəmisində Odessadan gələn taxıldan imtina etdiyini açıqlayıb.
“Daşıyıcının məlumatlarına əsasən, Livandakı son alıcı çatdırılma müddətində gecikmə (beş aydan çox) səbəbindən yükdən imtina edib”, - Ukraynanın Beyrutdakı səfirliyi sosial şəbəkə hesabında yazıb.
Məlumata görə, daşıyıcı alternativ alıcılar, o cümlədən Livandan kənar alıcıları nəzərdən keçirir.
Baş verən geosiyasi hadisələr fonunda yaranan qlobal ərzaq qıtlığı yaşayan ölkələr sırasında Livanın da yer alması bəzi məqamlara kölgə salmış olur. Belə bir vəziyyətdə Livanın Ukraynadan gələn taxıldan imtina etməsi zərurəti nədən yaranıb? Bu, hansı siyasi proseslərin nəticəsidir?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan politoloq İlqar Vəlizadə bildirib ki, burada söhbət treyderlərdən, yəni kommersiya şirkətlərindən gedir. Ekspertin verdiyi məlumata görə, həmin şirkətlər taxılı alır, sonra müxtəlif ünvanlara çatdırılmasını təmin edir: “Yəni bu məsələnin Livan hökumətinə aidiyyəti yoxdur, o, sadəcə olaraq dəniz limanını təqdim edir. Orada olan elevatorlar şəxsi, özəl şirkətlərdir. İndi həmin o şirkətlərlə danışıqlar prosesi gedir. Ticari razılaşmanın olub-olmayacağı danışıqlardan sonra əldə edilən nəticələrdən asılıdır”.
İ.Vəlizadə iri ticarət oyunçuları faktorundan yaranan bir çox digər önəmli məqamlar, medalyonun digər tərəfi barədə də söz açıb: “Bəli, bizə məlum olduğu kimi, taxılın daşınması üçün ümumi razılığa gəlinib və bu, artıq reallaşmaqdadır. Amma aparıcı rol oynayanlar treyderlər, iri kommersiya şirkətləridir. Onu da qeyd etmək lazımdır ki, bu şirkətlər bir çox hallarda digər ölkələrə məxsus olur. Təbii ki, bu, kommersiya sirri hesab olunur və həmin treyderlərin kimliyi, kimə aid olması açıqlanmır. Əgər informasiyalar açıqlanarsa, həmin vasitəçi şirkətlərin iri ölkələrə aid olduğu məlum olar. İstisna etmirəm ki, onların içərisində ABŞ, aparıcı Avropa ölkələri də ola bilər. Yəni həmin kommersiya şirkətləri o ölkələrdə qeydiyyata alınırlar. Bu isə o deməkdir ki, sazişin imzalanması, daşınmaların həyata keçirilməsinə başlanılması aysberqin görünən hissəsidir. Aysberqin dəfələrlə böyük, kölgədə qalan hissəsində isə taxılın dünya bazarına çatdırılmasında maraqlı olan tərəflərin kimliyi, onların hansı addımları atacağı, taxılın taleyinin necə olacağı ilə bağlı sual doğuran bir çox məqamlar dayanır”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

