Nüvə razılaşması əldə olunacaqmı?
02.09.2022 [10:27]
Ağ Evin İrandan, Tehranın isə Vaşinqtondan gözləntiləri
SADİQ
Amerika Birləşmiş Ştatları İranla nüvə razılaşmasına daha yaxındır. Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib. O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın “nüvə razılaşması üçün ABŞ-dan daha güclü öhdəliklər gözlənilir” barədə açıqlamasına münasibət bildirib. “İnanırıq ki, ötən həftələr və aylarla müqayisədə indi razılığa daha yaxınıq. Bunun əsas səbəbi İranın razılaşma ilə bağlı bəzi tələblərindən imtina etməyə hazır olmasıdır. Buna görə də müqavilə ilə irəliləyəcəyimizə dair nikbin fikirlər var”,- deyə Kirbi bildirib. Kirbi əlavə edib ki, ABŞ-ın nüvə sazişi ilə bağlı fikirlərlə bağlı nə Avropa İttifaqından (Aİ), nə də İrandan hələlik cavab almayıb.
Xatırladaq ki, İran Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı haqda saziş 2015-ci ildə İranın nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən imzalanıb. 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti, respublikaçı Donald Tramp bu sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı lideri Co Bayden dəfələrlə Vaşinqtonu Tehranla nüvə sazişinə qaytarmağa hazır olduğuna işarə edib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla JCPOA-nın ilkin formada bərpası üçün danışıqlar aparır.
Bu arada avqustun 21-də ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson və Almaniya kansleri Olaf Şolz İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə ediblər. Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, liderlər Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün birgə səyləri müzakirə ediblər. Müzakilərin gedişi ilə bağlı Britaniya hökumətinin TASS-a istinadən verdiyi xəbərdə qeyd edilir ki, Böyük Britaniyanın baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şolz, ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron İranın nüvə proqramına qarşı çıxış ediblər. “Onlar, həmçinin ümumi maraq kəsb edən digər mühüm məsələləri, o cümlədən İranı və nüvə silahının yayılmasının qarşısını almaq və İranın regionda sabitliyi pozan fəaliyyətini cilovlamaq üçün birgə səyləri müzakirə ediblər”, - deyə xəbərdə vurğulanır.
Maraqlıdır ki, bu kimi xəbərlər İran ilə ABŞ arasında danışıqların bərpasının mümkünlüyü ilə bağlı informasiyalarla ziddiyyət təşkil edir. Belə ki, Rusiyanın Vyana prosesindəki daimi nümayəndəsi Mixail Ulyanov İranın nüvə sazişinin bərpasının mümkünlüyünü etiraf etmişdi. O bildirmişdi ki, Vyanada danışıqlarda iştirak edən ölkələr düzəlişlər və ya etirazlar edərsə, sənədin qəbulu prosesi ləngiyə bilər.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirmişdi ki, İranın nüvə proqramı üzrə nazirlərin görüşünün formatı və vaxtı danışıqların iştirakçıları öz işlərini tam başa vurduqdan sonra müəyyən edilməlidir. O, avqustun 17-də verdiyi açıqlamada qeyd etmişdi ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Vyana formatında bərpası üzrə işlər son mərhələdədir, lakin hələlik bütün məsələlər həllini tapmayıb.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

