13 min ölü, 12 milyon didərgin, 39 milyard ziyan...
26.08.2022 [10:07]
Müharibənin 6 ayı: faktlar, rəqəmlər
Nicat DİLQƏMLİ
Məlumdur ki, dünyada baş verən hərbi insidentlər iştirakçıların böyük itkilər verməsi ilə nəticələnir. Müharibələr səbəbindən hər gün yüzlərlə insan həyatını itirir, minlərlə şəxs didərgin düşür. Uzun müddətdir bütün dünyanın diqqət mərkəzində saxlanılan Rusiya-Ukrayna müharibəsi də artıq 6 aydır ki, davam edir. Demək olar ki, hər gün müharibənin gedişatı, siyasi-iqtisadi proseslərə təsiri ilə bağlı geniş araşdırmalar ictimaiyyətə təqdim olunur. İnsanları düşündürən, olduqca önəmli olan digər mövzulardan biri də Rusiya-Ukrayna müharibəsi səbəbindən hər iki tərəfin itkiləri barədə dəqiq, rəsmi statistikanın əldə olunması məsələsidir. Bu və ya digər səbəblərdən tərəflər müharibədə verdikləri itkiləri açıqlamaqda maraqlı görünmürlər.
Məsələn, bir neçə gün bundan öncə Ukrayna Prezidentinin xarici mətbuata verdiyi müsahibədə də bu məqama toxunuldu. V.Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hər gün 30 nəfərə yaxın hərbi qulluqçusunu itirir. Döyüşlərdə gündəlik 250 nəfərə yaxın ukraynalı hərbçinin yaralandığını deyən Zelenski itkilərin sayının azalmasının səbəblərini də açıqlayıb. Ukraynada dəqiq, güclü və uzaqmənzilli qərb silahlarının əldə olunmasının itkiərin azalmasına səbəb olduğunu bildirən Zelenski jurnalistlərə itkilərin dəqiq sayı barədə heç bir məlumat verməyib. Ukrayna lideri bunun dövlət sirri olduğunu qeyd edib.
Lakin görünən odur ki, müharibənin bu qədər uzunmüddətli dövrü əhatə etməsi həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Xarici mətbuatın yazdığından aydın olur ki, Ukraynada minlərlə sakin həyatını itirib, xeyli sayda əhəmiyyətli infrastruktur dağıdılıb. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə ümumilikdə 10 minlərlə hərbçisinin həlak olduğu barədə statistik məlumatlar sosial mediada öz əksini tapır.
Təbii ki, bu məlumatların, xüsusilə də ölənlərin sayı barədə yayılan informasiyaların nə dərəcədə reallığa uyğun olub-olmaması ilə bağlı hansısa konkret nəticəyə gəlmək çox çətindir. Bəzi mənbələrin hesablamalarına görə, ölənlərin sayı on min nəfərdən çoxdur. Məsələn, ABŞ-ın qeyri-hökumət təşkilatı olan “Armed Conflict Location and Event Data Project” (ACLED) müharibənin əvvəlindən avqustun 10-dək təsdiqlənən ölənlərin sayının 13 mindən çox olduğunu bildirir. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə münaqişədə iştirak edən tərəflərin həlak olanlarla bağlı dərc etdiyi rəqəmləri etibarlı hesab etmir.
İnsanları düşündürən digər önəmli məsələlərdən biri də müharibə səbəbindən Ukraynadan didərgin düşmüş şəxslərin sayının müəyyən edilməsidir. BMT rəsmilərinin əldə etdikləri nəticələrdə müharibə səbəbindən 12 milyon insanın didərgin düşdüyü bildirilir. Qeyd olunur ki, 5 milyondan çox insan qonşu ölkələrə qaçıb. 7 milyon insanın ölkə daxilində didərgin düşdüyü, sonradan yüz minlərlə qaçqının öz evlərinə, xüsusən də paytaxt Kiyevə qayıtması məsələsi də məlumatda öz əksini tapır.
Uzun müddətdir davam edən müharibə Ukrayna iqtisadiyyatına da ciddi şəkildə ziyan vurub. Kiyev İqtisadiyyat fakültəsinin məlumatına görə, iyunun 8-nədək müharibənin yaşayış evlərinə vurduğu maddi ziyan 39 milyard dollar təşkil edib. Eyni zamanda, Rusiya-Ukrayna arasında davam etməkdə olan müharibənin infrastruktura vurduğu ümumi zərərin 104 milyard civarında olduğu bildirilir. Analitiklər bu rəqəmin artacağını istisna etmirlər.
Əfsuslar olsun ki, Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Bu isə qarşıda daha çox itkilərin, ölümlərin olacağı, ümumi vəziyyətin daha da pisləşəcəyi deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

