İsrail-Türkiyə münasibətlərində yeni mərhələ
19.08.2022 [10:25]
İki ölkə arasındakı diplomatik yaxınlaşma nə vəd edir?
P.İSMAYILOV
Türkiyə ilə İsrail arasında əlaqələr yenidən qurulur. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində yenidən istiləşən münasibətlər artıq diplomatik müstəvidə də inkişaf etdiriləcək. Belə ki, hər iki ölkə qarşılıqlı olaraq səfirliklərin fəaliyyətə başlaması ilə bağlı qərar qəbul edib. İsrail prezidenti İshaq Hersoq Türkiyə ilə münasibətlərin normallaşması fonunda səfirlərin yenidən təyin edilməsi qərarı ilə bağlı açıqlama verib. Xarici medianın yaydığı xəbərə görə, İsrail prezidenti bildirib ki, Türkiyə ilə tam diplomatik münasibətlərin yenilənməsinin tərəfdarıdır. “Bu, iqtisadi əlaqələri, qarşılıqlı turizmi, İsrail və türk xalqları arasında dostluğu inkişaf etdirəcək mühüm inkişafdır. Yaxşı qonşuluq münasibətləri və tərəfdaşlıq ruhu Yaxın Şərqdə hamımız üçün vacibdir. Bütün dinlərin nümayəndələri - müsəlmanlar, yəhudilər və xristianlar birlikdə sülh şəraitində yaşaya bilər və yaşamalıdırlar”, - deyə İsrail prezidenti vurğulayıb.
İsrailin baş naziri Yair Lapid diplomatik missiyaların bərpası ilə bağlı xəbərlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə hökumət başçısının ofisi məlumat yayıb. “Baş nazir və prezident bir-birini tam diplomatik nümayəndəliyə qayıtmaq, İsrail və Türkiyədəki səfir və baş konsulları bərpa etmək qərarına görə təbrik ediblər”, - məlumatda bildirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailin baş naziri Yair Lapid ilə telefon danışığında Türkiyənin Tel-Əvivə səfir təyinatı məsələsinin yaxın vaxtlarda həll olunacağını bildirib. Danışığın nəticələrini Türkiyə liderinin administrasiyası tviterdə açıqlayıb. “Prezident Ərdoğan səfirlərin qarşılıqlı təyinatı ilə bağlı bu gün qəbul edilən qərara toxunaraq, yaxın vaxtlarda yeni səfirin təyinatı məsələsi ilə bağlı lazımi addımların atılacağını bildirib”, - deyə məlumatda bildirilir. Söhbət zamanı Türkiyə ilə İsrail arasında münasibətlər və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan İsrail dövlətinin başçısı İshaq Hersoq və İsrailin Baş naziri Yair Lapidin Türkiyəyə səfərləri zamanı razılaşdırılmış çərçivədə Türkiyə-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da təsdiqləyərək Ankaranın Tel-Əvivə səfir təyin etmək qərarına gəldiyini qeyd edib.
İsraili tanıyan ilkmüsəlman ölkəsi
İsrail və Türkiyə dövlətləri arasındakı münasibətlərin əsası 1949-cu ilin mart ayında qoyulub. Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir. Hər iki ölkə bir-biri ilə hərbi, strateji və diplomatik sahələrdə əməkdaşlığa sahibdir. 1990-cı illərdə tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən İsrail Hərbi Hava Qüvvələri Türkiyə ərazisində uçuş praktikası həyata keçirir, qarşılığında israilli silah mütəxəssisləri Türkiyə HHQ-nə məxsus döyüş təyyarələrinin modernizasiyası işləri ilə məşğul olurdu. XXI əsrin ilk illərindən başlayaraq isə İsrail və Türkiyə arasındakı münasibətlərdə zəifləmə müşahidə olunmağa başladı. İki ölkənin münasibətləri xüsusilə 2008-2009-cu illərdə baş vermiş Qəzza müharibəsi və 2010-cu ildə Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum nəticəsində daha da pisləşdi. 2013-cü ilin mart ayında İsrail hökuməti hücuma görə üzr istəmiş və diplomatik əlaqələrin yenidən bərpa olunması ilə bağlı cəhd etmişdi. ABŞ-ın da bu sahədə olan dəstəyinə baxmayaraq, 2013-cü ilin sonlarına doğru tərəflər arasındakı münasibətlər hələ də gərgin olaraq qalırdı. 2013-cü ilin oktyabrında İranda olan İsrail xüsusi xidmət orqanlarına xidmət edən əməkdaşların aşkara çıxarılmasında Türkiyənin də rolunun olması İsrail və Türkiyə arasındakı əlaqələrə ciddi zərbə vurdu. 2015-ci ilin dekabr ayında Türkiyə və İsrail dövlətləri əlaqələri yenidən bərpa etmək məqsədilə müəyyən danışıqlara cəhd olundu. 27 iyun 2016-cı il tarixində iki dövlət əlaqələrin normallaşdırılması məqsədilə razılığa gəldi. Bu ilin əvvəlindən isə proses daha dinamik hal aldı. Belə ki, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, xüsusilə, İsrail prezidentinin uzun fasilədən sonra Türkiyəyə səfəri qarşılıqlı əlaqələrin bərpasına xüsusi töhfə verdi. Səfər çərçivəsində keçirilən görüşlərdə bu tarixi səfər Türkiyə-İsrail münasibətlərində yeni bir dönüş nöqtəsi adlandırılmışdı. İki dövlətin məqsədinin ölkələr arasında ortaq maraqlara əsaslanan siyasi dialoqu canlandırmaq olduğunu bildirən R.T.Ərdoğan Türkiyə-İsrail əlaqələrinin inkişafının və gücləndirilməsinin regional sabitlik və sülh üçün də böyük əhəmiyyət daşıdığını ifadə etmişdi. İsrail Prezidenti isə iki ölkə arasında münasibətlərin son illərdə durğunluq yaşamasından təəssüfləndiyini qeyd edərək, vurğulamışdı ki, İsrail və Türkiyə hamımızın vətən adlandırdığımız bu bölgəyə dramatik təsir edəcək bir çox sahələrdə əməkdaşlıq edə bilər və etməlidir.
Yeni reallıqlar, yenişərtlər formalaşır
Bu iki ölkə arasındakı əlaqələrin yenidən müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. İsraildə Türkiyə səfirliyinin yenidən fəaliyyətə başlaması, o cümlədən İsraildə Türkiyə diplomatik nümayəndəliyinin fəaliyyətinin bərpası çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirəcək. İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, iki dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi Azərbaycan üçün də yeni və mühüm perspektivlər yaradır.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32

